4
217
• IV fəsil •
Atom və atom nüvəsi
•
1. Kimyәvi elementlәrin dövri sisteminә әsasәn volfram atomundakı proton, neytron
vә elektronların sayını müәyyәnlәşdirin.
A)
B)
C)
D)
E)
Proton-110
Proton-74
Proton-74
Proton-184
Proton-110
Neytron-74
Neytron-110
Neytron-110
Neytron-74
Neytron-74
Elektron-184
Elektron-184
Elektron-74
Elektron -184
Elektron-110
2. Nüvәnin
-şüalanmasında onun kütlә
әdәdi nә qәdәr dәyişәr?
A) dəyişməz
B) 1 vahid azalar
C) 1 vahid artar
D) 2 vahid azalar
E) 2 vahid artar
3. Kütlә defektini hansı düsturla
hesablamaq olar?
A)
∆
B)
∆
C)
∆
D)
∆
E)
∆
4. Verilәn nüvә reaksiyasında yaranan
izotopun kütlә (Y) vә yük (X) әdәdini
tәyin edin:
İ
A) Y= 98; X= 90
B) Y= 99; X= 40
C) Y= 98; X= 40
D) Y= 99; X= 51
E) Y= 51; X= 99
5. Radioaktiv izotopun yarımçevrilmә
periodu 2 dәq-dir. İzotopun 1500
nüvәsindәn 2 dәqiqә müddәtindә neçә
nüvәsi çevrilmәyә mәruz qalar?
A) 1500
B) 375
C) 750
D) 500
E) 300
Ü m u m i l ә ş d i r i c i t a p ş ı r ı q l a r
LAYİHƏ
218
TERMİNLӘR LÜĞӘTİ
A
Akkomodasiya
– göz büllurunun optik qüvvəsinin dəyişməsidir.
1 Amper
– elə dəyişməyən cərəyan şiddətidir ki, bu cərəyan vakuumda yerləşən
və aralarındakı məsafə 1m olan sonsuz uzun, çox nazik iki paralel
naqildən keçdikdə, bu naqillərin hər 1 m uzunluğundakı hissələri
arasında yaranan qarşılıqlı təsir qüvvəsinin modulu
2 · 10
olsun.
Amper qüvvәsi
– cərəyanlı naqil bircins maqnit sahəsində yerləşərsə, ona təsir edən qüv-
vədir. Amper qüvvəsinin modulu cərəyan şiddəti, maqnit induksiyasının
modulu, naqilin uzunluğu və cərəyanın istiqaməti ilə maqnit induksiya
vektoru arasındakı bucağın sinusu hasilinə bərabərdir:
F
IBlsinα.
Amper qüvvәsi
üçün sol әl
qaydası
– sol əli maqnit sahəsində elə yerləşdirmək lazımdır ki, maqnit induk-
siya xətləri ovuca daxil olsun və uzadılmış dörd barmaq cərəyanın
istiqamətində yönəlsin. Bu zaman 90° bucaq qədər açılan baş barmaq
cərəyanlı naqilə təsir edən qüvvənin istiqamətini göstərir.
Atomun nüvәsi
– proton və neytronlardan ibarət dayanıqlı əlaqəli sistemdir. Nüvədəki
proton və neytronlar birlikdə nuklonlar adlanır.
Ç
Çökük sferik
güzgü
– işıq şüalarını sferik seqmentin daxili səthindən qaytaran güzgüyə
deyilir.
Çökük (vә ya
sәpici) linza
– ortası kənarlarına nisbətən nazik olan linzalara deyilir. Belə linzalar iki
tərəfi çökük, çökük-müstəvi, çökük-qabarıq səthlərlə hüdudlana bilir.
D
Dielektrik
– sәrbәst yükdaşıyıcıları olmayan, yalnız bağlı yüklәrdәn ibarәt
maddәdir.
Diamaqnitlәr
– maqnit nüfuzluğu vahiddən kiçik olan maddələrdir (
1). Diamaq-
nitlər (
,
,
və bütün təsirsiz qazlar) sabit maqnit tərəfindən
itələnir.
E
Elektrolitlәr
– məhlulları (və ya ərintiləri) elektrik cərəyanı keçirən maddələrə (duz,
turşu və qələvi) deyilir.
Elektrolitik
dissosiasiya
– suda neytral molekulların parçalanması zamanı müsbət və mənfi
ionların yaranma prosesidir.
Elektroliz
– elektrolitdən cərəyan keçərkən elektrodlar üzərində maddə ayrılması
prosesidir.
Elektrik
mühәrriki
– elektrik enerjisini mexaniki enerjiyə çevirən qurğudur
LAYİHƏ
219
•
Terminlər lüğəti
•
Elektromaqnit
induksiyası
– qapalı dolaq daxilində maqnit sahəsinin dəyişməsi ilə bu dolaqda elek-
trik cərəyanının yaranması hadisəsidir.
Elektron-volt
– özündə bir elementar elektrik yükü daşıyan zərrəciyin gərginliyi 1V
olan elektrik sahəsində aldığı kinetik enerjiyə bərabərdir:
1 eV
eU
1,6022 · 10
Kl · 1V
1,6022 · 10
C,
1 keV
10 eV
1,6022 · 10
C,
1 MeV
10 eV
1,6022 · 10
C.
Buradan alınır ki,
1C
1
1,6022 · 10
MeV
6,2414 · 10 MeV.
F
Ferromaqnitlәr
– maqnit nüfuzluğu vahiddən çox böyük olan maddələrdir (
1).
Ferromaqnitlər (
,
,
,
və onların bəzi xəlitələri) sabit maqnit
tərəfindən böyük qüvvə ilə cəzb olunur.
Fokal müstәvi
– linzanın (və ya sferik güzgünün) baş fokus nöqtəsindən baş optik oxa
perpendikulyar keçirilən müstəvidir.
G
Gözün optik
sistemini
– gözdə işıq şüasını sındıran şəffaf elementlərin – buynuz təbəqə, ön
kamera, büllur və daxili kameranın əmələ gətirdiyi sistemdir.
İ
İfratkeçiricilik
– naqilin elektrik müqavimətinin sıfıra çevrildiyi temperaturdakı keçiri-
ciliyidir.
İnduksiya
cәrәyanı
– qapalı dolaq daxilində maqnit sahəsinin dəyişməsi nəticəsində bu
dolaqda yaranan elektrik cərəyanıdır.
İşığın qayıtma
qanununu
– düşən şüa, qayıdan şüa və düşmə nöqtəsindən səthə qaldırılan perpen-
dikulyar bir müstəvidə yerləşir. Qayıtma bucağı düşmə bucağına
bərabərdir.
İşığın sınması
– işıq şüası bir mühitdən digər mühitə keçərkən, bu mühitlərin sərhədində öz
istiqamətini dəyişməsidir.
İşığın sınma
qanunu
– düşən şüa, sınan şüa və şüanın düşmə nöqtəsindən iki mühitin sərhədi-
nə qaldırılan perpendikulyar bir müstəvi üzərində yerləşir. Düşmə bucağı
sinusunun sınma bucağı sinusuna olan nisbəti verilən iki mühit üçün
sabit kəmiyyət olub ikinci mühitin sındırma əmsalının, birinci mühitin
sındırma əmsalına nisbətinə bərabərdir:
.
Burada, vә
uyğun olaraq, birinci və ikinci mühitin, n isə nisbi
sındırma əmsalıdır.
İstilik nüvә
reaksiyası
– çox yüksək temperaturlarda gedən yüngül nüvələrin birləşmə (sintez)
reaksiyası adlanır.
İzotop
– (yunanca izos- eyni və topos – yer deməkdir) protonlarının sayı eyni,
kütlə ədədləri müxtəlif olan atomlara deyilir.
LAYİHƏ
220
K
Kütlә deffekti
– nuklonların kütlələri cəmi ilə həmin nuklonlardan ibarət nüvənin
kütləsi arasında fərqdir:
∆
.
Burada
nüvənin kütləsi, Z və N- uyğun olaraq nüvədəki proton və
neytronların sayı,
protonun kütləsi,
neytronun kütləsi,
∆
kütlə defektidir.
L
Linza
– sferik səthlərlə (bəzən, səthindən biri müstəvi də olur) hüdudlanmış
şəffaf cisimdir.
Linzanın baş
optik oxu
– linzanı hüdudlandıran sferik səthlərin mərkəzlərindən keçən düz
xəttdir.
Linzanın optik
mәrkәzi
– linzanın mərkəzində baş optik ox üzərində yerləşən nöqtədir.
Linzanın optik
qüvvәsi
– baş fokus məsafəsinin tərs qiymətinə bərabər kəmiyyətdir. BC-də optik
qüvvənin vahidi dioptriyadır (1 dptr.).
1 dioptriya – fokus məsafəsi 1 m olan toplayıcı linzanın optik
qüvvəsidir:
1
1
1
.
Linzanı xәtti
böyütmәsi
– xəyalın xətti ölçüsünün cismin xətti ölçüsünə nisbətinə bərabər fiziki
kəmiyyətdir. Linzanı xətti böyütməsi
(qamma) hərfi ilə işarə edilir:
.
Lorens qüvvәsi
– maqnit sahəsinin hərəkət edən yüklü zərrəciyə təsir qüvvəsidir. Lorens
qüvvəsinin modulu zərrəciyin elektrik yükünün miqdarı, sürəti, maqnit
induksiya vektorunun modulu, zərrəciyin sürət və maqnit induksiya
vektorları arasındakı bucağın sinusu hasilinə bərabərdir:
.
Lorens qüvvәsi
üçün sol әl
qaydası.
– sol əli maqnit sahəsində elə tutmaq lazımdır ki, maqnit induksiya
vektoru ovuca daxil olsun və açılan dörd barmaq müsbət yükün hərəkəti
istiqamətində (mənfi yükün hərəkətinin əksinə) yönəlsin. Bu zaman 90
0
bucaq altında açılmış baş barmaq yükə təsir edən Lorens qüvvəsinin
istiqamətini göstərəcək.
M
Maddәnin maqnit
nüfuzluğu
– bircins mühitdə
B maqnit induksiya vektorunun modulunun,
vakuumdakı
B maqnit induksiya vektorunun modulundan neçə dəfə
fərqləndiyini göstərir:
µ
B
B
B
B
B
,
B
µB .
Burada
µ mü
maddənin maqnit nüfuzluğudur. O, vahidsiz
kəmiyyətdir.
Maqnit sahәsi
– hərəkətdə olan elektrik yüklərinin yaratdığı materiya növüdür.
Maqnit sahәsinin
induksiyası (vә ya
maqnit
induksiyası)
– maqnit sahəsinin qüvvə xarakteristikasıdır, hərfi ilə işarə edilir və
maqnit sahəsinin bu sahədə yerləşən maqnitə (və ya maqnit xassəli cis-
mə) təsirini xarakterizə edir.
LAYİHƏ
221
•
Terminlər lüğəti
•
Maqnit sahəsinin induksiya vektorunun istiqaməti – bu sahənin verilmiş
nöqtəsində yerləşən maqnit əqrəbinin şimal qütbünün yönəldiyi istiqa-
mətdədir.
Maqnit induksiya
xәtlәri
– maqnit sahəsinin elə modelidir ki, bu xətlərin hər bir nöqtəsinə çəkilən
toxunan həmin nöqtədə
B maqnit induksiya vektoru ilə üst-üstə düşür.
Maqnetiklәr
– maqnit sahəsini dəyişmək qabiliyyətinə malik olan bütün maddələr
adlanır.
Müqavimәtin
temperatur
әmsalı
– ədədi qiymətcə naqili 1 (1K) qızdırdıqda, onun müqavimətinin nisbi
dəyişməsinə bərabərdir:
∆
∆
.
Təmiz metallar üçün (tərkibində çox cüzi aşqar olan metallar)
müqavimətin temperatur əmsalı həmişə
0 olur və aşağıdakı qiymətə
bərabərdir:
1
273
1
1
273
1
.
Müstәqil boşalma
– xarici təsir olmadan qazın elektrik cərəyanı keçirməsidir.
Mövhumi xәyal
– müstəvi güzgüdən qayıdan və ya linzada sınan şüaların uzantılarının
kəsişməsindən alınan xəyaldır.
N
Nazik linza
– qalınlığı sferik səthlərin radiuslarına nisbətən çox kiçik olan linzadır.
Neytronların
artma әmsalı
hər hansı nəsildə olan neytronlar sayının ondan əvvəlki nəsil neytronlar
sayına nisbəti (k) adlanır:
ә
ә
.
Nöqtәvi işıq
mәnbәyi
– verilmiş şəraitdə ölçüləri nəzərə alınmayan işıq mənbəyidir .
Nüvә qüvvәlәri
– zərrəcikləri (proton və neytronları) nüvədə saxlayan qüvvələrir.
Nüvәnin kütlә vә
yük әdәdi
– nüvədəki nuklonların ümumi sayına bərabərdir. O, “A” hərfi ilə işarə
edilir və elementin yuxarı indeksində yazılır.
Kütlə ədədi = protonların sayı (Z) + neytronların sayı (N),
A=Z+N.
Nüvәnin yük
әdәdi
– nüvədə olan protonların sayıdır. O, “Z” hərfi ilə işarə edilir və
elementin aşağı indeksində yazılır:
.
Nüvә reaktoru
– idarə olunan zəncirvari nüvə reaksiyası əldə etməyə və onu istənilən
qədər saxlamağa imkan verən qurğudur.
O
Optika
– yunanca “optos” – “görünən” olub, fizikanın işıq və onun xassələrini
öyrənən bölməsidir.
P
Paramaqnitlәr
– maqnit nüfuzluğu vahiddən azca böyük olan maddələrdir (
µ
1).
Paramaqnitlər (
Al, Li, O , Na və s.) sabit maqnit tərəfindən zəif cəzb
olunur.
LAYİHƏ
222
Q
Qabarıq sferik
güzgü
– işıq şüalarını sferik seqmentin xarici səthindən səpələyən güzgüyə
deyilir
Qabarıq (vә ya
toplayıcı) linza
– kənarlarına nisbətən ortası qalın olan linzalara deyilir. Belə linzalar iki
tərəfi qabarıq, qabarıq-müstəvi, qabarıq-çökük səthlərlə hüdudlana bilir.
Qaz boşalması
– qazların elektrik cərəyanını keçməsidir.
Qeyri-müstәqil
boşalma
– ionlaşdırıcıının təsiri altında baş verən qaz boşalmasıdır.
R
Rabitә enerjisi
– nüvəni sərbəst nuklonlara ayırmaq üçün lazım olan minimal enerjidir:
∆
∆
və ya
·
.
Radioaktivlik
– atomların xarici təsirlər olmadan öz-özünə şüalanma hadisəsidir.
Radioaktiv çev-
rilmә
– bir radioaktiv nüvənin özbaçına digər nüvəyə çevrilməsidir.
Rotor
– latın sözü “roto” olub, fırladıram deməkdir. Rotor mühərrikin fırlanan
hissəsi olub statorun içərisində yerləşdirilir. Rotor silindrik içlikli çərçivə
formasında olan elektromaqnitdən ibarətdir. O, bəzən lövbər də adlanır.
S
Sabit maqnitlәr
(vә ya sadәcә
maqnitlәr)
– maqnit xassəsini uzun müddət özündə saxlayan maddələrdir
Sәpici (çökük)
linzanın baş
fokusu
– səpici linzada baş optik oxa paralel düşən işıq şüaları sındıqdan sonra
onların uzantılarının kəsişdiyi nöqtədir. Səpici linzanın baş fokus nöqtəsi
mövhumidur, çünki həmin nöqtədə linzadan keçən şüaların özləri yox,
uzantıları kəsişir.
Sferik güzgü
– səthi işıq şüalarını güzgü kimi əks etdirən, sferik seqment formasında
olan cisimdir.
Stator
– latın sözü “sto” olub dayanıram deməkdir. O, elektrik mühərrikinin
tərpənməz hissəsidir və gövdəyə bərkidilmiş sabit maqnitdən, yaxud dəmir
içlikli sarğacdan (elektromaqnitdən) ibarətdir. Stator bəzən induktor da ad-
lanır. Onun vəzifəsi güçlü maqnit sahəsi yaratmaqdır.
Snellen cәdvәli
– görmə itiliyini yoxlamaq üçün istifadə olunan cədvəl. O, müxtəlif hərf-
lər yazılmış 11-12 sətirdən ibarətdir. Ən iri hərflər ilk sətirdə yerləşir,
sətrdən-sətrə hərflərin ölçüləri tədricən kiçilir. Qüsursuz göz gərgin
baxmadan birinci sətri 60 m, 9-cu sətirdəki hərfləri isə 6 m məsafədən
görür.
Ş
Şüalanmanın
udulma dozası
– cismin udduğu şüalanma enerjisinin onun kütləsinə nisbəti ilə ölçülən
fiziki kəmiyyətdir:
.
T
Termoelektron
emissiyası
– elektronların yüksək temperatura qədər qızdırılan metalı tərk etmə
hadisəsidir.
LAYİHƏ
223
•
Terminlər lüğəti
•
1 Tesla
– elə bircins maqnit sahəsinin induksiyasıdır ki, bu sahə maqnit induksiya
xətlərinə perpendikulyar yerləşən cərəyanlı düz naqilə, uzunluğu 1 m və
ondakı cərəyan şiddəti 1 A olduqda, 1N qüvvə ilə təsir etsin:
B
1
N
A · m
1
kq
A · san
1Tl.
Toplayıcı linzanın
baş fokusu
– toplayıcı linzada baş optik oxa paralel düşən işıq şüaları sındıqdan
sonra kəsişdikləri nöqtəyə deyilir. F hərfi ilə işarə olunur. Toplayıcı
linzanın baş fokus nöqtəsi həqiqidir, çünki həmin nöqtədə linzadan keçən
şüaların özləri kəsişir.
V
Vakuum
– havası olduqca seyrəkləndirilmiş (
10
10
. ü .) mühitdir.
Bu mühitdə qaz molekulları bir-biri ilə demək olar ki, toqquşmur.
Vakuum diodu
(vә ya iki-
elektrodlu elek-
tron lampası)
– iş prinsipi termoelektron emissiyasına əsaslanan, katod və anodddan
ibarət ikielektrodlu vakuum balonudur.
Y
Yarımkeçirici
–sərbəst yükdaşıyıcılarının sayı xarici təsirlərdən (temperatur, işıqlanma,
tərkibinə aşqar daxil etmək və s.) asılı olan maddədir.
Yarımçevrilmә
periodu
– izotopda olan nüvələrin yarısının radioaktiv çevrilməyə məruz qaldığı
müddətdir.
X
Xüsusi rabitә
enerjisi
– nüvәnin bir nuklonuna düşәn rabitә enerjisidr:
.
LAYİHƏ
224
Fizika
Ümumtәhsil mәktәblәrinin 9-cu sinfi üçün dәrslik
Dil redaktoru: K.Abbasova
Rəssamlar: M.Hüseynov, E.Məmmədov
Korrektor: A.Məsimov
www.bakineshr.az
e-mail: bn@bakineshr.az
Murquzov Mirzəli İsmayıl oğlu
Abdurazaqov Rasim Rəşid oğlu
Əliyev Rövşən Mirzə oğlu
Əliyeva Dilbər Zirək qızı
Dil redaktoru: K.Abbasova
Rəssamlar: M.Hüseynov, E.Məmmədov
Korrektor: A.Məsimov
www.bakineshr.az
e-mail: bn@bakineshr.az
Kağız formatı: 70
100
1
/
16
.
Fiziki çap vərəqi: 14.
Çapa imzalanmışdır: 00.00.2016.
Tirajı: 000 000.
Pulsuz.
LAYİHƏ
Dostları ilə paylaş: |