Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə52/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   72

 
 

157 
 
•   III  fəsil  •  
İşıq hadisələri

 
G
ÖZ VƏ GÖRMƏ 
 
 
 
 
3.15 
 Alim hər şeyin tər-
sinə xəyalını verən 
eynək taxdıqda nə 
üçün o, bir neçə 
gün bütün cisimləri 
tərsinə gördü? 
 İnsan gözü ilə gö-
rür, yoxsa beyni 
ilə? 
 
1896-cı ildə ABŞ psixoloqu Con Stretton öz üzərində belə bir 
eksperiment  apardı.  O,  gözündə  hər  şeyin  tərsinə  xəyalını 
verən  eynək  yerləşdirdi.  Nəticədə  aləm  Strettonun  şüurunda 
tərsinə  çevrildi:  o,  bütün  cisimləri  altüst  görməyə  başladı, 
gözün  digər  hissiyyat  orqanları  ilə  əlaqəsi  pozuldu  və  onda 
“dəniz xəstəliyi” yarandı. Orqanizmdəki bu pozuntu dörd sutka 
davam  etdikdən  sonra,  beşinci  gün  alim  özünü  eksperiment-
dən əvvəlki normal halında hiss etməyə başladı: bütün cisimlər 
yenə də düzünə göründü. Lakin o, eynəyi çıxardıqda, yenidən 
bütün  aləm  tərsinə  çevrildi  və  yalnız  bir  neçə  saatdan  sonra 
normal görmə bərpa olundu.   
 
Araşdırma_1_1.'>Görmə illüziyası
İşin gedişi:  
 
 
 
 
 
 
 
 
 
 
 

  Araşdırma
1
1.  
Müəllif:  
Oktavio Okampo
 
•  Şəkildə neçə 
insan siması 
təsvir edilmişdir 
(bax: 
1
)?
 
LAYİHƏ


 
 
158 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nəticəni müzakirə edin:  
 Bu təsvirləri araşdırdıqda, ilk baxışdan, nə müşahidə olundu? 
 Nə üçün birinci şəkildə əvvəlcə 2, onun ayrı-ayrı hissələrini diqqətlə nəzərdən keçirdikdə 
isə ümumilikdə 9 insan siması göründü? 
  İkinci  şəkildəki  qırmızı  xətlərin  uzunluqlarını  xətkeşlə  ölçdükdə  onların  eyni  olduğu 
məlum olur. Nə üçün onlar ilk baxışda müxtəlif uzunluqda görünür?   
  Nə  üçün  üçüncü  təsvirdəki  disklər  ilk  baxışdan  fırlanan,  lakin  onları  ayrı-ayrılıqda 
müşahidə etdikdə isə tərpənməz  görünür?  
 Gözün qəbul etdiyi bu informasiyaları araşdıran və onların müxtəlifliyini qiymətləndirən 
nədir? 

 
Araşdırma
1
•  Hansı 
qırmızı xətt 
daha 
uzundur 
(bax: 
2
)? 
3.
 Müəllif: 
Akiyoshi Kitaoka
 

•  Şəkildə fırlanan 
dairələr təsvir 
edilmişdir (bax: 
3
). 
Həqiqətənmi bu dairə-
lər fırlanır? 
LAYİHƏ


 
 

159 
 
•   III  fəsil  •  
İşıq hadisələri

Bilirsiniz  ki,  insan  ətraf  aləm  haqqında  məlumatların  90%-ni  görmə  hissiyyat 
orqanı vasitəsilə alır. Görmə orqanı olan göz – çox mükəmməl, mürəkkəb quruluşlu 
və eyni zamanda sadə optik sistemdir.  
İnsan gözü hansı hissәlәrdәn ibarәtdir?  
İnsan gözü göz alması adlandırılan çox zərif orqandır (
a
). Onun diametri təqribən 
2,5 sm-dir. Göz alması müxtəlif örtüklərlə əhatə olunmuşdur. Gözün xarici örtüyü 
sklera (1) və ya zülal örtüyü adlanır. Sklera sıx birləşdirici toxumalardan ibarət olub 
gözü  xarici  təsirlərdən  qoruyur  və  onun  möhkəmliyini  saxlayır.  Sklera  qeyri-
şəffafdır, yalnız onun bir qədər qabarıq olan ön  hissəsi şəffafdır. Buynuz tәbәqәsi 
(2) adlanan bu hissə gözə düşən şüaların  50÷70% -ni sındıraraq göz daxilinə buraxır. 
Buynuz  təbəqənin  arxasında  әlvan tәbәqә  (3)  yerləşir.  Əlvan  təbəqə  müxtəlif 
adamlarda müxtəlif rəngdə – göy, boz, yaşılımtıl, qonur və s. olur.  
 
 
 
Əlvan təbəqənin orta hissəsində gözbәbәyi (4) adlanan dəlik vardır. Gözbəbəyinin 
ölçüsü insanın iradəsindən asılı olmayaraq dəyişir: parlaq işıqda o kiçilərək şüaların 
gözə tam daxil olmasının qarşısını alır, qaranlıqda isə – genişlənərək zəif işıq şüala-
rının gözə daxil olmasına şərait yaradır. Göz boşluğunun daxili hissəsini işığahəssas 
tor tәbәqәsi  (toxuması)  (5)  örtür.  Göz  çuxurunun  dibini  örtən  bu  toxuma  görmә 
sinirinin (9) şaxələrindən və uclarından ibarətdir.Əlvan təbəqənin arxasında hər iki 
tərəfi qabarıq təbii linza – büllur (6) yerləşir. Büllur gözü iki hissəyə bölür: içərisində 
şəffaf maye olan ön kamera (7) və şüşəyəbənzər cisimlə dolu olan daxili kamera (8).  
Gözdә işıq şüasını sındıran şәffaf elementlәr – buynuz tәbәqә, ön kamera, büllur 
vә daxili kamera onun optik sistemini tәşkil edir.  
Cədvəl  3.2-də  gözün  optik  sistemi  elementlərinin  sındırma  əmsallarının  qiy-
mətləri verilmişdir. 
 
Cәdvәl 3.2. 
Gözün elementi 
Buynuz 
təbəqə 
Ön kamera (şəffaf maye) 
Büllur 
Daxili kamera 
(Şüşəyəbənzər cisim) 
Sındırma əmsalı 
1,376 
1,336 
1,386 
1,337 
 
(a) 
 
İnsan gözünün quruluşu 
1. Sklera (zülal örtüyü) 
2. Buynuz təbəqəsi 
3. Əlvan təbəqə 
4. Göz bəbəyi 
5. Tor təbəqəsi (toxuma) 
6. Büllur 
7. Ön kamera 
8. Daxili kamera 
9. Görmə siniri 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə