Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə47/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   72

 
 

141 
 
•   III  fəsil  •  
İşıq hadisələri

  
T
AM DAXİLİ QAYITMA 
 
 
 
 
 
 
Siz artıq bilirsiniz ki, işıq şüası sındırma əmsalı böyük olan mühitdən sındırma 
əmsalı kiçik olan mühitin sərhədinə düşdükdə (məsələn, su-hava sərhədinə), sınan 
şüa perpendikulyardan uzaqlaşır: sınma bucağı düşmə bucağından böyük olur. 
3.11 
 Nə üçün zərgər 
əşyalarında almaz 
qaşlar çoxsəthli və 
cilalanmış hazırlanır?
Üzüyün almaz (brilyant) qa-
şına diqqətlə baxdıqda onun 
cilalanmış çoxsəthli quruluşa 
malik olduğunu müşahidə 
etmək olar.  
 İşıqötürəndə işığın hansı hadisəsi baş verir? 
Müasir təbabətdə insanın daxili 
orqanlarını, məsələn, qida boru-
sunun daxili divarını cərrahi mü- 
 daxilə etmədən müayinə etmək 
üçün (endoskopiya) işıqötürən adla-
nan nazik elastik borudan istifadə 
olunur. Belə borunun bir ucuna işıq 
şüası yönəltdikdə o, borunun digər 
ucundan çıxaraq müayinə olunan 
yeri işıqlandırır. 
 
Cisim niyə yarımçıq görünür?
Təchizat: nazik şüşə stəkan, su (200 ml), karandaş.  
İşin gedişi:  
1. Stəkana yarısına qədər su töküb masanın üzə-
rinə qoyun. Karandaşı suya maili batırın və 
hava-su sərhədində onun necə sındığını müşa-
hidə edin. 
2. Stəkanı yuxarı qaldırıb gözünüzdən 25-30 sm 
məsafədə saxlayın. Karandaşın su daxilində 
olan və sudan kənarda qalan hissələrinin su-ha-
va sərhədində sınmasını müşahidə edin (
a
).   
3. Stəkanın hündürlüyünü dəyişmədən onu 
özünüzdən tədricən uzaqlaşdırın və karandaşın 
necə görünməsinə diqqət edin (
b
).  
Nəticəni müzakirə edin:  
 Su içərisində olan karandaş hansı halda daha çox sınmış kimi göründü: hava-su sər-
hədində, yoxsa su-hava sərhədində? Nə üçün? 
 Stəkanı özünüzdən tədricən uzaqlaşdırdıqca karandaşın sınmasında hansı dəyişiklik 
müşahidə olundu?  
 Stəkanı özünüzdən uzaqlaşdırmaqda davam etdikdə elə bir vəziyyət alınacaqdır ki, siz 
karandaşın yalnız su daxilində olan hissəsini görəcəksiniz. Nə üçün? Bu zaman hansı 
işıq hadisəsi baş verdi? 
 
 
Araşdırma
1
(a)
(b)
LAYİHƏ


 
 
142 
 
Əgər işıq şüasının düşmə bucağı artarsa, 
sınma bucağı necə dəyişər? Araşdırma-
dan  müəyyən  etdiniz  ki,  düşmə  bucağı 
artdıqca  işıq  şüasının  sınma  bucağı  da 
artır:  gözünüzdən  yuxarıda  tutduğunuz 
stəkanı  özünüzdən  uzaqlaşdırdıqca  ka-
randaş daha çox sınmış kimi görünür (
c

2-4 halları).  
Düşmə bucağının müəyyən qiymətində işıq şüası ikinci mühitə (havaya) keçmir, 
sınma bucağı 90° olur (şüa su-hava sərhədi boyunca yayılır) (bax: 
c
, 5 halı). Düşmə 
bucağının sonrakı artımında isə su-hava sərhədinə düşən işığın sınması baş vermir, 
şüa bütünlüklə suyun daxili səthindən əks olunur (bax: 
c
, 6-7 halları) – işığın tam 
daxili qayıtma hadisəsi  baş verir.  90°-lik sınma bucağına  uyğun  gələn 

0
  düşmə 
bucağı tam daxili qayıtmanın limit bucağı adlanır. Sınma bucağı 90° olan hal üçün 
sınma qanunu belə yazılır: 
90°
1

sin 90°=1 olduğundan: 
1
  . 
Hər mühit cütü üçün (məsələn, şüşə-hava, almaz-şüşə və s.) tam daxili qayıtma-
nın  limit  bucağı  vardır.  Təcrübələrdən  müəyyən  edilmişdir  ki,  işıq  şüasının  şüşə-
hava sərhədində limit bucağı 
42°-dir. Bu, o deməkdir ki, işıq şüasının şüşə-hava 
sərhədinə düşmə bucağı 
42°-dən böyük olduqda şüşədə tam daxili qayıtma hadisəsi 
baş verəcəkdir. 
İşığın tam daxili qayıtmasından müxtəlif optik cihazlarda, işıqötürənlərdə, zər-
gərlik işlərində istifadə olunur. Məsələn, binoklun əsas hissələrindən olan şüşə priz-
ma üzərinə düşən işıq tam daxili qayıtma nəticəsində, demək olar ki, tamamilə əks 
olunaraq istiqamətini dəyişir (
d
)
Prizmada tam daxili qayıtma necә baş verir? Şüşə prizma optik cihazda elə yer-
ləşdirilir ki, işıq şüası onun səthinə perpen-
dikulyar  düşsün  (
e
).  Prizmanın  oturacağı 
bərabərtərəfli düzbucaqlı üçbucaqdır  
(AB=AC; 
90°). 
İşıq  şüası  prizmaya  sınmadan  daxil 
olur  (çünki  düşmə  bucağı  90°-dir)  və 
onun  hava  ilə  sərhədinə  (şüşə-hava 
sərhədi)  α=45°  bucaq  altında  düşür.  Bu 
bucaq  şüşə-hava  mühitləri  üçün  şüşənin 
limit bucağından böyük olduğundan şüa 
havaya çıxmır və γ  = 45°  bucaq  altında 
tamamilə  qayıdaraq  prizmanın  ACDF 
üzündən cıxır (bax: 


 f
)
(e)
 
(f)
(d)
 
(c)
 
LAYİHƏ


 
 

143 
 
•   III  fəsil  •  
İşıq hadisələri

İşığı  müxtəlif  məsafələrə,  çətin  keçilən  yerlərə 
ötürmək  üçün  işıqötürәn  adlanan  optik  cihaz  tətbiq 
edilir.  İşıqötürən  çox  kiçik  diametrli  şəffaf  lif  və  ya 
elastik boru olub xaricdən optik sıxlığı az olan maddə 
ilə örtülür. Belə liflərdə işıq dəfələrlə tam daxili qayıt-
maya məruz qalır (
h
).  
Zərgərlər təbii qiymətli daşların dəyərini artırmaq və 
onları daha da cəlbedici etmək üçün əsrlərdir ki, işığın tam daxili qayıtma hadisə-
sindən istifadə edirlər. İnsanlar, adətən, qiymətli daşlara parlaq işıq altında baxırlar. 
Bu  zaman,  işıq  mənbəyinin  hansı  tərəfdə  olmasından  asılı  olmayaraq,  daşın  bəzi 
üzlərinin  daxili  səthləri  güzgü  kimi 
səthlərinə  düşən  şüaları  əks  etdirərək, 
daşda  bərqvurma  effekti  yaradır.  Daşı 
çevirdikdə “daxili güzgü” rolunu onun 
digər üzü oynayacaqdır (
m
).  
Bu  səbəbdən  də  brilyant  adlan-
dırılan  almaz  qaş  işıq  şüasının  düşmə 
istiqamətindən  asılı  olmayaraq  bərq 
vurur (
n
)
 
 
 
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
İşığın tam daxili qayıtmasını yoxlayaq.
Təchizat: optik disk, yarımsilindr formalı şüşə 
lövhə, transportir, dördrəqəmli riyaziyyat cədvəli 
(V.A.Bradis). 
İşin gedişi: 1. Şüşə lövhəni optik diskin mərkəzinə 
bərkidin, işıq şüasını yarımsilindrin radiusu boyun-
ca yönəldin və onun şüşə-hava sərhədində sınma-
sını  müşahidə  edin  (
o
).  2.  İşıq  mənbəyini  disk 
boyunca elə hərəkət etdirin ki,  şüanın şüşə-hava 
sərhədinə  limit  bucağına  bərabər  bucaq  altında 
düşməsi  təmin  olunsun,  bu  halda  şüa  iki  mühiti 
ayıran  sərhəd  boyunca  yayılır.  Limit  bucağını 
transportirlə ölçün. 3. İşıq mənbəyini disk boyunca 
bir  qədər  də  hərəkət  etdirib,  şüanın  yarımsilindr 
üzərinə limit bucağından böyük bucaq altında düş-
məsini təmin edin. Təcrübənin sxemini iş vərəqinə 
çəkin.  
Nəticəni müzakirə edin: 
 İşıq şüasının şüşə-hava mühitləri üçün tam daxili qayıtmasının limit bucağı nəyə 
bərabərdir? 
 İşıq şüası şüşə-hava sərhədinə hansı bucaq altında düşdükdə tam daxili qayıtma 
hadisəsi baş verdi? 
 
Araşdırma
2
(h)
(m)
(n)
 
(o)
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə