Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə59/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   72

 
 

179 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

 
 
 
 
işıq şüalandırmaqla 1-ci enerji səviyyəsinə keçir. Yaqut kristalı boyunca yayılan bu 
şüalanma  onun  daxili  divarlarından  tam  daxili  qayıtmaya  məruz  qalaraq  yayılma 
istiqamətində  toplanır  və  güclənir.  Nəticədə  kristal  çubuğun  yarımşəffaf  otura-
cağından qırmızı rəngli gücləndirilmiş lazer şüası çıxır (
e
)
 
 
 
 
 
 
 
1. Lazer şüalanması adi işıqdan nə ilə fərqlənir? 
2. Lazer şüalanması necə alınır? 
3. Yaqut lazerinin quruluş və iş prinsipini izah edin. 
 
 
 
 
“Lazerlərin tətbiqləri” mövzusunda elektron təqdimat hazırlayın. 
Resurslar: 
1. www.estetikdis.az/site/index.php/lazer-texnologiyalar-2/ 
2. https://az-az.facebook.com/aztibb/posts/672345739475321?stream_ref.. 
3. www.infomed.az/?url... 
4. adpu.edu.az/gen/html/azl/fakulte/Fizika_fakultesi/...ve.../ftp-5.htm 
5. istanbulestetik.az/service/lazernaya-korrekciya-pyaten-na-kozhe/ 
6. https://www.facebook.com/sultanlazer/posts/372513626263687:0 və s. 
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Hansı diametrli işıqlı ləkə alınar?
Məsələ. 
Yer səthindən Ayın səthinə çox güclü nazik lazer şüası göndərilir. Şüanın səpilmə 
bucağı 
10
, Yer səthindən Ay səthinə məsafə 380 000 km-dir (
d
). Lazer şüası 
Ay səthində hansı diametrli işıqlı ləkə yaradar?
 
 
Araşdırma
2
• 
Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1.  Spontan  şüalanma  –...;  2.  Məcburi  şüalanma  –  ...;  3.  Lazer 
şüalanması–...; 4. Yaqut kristalında lazer şüalanması almaq üçün... 
Nә öyrәndiniz 
Öyrәndiklәrinizi yoxlayın
 
 
Layihә
 

 
(d) 
LAYİHƏ


 
 
180 
 
 
 
 
 
 
 
1. Şәkildә bircins maqnit sahәsindә radioaktiv maddәnin 
şüalanma sxemi tәsvir edilmişdir. 
 -,  - vә  - şüalanmanın 
meyiletmә istiqamәtini tәyin edin. 
2. 
 -,  - vә  - şüalanma nәdir? 
A) 
 -şüalanma – elektromaqnit dalğasıdır 
 -şüalanma – elektron selidir 
 -şüalanma – helium nüvəsinin selidir 
B) 
 -şüalanma – elektron selidir 
 -şüalanma – helium nüvəsinin selidir 
 -şüalanma – elektromaqnit dalğasıdır 
C) 
 -şüalanma – elektromaqnit dalğasıdır 
 -şüalanma – helium nüvəsinin selidir 
 -şüalanma – elektron selidir 
D) 
 -şüalanma – helium nüvəsinin selidir 
 -şüalanma – elektron selidir 
 -şüalanma – elektromaqnit dalğasıdır 
E) 
 -şüalanma – helium nüvəsinin selidir 
 -şüalanma – elektromaqnit dalğasıdır 
 -şüalanma – elektron selidir 
3. Radioaktivliyin kәşfi belә bir fәrziyyә irәli sürmәyә imkan verdi: 
1- atom mürəkkəb quruluşa malik əlaqəli sistemdir 
2- bir kimyəvi element digər elementə çevrilə bilər 
3- atomun bütün kütləsində müsbət yüklər bərabər paylanır, elektronlar isə “keksdə kiş-
miş” kimi bu kütlədə bərabər paylanır 
A) 1 və 2      B) yalnız 3   C) yalnız 1   D) yalnız 2   E) 1 və 3 
4. Atomun planetar modeli nәyә әsaslanır? 
A) 
- və -şüalanmanın maqnit sahəsində meyil etməsi təcrübəsinə 
B) atom və molekulların fotoaparatla şəkillərinin çəkilməsinə    
C) 
- və -şüalanmanın elektrik sahəsində meyil etməsi təcrübəsinə 
D) Günəş sistemi cisimlərinin mexaniki hərəkətlərinin hesablanmasına 
E) 
- zərrəciklərin səpilməsi təcrübəsinə     
5.  Kimyәvi  elementlәrin  U,  Ge,  Ca,  Sb,  Al,  Cu,  Au,  Si  simvollarını  atomlarındakı 
elektronların sayına görә azdan-çoxa doğru sıralayın.  
 
 
 
 
 
 
Çalışma
 
4.1
LAYİHƏ


 
 

181 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

 A
TOM NÜVƏSİ ƏLAQƏLİ SİSTEMDİR. 
 NÜVƏNİN KÜTLƏ VƏ YÜK ƏDƏDİ  
 
 
 
 
 
 
E.Rezerford və onun tələbələrinin müxtəlif kimyəvi elementlərin atomları ilə 
- 
zərrəciklərin  qarşılıqlı  təsirinə  dair  apardıqları  eksperimentlər  nəticəsində  atom 
nüvəsini təşkil edən zərrəciklər kəşf edildi.  
Protonun kәşfi.  Rezerford  1919-cu  ildə  azot  atomunu 
-zərrəciklər  ilə  bom-
bardman etdikdə bu atomların nüvələrinin parçalanması baş verdi. Aşkar edildi ki, 
atomların qarşılıqlı təsiri nəticəsində nüvələr iki zərrəciyə parçalandı – oksigen ato-
muna və hidrogen nüvəsinə. Sonralar bor, ftor, litium, natrium və s. yüngül kimyəvi 
element  atomları  ilə 
-zərrəciklərin  qarşılıqlı  təsirlərinə  dair  aparılan  bütün  eks-
perimentlərdə nüvə parçalanmasının hidrogen nüvəsinin yaranması ilə nəticələndiyi 
aşkar olundu. Beləliklə, müəyyən edildi ki, hidrogen nüvəsi olan bu zərrəcik bütün 
kimyəvi elementlərin nüvəsinin tərkib hissəsidir. Həmin zərrəcik proton (yunanca 
“protos” olub ilkin mənasında işlənir) adlandırıldı. O, hərfi ilə işarə edilir, müsbət 
elektrik yükünə malik olub modulu elektronun yükünün moduluna bərabərdir. Pro-
tonun kütləsi 
1,6726 · 10
 olub elektronun kütləsindən 1836 dəfə bö-
yükdür. Lakin nüvə yalnız protondan ibarət ola bilməz, əgər bu belə olsaydı, nüvənin 
kütləsi 
·
 (Z- elementin dövri sistemdə nömrəsidir: protonlarının sayıdır) 
olmalıdır.  Əslində  isə  nüvənin  kütləsi  dəfələrlə  böyükdür,  deməli,  nüvədə  kütləsi 
4.4 
 Mürəkkəb əlaqəli fiziki sistem 
olan maddənin quruluşunu 
təşkil edən zərrəciklər zən-
cirini  sxematik necə göstər-
mək olar? 
Atomun quruluş modelləri ilə tanış olduqdan 
sonra düşünmək olar ki, “maddə – mürəkkəb 
əlaqəli fiziki sistemdir” müddəasını artıq 
tamamlanmış sxem şəklində göstərmək 
mümkündür. 
 
Gizli söz nədir?
İşin gedişi: şəkildə zərrəciklərdən ibarət əlaqəli fiziki sistemin sxemi təsvir edilmişdir. 
Sxemi iş vərəqinə köçürün və açar sözləri nöqtələrin yerinə yazıb, onu tamamlayın. 
Açar sözlər
 nüvə  atom  proton  molekul  neytron  
 
 
 
 
 
 
 
 
 
Nəticəni müzakirə edin: 
 Atom hansı zərrəciklərdən ibarət əlaqəli sistemdir?  
 Atom nüvəsi fiziki sistemdirmi? Nə üçün? 
 
Araşdırma
1
Maddə 
...
...
...
elektron
atom
...
...
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə