3
123
• III fəsil •
İşıq hadisələri
•
M
ÜSTƏVİ GÜZGÜDƏ XƏYALIN QURULMASI
Müstәvi güzgüdә xәyal necә alınır?
Sәthi müstәvi parçası olan güzgü müstәvi güzgü adlanır. Cismin güzgüdәn olan
mәsafәsi cisim mәsafәsi, bu cismin xәyalının güzgüdәn olan mәsafәsi xәyal mәsafәsi
adlanır. Cisim məsafəsi
d, xəyal məsafəsi isə
f hərfi ilə işarə olunur
(
d
). Cismin müstəvi
güzgüdə xəyalının qurulması işığın qayıtma qanununa əsaslanır. Belə ki, nöqtəvi S
mənbəyindən
mn müstəvi güzgünün səthinə divergent (haçalanan) 1, 2 və 3 şüaları düş-
dükdə onlar düşmə nöqtəsindən uyğun olaraq 1
, 2 və 3 şüaları istiqamətində qayıdır.
Əgər qayıdan şüalar
müşahidəçinin gözünə düşürsə, o, S mənbəyinin xəyalını görür.
3.6
Cismin xəyalı harada alınır?
Təchizat: şam (2 əd.), ştativə şaquli bərkidilmiş
şüşə lövhə, kibrit, xətkeş, karandaş, kağız parçası
(A3 formatda).
İşin gedişi:
1. Kağız üzərində yerləşdirilən şüşə lövhənin qar-
şısına yanan şam qoyun. Şamın güzgüdə oldu-
ğu kimi, şüşədə də xəyalı görünür
(
a
).
2. Yanmayan ikinci eyni şamı şüşə lövhənin arxasında
yerləşdirin və onu müxtəlif istiqamətlərdə sürüşdür-
məklə elə vəziyyətə gətirin ki, ikinci şam da sanki ya-
nan kimi görünsün
(
b
).
3. Təcrübənin sxemini iş vərəqinə çəkin, şüşədən
yanmayan və yanan şamlara qədərki məsa-
fələri
ölçüb sxem üzərində qeyd edin (
c
).
Nəticəni müzakirə edin:
Şüşə lövhə arxasındakı yanmayan şam hansı
yerdə olduqda yanan şam kimi göründü?
Şüşə lövhədən yanmayan şama və yanan şama qədərki məsafələr arasında hansı
münasibəti müəyyən etdiniz?
Cismin şüşə lövhədə xəyalının alınması haqqında araşdırmadan hansı nəticəyə
gəlmək olar?
Araşdırma
1
Güzgüyə baxdıqda özünüz ilə əksiniz (xəyalınız) arasında
nə kimi fərq müşahidə olunur?
Xəyalınız harada və güzgüdən hansı məsafədə alınır?
Özünüzün və güzgüdəki xəyalınızın ölçüləri arasında han-
sı münasibət var?
Yəqin ki, hər gün evdən çıxarkən güzgünün qarşısında durur,
əksinizə baxaraq geyiminizi və saçınızı qaydaya salırsınız.
(a)
(b)
(c)
LAYİHƏ
124
Fərz edək ki, qayıdan 1
, 2 və 3 şüaları
müşahidəçinin gözünə düşür, lakin ona elə
gəlir ki, bu şüalar həqiqi mənbədən deyil,
güzgünün arxasında yerləşən S
nöqtəsindən
çıxır. Halbuki bu nöqtə güzgüdən qayıdan
şüaların uzantılarının güzgü arxasında kə-
sişmə nöqtəsidir. Ona görə də S
nöqtəsindən
işıq şüalanmadığı üçün bu nöqtə S nöqtəsinin
mövhumi xәyalı adlanır
(bax:
d
).
Mövhumi xәyal – qayıdan şüaların uzan-
tılarının kәsişmәsindәn alınan xәyaldır.
Araşdırma 1-dən müstəvi güzgünün aşağıdakı xassələrini müəyyən etdiniz:
– cismin müstəvi güzgüdə mövhumii xəyalı alınır;
– cismin müstəvi güzgüdə mövhumii xəyalı özü boydadır və düzünədir;
– cisim və onun xəyalı müstəvi güzgüyə nəzərən simmetrik yerləşir: xəyal
məsafəsi cisim məsafəsinə bərabərdir (f = d).
Müstәvi güzgüdә cismin xәyalının görünmә sahәsi necә tәyin edilir?
Cismin müstәvi güzgüdә mövhumii xәyalının tamamilә görünә bilәcәyi sahә
cismin xәyalının görünmә sahәsidir. Göz görünmə sahəsinin ixtiyari nöqtəsində
yerləşdikdə cismin tam xəyalı görünür.
Şəkildə AB cismi və müstəvi güzgünün
sxemi təsvir edilmişdir
(
e
). Bu cismin görünmə sahəsini təyin etmək üçün əvvəlcə A
nöqtəsindən güzgünün N və M kənar nöqtələrinə düşən AN və AM şüaları çəkilir.
Bu şüalar güzgünün kənar nöqtələrindən divergent qayıdaraq cismin A nöqtəsinin
MNOK görünmə sahəsini yaradır. Göz bu sahənin ixtiyari nöqtəsində yerləşdikdə
cismin A nöqtəsinin A
mövhumi xəyalını görəcəkdir
(
f
). Daha sonra bu qayda ilə B
nöqtəsinin görünmə sahəsi qurulur
(
h
). Bu iki nöqtənin yaratdığı ZK sahəsi
bütövlükdə
AB cisminin A
B mövhumi xəyalının görünmə sahəsi olur
(
k
).
Bәs müstәvi güzgüyә baxan gözün görmә sahәsini necә müәyyәn etmәk olar?
Bu məqsədlə göz nöqtəvi işıq mənbəyi kimi qəbul edilir,
onun yerləşdiyi nöqtədən güzgünün kənar nöqtələrinə iki şüa
yönəldilir. Həmin nöqtələrdən qayıdan şüaların əhatə etdiyi
sahə bu güzgüyə baxan gözün görmə sahəsini (sxemdə sarı
rənglə göstərilmişdir) əmələ gətirir
(
m
). Görmə sahəsində
yerləşən ixtiyari nöqtə (və ya cisim) görünən, bu sahədən
kənarda yerləşən nöqtə isə görünməz olur.
(e)
(f)
(k)
(h)
(m)
(d)
LAYİHƏ
3
125
• III fəsil •
İşıq hadisələri
•
1. Nə üçün cismin müstəvi güzgüdə xəyalı mövhumi alınır?
2. Şəkildə müstəvi güzgü qarşısında yerləşən güldan və onun kənar nöqtələrindən çıxan
şüalar təsvir edilmişdir. Şüaların sonrakı yolunu çəkin. Göz güldanın mövhumi xəyalını
görəcəkmi?
3. Müstəvi güzgüdə nöqtəvi işıq
mənbəyinin xəyalını
almaq üçün ondan
azı neçə şüa çıxmalıdır? Nə üçün?
4. Cisimlə müstəvi güzgü arasındakı
məsafə 2 m -dir. Bu cisimlə xəyalı ara-
sındakı məsafə nə qədərdir?
Yaradıcı tәtbiqetmә
Hansı nöqtə görünər?
K nöqtəsində yerləşən göz
M müstəvi güzgüsünə
baxdıqda
1, 2, 3 və
4 nöqtələrindən hansı görü-
nər
(
n
)? Cavabınızı sxematik əsaslandırın.
Araşdırma
2
•
İş vərəqində müstəvi güzgüdə ixtiyari oxun xəyalını qurun və
orada verilən açar sözlərini qeyd edin.
Açar sözlər: •
mövhumi xəyal • müstəvi güzgü • xəyalın
görünmə sahəsi • gözün görmə sahəsi •
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
(n)
LAYİHƏ