Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev


    Paralel üzlü şüşә lövhәdә işıq şüasının yolu



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə46/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   72

 
 
138 
 
Paralel üzlü şüşә lövhәdә işıq şüasının yolu. 
• Paralel müstәvi sәthlәrlә hüdudlanan lövhә paralel üzlü müstәvi lövhә adlanır. Be-
lə şüşə lövhəyə müəyyən bucaq altında düşən işıq şüası hava-şüşə və şüşə-hava sərhəd-
lərində  həm  qayıdır,  həm  də  sınır  (
b
).  Bu 
zaman şüa havadan şüşəyə keçdikdə sınma 
bucağı   düşmə bucağı  -dən kiçik, şüşə-
dən  havaya  çıxdıqda  isə  sınma  bucağı 
 
düşmə bucağı  -dən böyük olur. Buna sə-
bəb mühitlərin sındırma əmsallarının (işığın 
bu mühitlərdəki yayılma sürətlərinin) müx-
təlif  olmasıdır:  əgər  işıq  sındırma  əmsalı 
kiçik olan mühitdən sındırma əmsalı böyük 
olan  mühitə  keçirsə,  sınma  bucağı  düşmə 
bucağından kiçik olur. Əksinə, işıq sındırma 
əmsalı  böyük  olan  mühitdən  sındırma  əm-
salı kiçik olan mühitə keçirsə, sınma bucağı 
düşmə bucağından böyük olur. Paralel üzlü 
şüşə lövhə ilə apardığınız araşdırmadan onun digər xassələrini də müəyyən etdiniz: 
– işıq şüası paralel üzlü müstәvi şәffaf lövhәyә hansı bucaq altında düşürsә, hәmin 
bucaq altında da bu lövhәdәn çıxır
– şüşәdәn çıxan şüa düşәn şüaya paralel yönәlir, onun yeri müәyyәn qәdәr sürüşür 
lakin yayılma istiqamәtini dәyişmir. 
Üçüzlü şüşә lövhәdә işıq şüasının yolu. Üçüzlü şüşə prizmada işığın yayılma 
istiqamətini dəyişir. Əgər biz hər hansı cismə belə prizmadan baxsaq, cisim yerini 
dəyişmiş kimi görünər. Cisimdən gələn 1 və 2 şüaları A və B nöqtələrində prizmaya 
düşərək sınır, prizmanın içərisində AC və BD istiqamətlərində yollarına davam edir. 
İşıq şüası prizmanın ikinci üzünə çataraq ikinci dəfə sınır. Nəticədə, müşahidəçi işıq 
mənbəyini  şüaların  1
  və  2  uzantılarının 
kəsişdiyi nöqtədə görür, başqa sözlə: cisim 
üçüzlü şüşә prizmanın sındırıcı üzlәri ara-
sında qalan tәpә bucağına doğru yerini 
dәyişmiş kimi görünür. Cisimdәn priz-
manın üzәrinә düşәn şüalar istiqamәtlәrini 
prizmanın oturacağına doğru dәyişir (
c
).    
 
 
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
İşıq şüasının şüşə prizmada yolu.
Şüşə prizmanın səthinə düşən işıq şüasının sonrakı yolunu çəkin (
d
)
Nəticəni müzakirə edin: 
 Prizmadan çıxan şüa hansı istiqamətdə yayılır, nə üçün? 
 Şüanın şüşə prizmada sınma qanununu yazın. 
 
 
Araşdırma
2
(c) 
(b) 
LAYİHƏ


 
 

139 
 
•  III  fəsil  •  
İşıq hadisələri

 
 
 
 
 
 
  
 
1. Verilən mühitlərdə sınan şüanın sonrakı yolunu çəkin (təxmini). 
 
 
2. Hansı halda sınma bucağı düşmə bucağından böyük ola bilər? 
3. İşıq paralel üzlü müstəvi şüşə lövhədən sınmaya məruz qalmadan keçə bilərmi? 
 
 
 
 
 
Şüşənin sındırma əmsalının 
təyini. 
Təchizat: xətkeş, üçbucaqlı 
xətkeş, trapesiya formalı şüşə 
lövhə, karton parçası, ağ kağız, 
başlıqlı sancaq (4 əd.), karandaş. 
İşin gedişi:  
1. Şüşə lövhəni altına karton 
qoyulmuş kağız vərəqin üzə-
rində yerləşdirin. 
2. Sancaqlardan birini lövhənin 
divarına toxundurmaqla A 
nöqtəsində kağıza sancın. 
Gözünüzü masa səviy-
yəsində elə yerləşdirin ki
lövhənin bir tərəfindən 
baxdıqda onun digər 
tərəfindəki sancağın gövdəsi 
görünsün (
a
)
3. Gözünüzün yerini 
dəyişmədən lövhəni azacıq 
elə döndərin ki, sancağın 
şüşədən kənarda görünən 
başlığı ilə şüşədən görünən 
gövdəsi bir-birinə nəzərən 
yerini dəyişmiş olsun. 
4. Sonra qalan sancaqları BC və D nöqtələrinə elə sancın ki, D sancağına baxdıqda o, 
arxasındakı digər üç sancağı “gizlətsin”– onların hamısı bir düz xətt boyunca düzülmüş 
kimi görünsün (
b
).  
 

 Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın. 
Paralel üzlü şüşə lövhənin başlıca xassələri bunlardır :  ... 
  
Üçüzlü şüşə prizmanın üzərinə işıq şüası düşdükdə  ... 
 
Nә öyrәndiniz 
Öyrәndiklәrinizi yoxlayın
 
 
 
Praktik iş
 
3.1
(a)
(b)
LAYİHƏ


 
 
140 
 
 
 
 
 
5. Sancaqları çıxarıb yerlərini karandaşla işarələyin. Sonra şüşə lövhənin konturunu xətləyib 
onu da kənarlaşdırın. 
6. A və B, sonra isə C və D nöqtələrindən keçməklə trapesiyanın səthi ilə kəsişənə qədər 
uyğun xətlər çəkin. Kəsişmə nöqtələrini qeyd edin və bu nöqtələrdən keçməklə elə qırıq 
xətlər çəkin kiAM və AP məsafələri bərabər olan iki düzbucaqlı üçbucaq alınsın: 
 AMN 
və  
 APQ (bax: 
b
)
7. Uyğun ölçmələr aparın və işığın sınma qanunundan istifadə etməklə şüşənin sındırma 
əmsalını hesablayın: 
;  
;   

Buradan alınır:  
·  

burada AM AP olduğundan 
·  
 
Deməli, təcrübədə şüşənin sındırma əmsalını təyin etmək üçün MN və PQ məsafələrini 
ölçmək kifayətdir (bax: 
b
)
8. Təcrübənin sxemini iş vərəqinə çəkin və şüşənin sındırma əmsalı üçün aldığınız qiyməti 
onun cədvəl qiyməti ilə müqayisə edin. 
 
 
 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə