4
205
• IV fəsil •
Atom və atom nüvəsi
•
R
ADİOAKTİV ŞÜALANMANIN TƏSİRİ.
ŞÜALANMANIN UDULMA DOZASI
Radioaktiv şüalanma vә onun tәrkibi. Radioaktiv şüalanmanın təsiri müəyyən
şəraitdə bütün canlı orqanizmlər üçün təhlükəli ola bilər. Bu təsirin xarakteri şü-
alanmanın növündən və intensivliyindən asılıdır. Hətta nisbətən zəif şüalanma canlı
toxumaların normal fəaliyyətini poza bilir. Belə ki, nüvə şüalanmasının təsiri ilə
orqanizmin toxumalarında atom və molekulların ionlaşması baş verir – toxuma hə-
min hissədən zədələnir. Nəticədə canlı orqanizmin əsəb sisteminin fəaliyyəti, mad-
dələr mübadiləsi, hüceyrələrin bölünmə prosesi, nəsil davametdirmə qabiliyyəti
pozulur. Orqanizm ölümlə nəticələnən ağ qan (leykositlərin sürətlə azalması), xər-
çəng və şüalanma xəstəliyinə tutulur.
Radioaktiv şüalanma mürəkkəb tərkibə malikdir. O,
- və - zərrəcikləri, - və
rent-
gen şüalanması, proton, neytron, ağır elementlәrin ionlarından ibarət ola bilər.
-zərrəciklər adi kağız vərəqdən və insan dərisindən keçə bilmir. Lakin onun açıq
yaradan, qıdadan və nəfəs yolları ilə havadan orqanizmə düşməsi insan üçün çox
təhlükəlidir.
-zərrəciklər böyük nüfuzetmə qabiliyyətinə malikdir: onlar insan dərisindən ke-
çib içərilərə doğru bir neçə santimetr nüfuz edə və toxumaları ciddi zədələyə bilir.
Ən dərin nüfuzetmə qabiliyyətinə isə
və rentgen şüalanması, habelə neytronlar
malikdir. Onların qarşısını çox qalındivarlı beton və ya qurğuşun örtük ala bilər. Ona
görə də şüalanmanın bu tərkibi bütün canlılar üçün ən böyük təhlükədir.
Şüalanmadan qorunmağın ən sadə yolu şüalanma mənbəyindən mümkün qədər
uzaqda olmaqdır, çünki şüalanmanın intensivliyi mənbədən olan məsafənin kvad-
ratından tərs mütənasib asılıdır.
Şüalanmanın udulma dozası. Şüalanmanın canlı orqanizmlərə təsiri
şüalan-
manın udulma dozası adlanan fiziki kəmiyyətlə xarakterizə olunur.
Şüalanmanın udulma dozası – cismin udduğu şüalanma enerjisinin onun kütlә-
sinә nisbәti ilә ölçülәn fiziki kәmiyyәtdir:
.
Burada
D – şüalanmanın udulma dozası, E – udulan şüalanmanın enerjisi,
m – şüa udan cismin kütləsidir.
Şüalanmanın udulma dozasının
BS-də vahidi qreydir (Qr).
4.14
Radioaktiv şüalanmanın
tərkibi nədir?
Sinfinizdə, yaşadığınız evdə,
dənizkənarı bulvarda,
yediyimiz meyvə-tərəvəzdə
radioaktiv şüalanma varmı?
Bütün radioaktiv şüalar insan
üçün təhlükəlidirmi?
6 avqust 2007-ci ildə “Xirosima şəhidləri”
memorialının qranit
siyirməsində nüvə partla-
yışından sonra 260 000 nəfər şəhər əhalisindən
sağ qalan cəmi 5221 nəfərin siyahısı yerləşdirilir.
Bu o deməkdir ki, nüvə partlayışından sonra sağ
qalan daha 100 000 nəfər insan aldıqları
radioaktiv şüalanmanın
təsirindən tədricən,
sonrakı aylar və illər ərzində həlak olmuşdur.
LAYİHƏ
206
1
1
.
1 Qr şüalanmanın elә dozasıdır ki, şüalanmaya mәruz qalan cismin hәr 1 kq
kütlәsi ionlaşdırıcı şüalanmadan 1C enerji udsun.
Praktikada çox vaxt şüalanma dozası
rentgenlә (R) ifadə olunur:
1
R
0,01
Qr.
Günəş radiasiyası, kosmik şüalar, Yer qabığının və ətraf mühitin radiasiyası
şüa-
lanmanın udulma dozasının tәbii fonunu təşkil edir. O, ildə hər bir insan üçün
0,002
Qr -dir. İnsanın çox qısa müddətdə aldığı 3-10 Qr şüalanma dozası onun üçün ölüm-
cül hesab olunur.
Dozimetr. Radioaktiv şüalanma haqqında məlumat almaq üçün onun tərki-
bindəki zərrəcikləri və ya
-şüalanmanı qeyd edən sayğacdan –
detektordan istifadə
olunur. Praktikada ən çox
Heyger sayğacından – zərrəcikləri avtomatik sayan dozi-
metrdən istifadə olunur. Sayğac şüşə borudan ibarətdir. Borunun daxili divarı metal
folqa ilə – katodla örtülmüşdür. Borunun oxu boyunca nazik naqil – anod keçiril-
mişdir
(
a
).
Anod və katod arasında yüksək gərginlik yaradılır. Boru kiçik təzyiqə malik neon
və ya arqon qazı ilə doldurulur. Radioaktiv şüalanmanın tərkibində olan yüklü zər-
rəciklər balona daxıl olduqda oradakı qazı ionlaşdırır: elektronlar anoda, müsbət
ionlar isə katoda doğru istiqamətlənir. Sayğacdan keçən cərəyan şiddəti kəskin artır
və rəqəmsal qurğu tərəfindən qeyd edilir (bax:
a
).
(a)
Yaradıcı tәtbiqetmә
Məsələ.
Nüvə tədqiqatları laboratoriyasında işləyən alimin 1 saatda udduğu şüalanma
dozasının orta qiyməti
14 mkQr-dir. Alim gündə 6 saat işləyirsə, il boyu 260 iş günündə
aldığı şüalanma onun üçün nə dərəcədə təhlükəlidir? İnsan üçün şüalanma dozasının
minimal
həddi ildə 50 mQr-dir.
Araşdırma_2_LAYİHƏ____4_207'>Araşdırma
2
LAYİHƏ
4
207
• IV fəsil •
Atom və atom nüvəsi
•
1. Radioaktiv şüalanma nə üçün insan və digər canlı orqanizmlər üçün təhlükəlidir?
2. Hansı şüalanmadan qorunmaq çox çətindir? Nə üçün?
3. Radioaktiv şüalanmadan necə qorunmaq olar?
4. Şüalanmanın udulma dozası nə deməkdir və insan üçün hansı doza ölümcüldür?
5. Şüalanmanın udulma dozasının miqdarını necə təyin etmək olar?
N
ÜVƏ REAKTORU
Nüvə enerjisindən dinc məqsədlərlə istifadənin başlıca problemi enerji ayrılma-
sının çox qısa müddətdə partlayış şəklində deyil, əksinə, uzun müddət kiçik dozalar-
da baş verməsinə nail olmaqdır.
•
Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.
1. Radioaktiv şüalanmanın tərkibi ...
2. Şüalanmanın udulma dozası –...
3. Şüalanmanın udulma dozasının təbii fonu – ...
4. Dozimetr ...
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
4.15
Zəncirvarı nüvə reaksiyası
tənzimlənmədikdə nə baş verir?
Zəncirvarı nüvə reaksiyasını
tənzimləyib onun enerjisini
insanlara faydalı olabilən istiqa-
mətlərə yönəltmək mümkün-
dürmü? Bunu necə etmək olar?
Öyrəndiniz ki, zəncirvarı reaksiyada neytron
udan uran nüvəsindən 2-3 yeni nəsil neytron
atılır, kənara iki yeni nüvə qəlpəsi sıçrayır və
200 MeV enerji ayrılır. Yeni nəsil neytronlar isə
qarşılarına çıxan başqa
uran nüvələri tərəfindən
udulur: yeni nəsil neytronlar, nüvə qəlpələri və
enerji ayrılması sel artımı şəklini alır.
Nüvə enerjisini dinc məqsədlərə yönəltmək olarmı?
Məsələ.
Verilən natamam zəncirvarı
nüvə reaksiyasını iş vərəqinə köçürün.
Elementlərin dövri sistemi cədvəlindən
istifadə
etməklə nöqtələrin yerinə
reksiyalarda yaranan uyğun nüvə
qəlpələrinin simvollarını yazın.
Nəticəni müzakirə edin:
Bu zəncirvarı nüvə reaksiyasını necə
tənzimləmək olar?
Zəncirvarı nüvə reaksiyası zamanı
ayrılan enerjini digər enerjilərə çevirmək
olarmı? Fərziyyələrinizi söyləyin.
Araşdırma
1
2
200
3
200
2
200
vә s.
vә s.
LAYİHƏ