212
Külәk enerjisi –
ekoloji cəhətdən təmiz, həm də
tükənməyən enerjidir. 2009‐cu ildə Xızı rayonunun Şurabad
kəndi yaxınlığında 2 külək enerjisi qurğusu (KEQ) quraş‐
dırılıb. Qurğular vasitəsilə bir il ərzində 7 milyon kVt‐saat
elektrik enerjisi istehsal olunmuşdur. Bu elektrik enerjisi
Xızı rayonunun tələbatını 50 faiz ödəməklə yanaşı, isteh‐
lakçıları “yaşıl enerji” ilə təmin edir.
Suyun enerjisi –
enerji istehsalına görə ikinci yerdə
SES-lər gəlir. Burada enerji tükənən, lakin bərpa olunan su
axını əsasında istehsal edilir. Azərbaycanda təkcə Kür
çayının üzərində üç böyük SES tikilmişdir.
Okean vә dәniz enerjisi –
bu enerji okean və dəniz
sularının qabarma və çəkilmələrindən, dalğalar və axınlardan
alınır. O, böyük miqdar enerjini kiçik bir sahədən əldə et-
məyə imkan verən tükənməz və ən ucuz başa gələn enerji
növüdür.
Təqdimatın hazırlanma planı
1
-ci slayd
Təqdimatın adı
Hazırlayan (sinif, şagirdin adı, soyadı)
2
-ci slayd
Alternativ enerji dedikdə nə başa düşülür?
3
-cü slayd
Tükənən enerji mənbələri:
nümunələr göstərin
Tükənən enerji mənbələrindən istifadə texnologiyaları
4
-cü slayd
Tükənməyən enerji mənbələri: nümunələr göstərin
Tükənməyən enerji mənbələrindən istifadə texnologiyaları
5
-ci slayd
Azərbaycanda tükənməyən alternativ
enerji mənbələri, onlardan istifadə
imkanları
və perspektivləri
6
-cı slayd
Azərbaycanda tükənən alternativ enerji mənbələri,
onlardan istifadə
imkanları və perspektivləri
Resurslar:
1. www.azerbaijan.az/_.../oilStrategy_02_a.html
2. www.azerbaijan.az/portal/.../oilStrategy_a.html
3. azens.az/menu.../42-azaerbaydzan-neftinin-tarixi
4. www.azerbaijans.com/content_772_az.html
5. https://ru.wikipedia.org/wiki/Энергия_волн_океана
6. http://www.qlobalenerji.az/page.php?sh
7. www.ecosoil.bsu.edu.az/.../alternativ_enerji_mn...
8. anl.az/down/meqale/xalqqazeti/.../89346.htm
9. https://az.wikipedia.org/wiki/Nüvə_energetikası
10. irp.science.az/?l=/news,42/lang,az/.
LAYİHƏ
4
213
• IV fəsil •
Atom və atom nüvəsi
•
İ
STİLİK NÜVƏ REAKSİYALARI
Sintez nüvә reaksiyası. İki nüvənin birləşməsi (sintezi) üçün onlar eyni yüklü
protonlar arasındakı Kulon itələmə qüvvələrini dəf edib nüvə qüvvələrinin təsir mə-
safəsinə qədər (
10
) yaxınlaşmalıdır. Bunun üçün nüvələr çox böyük kinetik
enerjiyə malik olmalıdır. Nüvələrin həmin enerjini alması üçün sintez reaksiyası çox
yüksək temperaturda (
10
10
aparılmalıdır, çünki temperaturun kəskin artması
nüvələrin sürət və kinetik enerjisinin də kəskin artmasına səbəb olur.
Çox yüksәk temperaturlarda gedәn yüngül nüvәlәrin birlәşmә (sintez) reaksi-
yası istilik nüvә reaksiyası adlanır.
Apardığınız araşdırmada
təyin etdiniz ki, istilik nüvə reaksiyası nəticəsində külli
miqdarda enerji ayrılması baş verir. Ayrılan bu enerjinin hər nuklona düşən miqdarı
zəncirvarı nüvə reaksiyası zamanı ayrılan enerjidən 3,5 dəfə çoxdur. Ona görə də
istilik nüvə reaksiyası bəşəriyyət üçün tükənməz enerji mənbəyi ola bilər. Əsas
problem bu reaksiyanın getməsi üçün milyard dərəcəyə qədər qızdırılan plazmanı
saxlaya bilən qurğunun hazırlanmasıdır
– idarәolunan istilik nüvә reaktorunu
hazırlamaqdır. Problem Yer şəraitində texniki baxımdan hələ də həllini tapmayıbdır.
Lakin belə şərait Günəş və digər ulduzlarda mövcuddur – onların mərkəzində
temperatur
13 milyon dərəcədir. Belə temperaturda atomlar tamamilə ionlaşmışdır
və maddə plazma halındadır – yalnız nüvələrdən ibarətdir. Nüvələr yüksək kinetik
enerjiyə malik olduqlarından digər nüvələrlə fasiləsiz toqquşmalara məruz qalır.
Nəticədə Günəş və digər ulduzlarda öz-özünə fasiləsiz olaraq sintez reaksiyaları və
külli miqdarda enerji ayrılmaları baş verir.
Araşdırmalardan müəyyən edilmişdir ki, Günəş və digər ulduzların daxilində əsas
etibarı ilə aşağıdakı sintez nüvə reaksiyaları gedir:
2
,
və s.
4.17
Nə üçün nüvə
reaksiyalarında
külli miqdarda
enerji ayrılır?
Kimyəvi elementlərin xüsusi rabitə enerjisinin qrafikini
(bax:
mövzu 4.10) araşdırdıqda
məlum olur ki, nüvə enerjisini təkcə
ağır
nüvələrin bölünməsindən deyil, yüngül nüvələrin birləşmə-
sindən – sintezindən də almaq mümkündür.
“Yüngül” nüvələrin sintezindən ayrılan enerjini hesablayın.
Məsələ.
Deyterium (
) və tritium (
) nüvələrinin sintezindən helium nüvəsi yaranmış və
bir neytron buraxılmışdır. Nüvələrin sintezi reaksiyasını yazın və bu reaksiyadan ayrılan
enerjinin hər nuklona düşən miqdarını – xüsusi rabitə enerjisini hesablayın (zərrəciklərin
a.k.v.-sini 4.3 cədvəlindən götürün).
Nəticəni müzakirə edin:
Hansı reaksiya nəticəsində ayrılan enerjinin hər nuklona düşən miqdarı daha böyükdür:
uran
nüvəsinin bölünməsi, yoxsa iki yüngül nüvənin birləşməsi reaksiyasından?
Araşdırma
1
LAYİHƏ