120
İ
ŞIĞIN QAYITMA QANUNU
Biz cismi nә üçün görürük?
Üzərinə düşən şüaları qaytardığına görə biz cismi
görürük. Müxtəlif cisimlərin işığı qaytarması da müxtəlifdir. Müstəvi güzgünün səthinə
paralel düşən işıq şüaları paralel olaraq qayıdır. Göz 1 nöqtəsində olduqda qayıdan şüalar
3.5
“İşıqlı ləkənin” yaranmasına
səbəb nədir?
Günəşli gündə güzgü vasitəsilə di-
vara, döşəməyə və ya tavana
“işıq
ləkəsi” salmaq mümkün olduğu
hamıya məlumdur.
Rəsm tablosunu müşahidə etdikdə oradakı
təsvir bizə həmişə yaxşı görünürmü?
Nə üçün tabloya müxtəlif bucaq altında
baxdıqda təsvirlərdəki rənglər gah aydın və
parlaq, gah da tutqun və qarışıq görünür?
Rəssamın
çəkdiyi əsərə
baxdıqda oradakı təsvir və
rənglərə heyran oluruq.
S.Bəhlulzadə. “Qovunlar”
İşıq güzgüdən necə qayıdır?
Təchizat: düzbucaqlı
karton parçası, marker, xətkeş, lazer
fənəri, müstəvi səthli güzgü.
İşin gedişi:
1. Kartonun orta hissəsində tərəflərindən birinə perpendikul-
yar olmaqla qırıq xətt çəkin.
2. Kartonun yan tərəflərini şəkildə göstərildiyi kimi düzgün qatlayıb güzgü-
nün
səthində elə yerləşdirin ki, onun üzərindəki qırıq xətt güzgü səthinə
perpendikulyarı istiqamətdə olsun (
a
).
3. Lazer şüasını karton boyunca perpendikulyarın güzgüyə toxunan nöqtəsinə yönəldin.
Şüanın güzgüdən necə qayıtmasına diqqət edin.
4. Güzgünün səthinə düşən şüa ilə perpendikulyar arasındakı bucağı (düşmə bucağını)
dəyişməklə güzgüdən qayıdan şüa ilə bu perpendikulyar arasındakı bucağın (qayıtma
bucağının) necə dəyişdiyini izləyin.
Nəticəni müzakirə edin:
Demək olarmı ki, güzgünün səthinə düşən şüa, qayıdan şüa və şüanın düşmə nöq-
təsindən səthə qaldırılan perpendikulyar bir müstəvi üzərindədir?
düşmə bucağı ilə və qayıtma bucağı arasında hansı münasibəti müşahidə etdiniz?
İşığın müstəvi güzgüdən qayıtma hadisəsi üçün hansı ümumi nəticəyə gəlmək olar?
Araşdırma
1
(a)
LAYİHƏ
3
121
• III fəsil •
İşıq hadisələri
•
gözə düşür və güzgü görünür. Lakin göz 2 və 3 nöqtələrində olduqda isə güzgü gö-
rünməz olur, çünki qayıdan şüalar gözə düşmür
(
b
). Belə qayıtma
güzgü qayıtması ad-
lanır. İşıq şüalarının sakit su səthindən qayıtması da güzgü qayıtmasıdır
(
c
).
İşıq düşən cismin səthi kələ-kötür ol-
duqda onun üzərinə paralel düşən şüalar
müxtəlif istiqamətlərə səpilir. Şüaların cis-
min səthindən belə əks etməsi
diffuz qayıt-
ma və ya
şüaların sәpilmәsi adlanır
(
d
).
Dənizin səthində müşahidə olunan “Ay yo-
lu” işığın diffuz qayıtmasıdır
(
e
).
İşığın qayıtması hansı qanuna tabe-
dir?
İşığın qayıtma qanununu apardığınız
araşdırmadan müəyyən etdiniz:
Düşәn şüa, qayıdan şüa vә düşmә
nöqtәsindәn sәthә qaldırılan perpendikul-
yar bir müstәvi üzәrindәdir. Qayıtma buca-
ğı düşmә bucağına bәrabәrdir: β = α (
f
).
Düşәn şüa – işıq mənbəyindən
güzgünün
səthində müəyyən nöqtəyə düşən,
qayıdan
şüa isə həmin nöqtədən əks edən şüadır.
Düşən şüa ilə perpendikulyar arasında
qalan bucaq (
α bucağı)
düşmә bucağı, qa-
yıdan şüa ilə həmin perpendikulyar arasın-
da qalan bucaq (
β bucağı)
isә qayıtma
bucağı adlanır.
Yaradıcı tәtbiqetmә
Təchizat: optik disk, müstəvi
güzgü.
İşin gedişi:
1.
Müstəvi güzgünü optik diskin
mərkəzinə bərkidin və mənbə-
dən çıxan işıq şüasını güzgü-
nün mərkəzinə elə yönəldin ki,
düşmə bucağı 30° olsun. Şüa-
nın qayıtma bucağını təyin
edin.
2. İşıq mənbəyini disk boyunca hərəkət etdirməklə düşmə bucağının 45°, 50°, 60° və s.
qiymətlərinə uyğun qayıtma bucağını təyin edin.
Nəticəni müzakirə edin:
Apardığınız təcrübədən nə aşkar etdiniz?
Araşdırma
2
Cihazın tәsviri: Optik disk –
üzәrindә bölgülәri olan
dairәvi lövhәdir. Bölgülәr
uyğun bucaqlara görә
dәrәcәlәnmişdir. Diskin
kәnarına hәrәkәt edә bilәn
işıq mәnbәyi bәrkidilmişdir.
Mәnbә nazik işıq dәstәsi
şüalandırır (
h
)
.
(b)
(d)
(f)
(e)
(c)
(h)
LAYİHƏ
122
1. İşığın güzgü qayıtması onun diffuz qayıtmasından nə ilə fərqlənir?
2. Güzgünün səthinə düşən Günəş şüası üfüqlə
=46°
bucaq təşkil edir (
k
). Güzgüdən əks
edən şüanın qayıtma bucağını təyin edin.
3. Düşən şüa ilə qayıdan şüa arasındakı bucaq 80°. Düşmə bucağını təyin edin.
4. Verilən şəkilləri iş vərəqinə çəkin və onların hər birinə uyğun olaraq düşən, yaxud qayıdan
şüalarını qurun.
•
İş vərəqində “İşığın qayıtma qanu-
nu”na tərif yazın və digər açar söz-
ləri verilən sxemdə uyğun nöqtələ-
rin yerində qeyd edin.
Açar sözlər:
Düşən şüa
Qayıdan şüa
Düşmə
bucağı
Qayıtma bucağı
Düşmə nöqtəsindən
səthə qaldırılan perpendikulyar
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
(k)
=46°
LAYİHƏ