208
Bu məqsədlə elə etmək lazımdır ki, vahid zamanda bölünən nüvələrin sayı eyni
olsun. Həmin prosesi həyata keçirmək üçün tətbiq olunan qurğu
nüvә reaktoru
adlanır.
İdarә olunan zәncirvarı nüvә reaksiyası әldә etmәyә vә onu istәnilәn qәdәr sax-
lamağa imkan verәn qurğu nüvә reaktoru adlanır.
Nüvə reaktorunun əsas elementləri bunlardır:
1) nüvә yanacağı (
;
;
və s.) –
o, xüsusi ampulalara doldurularaq
reaktorun aktiv hәcmindә yerlәşdirilir;
2) neytron yavaşıdıcısı (ağır vә ya adi su, qrafit vә s.) – o,sürәtli neytronları
yavaşıdaraq onların yanacaq nüvәsi ilә qarşılıqlı tәsirini tәmin edir;
3) istilik ötürücüsü (soyuq su vә ya maye natrium) – nüvә reaksiyasından ayrılan
istiliyi buxar generatoruna ötürür;
4) tәnzimlәyici qurğu (tәrkibindә kadmium vә ya bor olan çubuqlar) – reaksiya
prosesindә neytronların artma әmsalını idarә edir:çubuqlar tamamilә aktiv hәcmә daxil
edildikdә neytronların artma әmsalı k
1 olur. Әgәr çubuqlar aktiv hәcmdәn tamamilә
çıxarılarsa, k
1 olur (bax: mövzu 4.13). Radiasiyanın (
-şüalanma, neytronlar seli və
s.) qarşısını almaq
üçün reaktor xaricdən hermetik qoruyucu örtüklә əhatə olunur
(
a
).
İlk nüvə reaktoru 1942-ci ildə ABŞ-da
Enriko Ferminin rəhbərliyi altında hazır-
lanmışdır. Avropada ilk reaktoru keçmiş SSRİ-də 1946-cı ildə
İqor Kurçatovun rəh-
bərlik etdiyi alimlər qrupu işə salmışdır. Bu qrupun üzvlərindən biri azərbaycanlı
görkəmli radiokimyaçı alim
Abbas Abbasәli oğlu Çayxorski olmuşdur.
(a)
Nüvə reaktorunun
əsas elementləri
•
Keçmiş Sovet İttifaqında adı gizli
saxlanılmış, uzun illər (1961–1989)
nüvə reaktorlarının təhlükəsizliyi
üzrə SSRİ Dövlət Komitəsinin di-
rektoru olmuşdur. Kimyəvi ele-
mentlərin yeni dövri sistemini yarat-
mışdır.
Abbas Abbasәli oğlu Çayxorski
(1917-2008)
keçmiş SSRİ-nin EA-nın hәqiqi
üzvü
LAYİHƏ
4
211
• IV fəsil •
Atom və atom nüvəsi
•
A
LTERNATİV ENERJİ MƏNBƏLƏRİ
(DƏRS-TƏQDİMAT)
Alternativ enerji mәnbәlәrinә dair kompüter tәqdimatı hazırlayın. Tәqdimat
hazırlayarkәn verilәn materialdan vә plandan istifadә edә bilәrsiniz.
TÜKӘNӘN VӘ TÜKӘNMӘYӘN ENERJİ MӘNBӘLӘRİ
Bəşəriyyət mövcud olandan indiyə kimi insanlar enerji ehtiyaclarını ödəmək üçün
müxtəlif mənbələrdən istifadə ediblər. Enerji mənbələri iki növ olur: tükənən və tükənməyən.
TÜKӘNӘN ENERJİ MӘNBӘLӘRİ
Qaz – ucuz yanacaq növüdür.
Yanar qazlar
ın sənaye və
məişətdə istehlakına hələ ötən yüzilliklərdə başlanılmışdır.
İ
nsanlar erkən sivilizasiya çağlarından Yerin təkindən qazın
çıxmasının şahidi olmuşlar. Eramızdan bir neçə yüz il öncə
Abşeron yarımadasında, Xəzər dənizinin şimal-qərb sahil-
lərində təsadüf olunan “əbədi atəşlər”, “yanar sular” dənizə
şölə saçmış, üzən gəmilərin təbii mayakına çevrilmişdir.
Daşkömür – təbii yanacaq növüdür, qara, boz və par-
laqdır. Ondan yaşayış, iş və təhsil yerlərinin qızdırılmasında,
istilik elektrik stansiyalarında geniş istifadə olunur.
Neft –
Yer kürəsind
ə ən mühüm təbii enerji ehti-
yatlarından sayılır. O, istilik
elektrik stansiyaları və nəqliyyat
vasitələri üçün əvəzolunmaz xammaldır.
Azərbaycan neftinin
tarixi kökləri çox qədim dövrlərə gedir.
Ərəb səyyahları VIII
əsrdə Bakının neftli torpağı, Abşeronun "ağ" və "qara" nefti
haqqında məlumat vermişlər. İtalyan səyyahı Marko Polo
(XIII-XIV əsrlər) Bakı neftinin İrana, Orta Asiyaya, Türkiyə-
yə və Hindistana aparılması və neftin gətirdiyi illik gəlir haqqında məlumat vermişdir.
Nüvә yanacağı –
AES-də əsas yanacaq kimi istifadə
edilən uran yataqlarının zəngin olması istehsal olunan ener-
jinin ucuz başa gəlməsini təmin edir. Dünyada ən
böyük uran
istehsalçıları Qazaxıstan, Avstraliya və Kanadadır.
TÜKӘNMӘYӘN ENERJİ MӘNBӘLӘRİ
Günәş enerjisi –
Yer səthinə düşən Günəş enerjisinin
miqdarı Yerdə olan neft, qaz, kömür və digər yanacaqlardan
dəfələrlə çoxdur. Günəş enerjisindən istifadənin ən səmərəli
texnologiyası Günəş batareyalarıdır. Ölkəmizdə günəşli
saatların miqdarı il ərzində 2400–3200 saat, 1 kvadrat‐
metr Yer səthinə düşən Günəş enerjisinin miqdarı 1500–
2000 kVt‐saatdır.
4.16
LAYİHƏ