4
199
• IV fəsil •
Atom və atom nüvəsi
•
U
RAN NÜVƏSİNİN BÖLÜNMƏSİ
Ağır nüvәlәrin bölünmәsi. Təcrübələrdən müəyyən olunmuşdur ki, eyni şə-
raitdə ağır nüvələrin neytronlarla bombardman edilməsi zamanı qeyri-adi hadisələr
baş verir:
– orta kütləli kimyəvi elementlərin nüvələri yaranır;
– yeni nəsil neytronlar yaranır;
– yeni nəsil neytronlar yeni-yeni nüvə reaksiyaları yaradır və onları artan silsilə
ilə
davam etdirir;
– böyük miqdarda enerji ayrılır.
4.12
Nüvənin iki qəlpəyə
bölünməsi hansı
qüvvələrin təsiri
altında baş verir:
nuklonlar arasın-
dakı güclü nüvə
qüvvələrinin, yoxsa
elektrik təbiətli
Kulon qüvvələ-
rinin?
Alimlər nüvənin quruluşunu habelə nuklonlar arasındakı
rabitə enerjisinin nüvənin kütlə ədədindən asılı olduğunu
bildikdən sonra nüvəni daha dərindən öyrənməyə başladılar.
Onlar müxtəlif elementlərin nüvələrini sürətli zərrəciklərlə –
protonlar,
zərrəcikləri, neytronlar və zərrəcikləri ilə bom-
bardman etməklə nüvədə baş verən prosesləri araşdırdılar.
Bu araşdırmalar gözlənilmədən yeni bir kəşflə nəticələndi.
Müəyyən edildi ki, ağır nüvələr neytronlarla bombardman
edildikdə onlar iki qəlpəyə – orta kütləli kimyəvi elementlərin
nüvələrinə bölünür.
Uran nüvəsinin neytronla bombardman edilməsi zamanı gözlənilməz hadisə baş verdi...
Məsələ.
1938-ci ildə alman alimləri Otto Han və Fris Ştrassman neytronlarla bombardıman
edilən ağır
uran nüvəsinin bölünməsi reaksiyasını kəşf etdilər. Bu reaksiya zamanı ney-
tronu udan uran-235 izotopu yeni izotopa çevrilir. Lakin yaranan bu izotop dayanıqsız olub
dərhal orta kütləli iki nüvəyə bölünür. Reaksiya zamanı üç yeni eyni zərrəcik yaranır
(
a
).
Nüvə reaksiyası zamanı alınan
izotopunu və yeni yaranan zərrəcikləri təyin edin.
Reaksiyanı yazın.
Nəticəni müzakirə edin:
Əgər yeni yaranan zərrəciklərin hər birinin qarşısına Uran-235 nüvəsi çıxsa
nə baş
verərdi?
Bu reaksiyada qeyri-adi olan nədir: öyrəndiyiniz digər nüvə reaksiyalarından o, nə ilə
fərqlənir?
Araşdırma
1
(a)
LAYİHƏ
4
201
• IV fəsil •
Atom və atom nüvəsi
•
1. Uran nüvəsini neytronla bombardman
etmək əlverişlidir, yoxsa protonla? Nə üçün?
2. Nə üçün uran nüvəsinin bölünməsindən yeni nəsil neytronlar yaranır?
3. Uran nüvəsinin bölünməsi prosesində böyük miqdarda enerjinin ayrılmasına səbəb nədir?
Z
ƏNCİRVARİ NÜVƏ REAKSİYASI. ATOM BOMBASI
Zәncirvarı nüvә reaksiyası. Uran nüvəsinin bölünmə reaksiyası zamanı yaranan
yeni “nəsil” neytronların qarşısına başqa uran nüvələri çıxdıqda onların da bölünmə
reaksiyaları baş verir. Bu reaksiyaların hər birindən növbəti “nəsil” neytronlar
yaranır və beləliklə, ilkin neytronların təsiri altında uran nüvəsinin bölünməsinin
uzun zənciri alınır
(
a
).
Z
әncirvarı reaksiya – bölünәn uran nüvәlәrinin sayının sel artımıdır.
Öyrәndiklәrinizi yoxlayın
4.13
Bu şəhərlərə atılan cəmi iki atom
bombasının partlayışı nəticəsində
ümumilikdə nə qədər insan məhv
edilmişdir?
İnsanları yandırıb külə döndərən,
binaları dağıdıb şəhəri məzarlığa
çevirən belə “fövqəladə güc” 4t
kütləyə malik atom bombasında
nədən yaranmışdır?
XX əsrin əvvəllərində ağır
kimyəvi
elementlərin nüvələrinin bölünməsi pro-
sesinin tədqiqi yeni-yeni ixtiralara yol açdı.
Təəssüf ki, ilk belə ixtira insanlığa qarşı
yönələn kütləvi qırğın silahı – atom
bombası hazırlanması ilə nəticələndi. Yəqin
ki, Yaponiyanın Xirosima və Naqasaki
şəhərlərində
törədilən atom faciəsi
haqqında eşitmisiniz.
İlk 30 saniyə müddətində şəhər
əhalisinin 30% -i həlak oldu!
Məsələ. 1945-ci il avqustun 6-da ABŞ
hərbçiləri Yaponiyanın Xirosima şəhərinə
atom bombası atdılar. Bombanın partladığı
episentrə yaxın sahədə ilk 30 saniyə
müddətində şəhər əhalisinin 30%-i yanıb
külə döndü (
a
). Bir
həftə keçdikdən sonra
şəhər əhalisinin daha 28% - i radioaktiv şüa-
lanmadan həlak oldu. Xirosima şəhərində
atom bombasının partladığı gün 260 000
insan yaşayırdı. Partlayışın ilk 30
saniyə-
sindən və bir həftədən sonra həlak olanların
sayını təyin edin.
Nəticəni müzakirə edin:
Atom bombasının partlaması zamanı insanları dərhal yandıran belə böyük enerji
haradan yaranır?
Sonrakı həftə həlak olanlar hansı şüalanmanın öldürücü təsirinə məruz qaldılar?
Araşdırma
1
LAYİHƏ