214
Günәş vә digәr ulduzlar – öz-özünә idarә edilәn tәbii istilik nüvә reaktorlarıdır.
Hidrogen bombası.
İdarәedilmәyәn istilik nüvә reaksiyası hidrogen bombasının
partladılması ilә әldә edilmişdir. Bombanın partlayıcı başlığı deyterium-litium
qarışığından ibarət
LiD adlanan maddə təşkil edir. Alışdırıcı (detonator) kimi atom
bombasından istifadə olunur. Əvvəlcə hidrogen bombasının daxilində atom bombası
partladılır. Nəticədə, temperatur kəskin artır və güclü neytron seli yaranır. Neytron-
ların litium izotopu ilə birləşmə reaksiyası baş verir. Sintez nüvə reaksiyasından he-
lium və tritium nüvələri yaranır:
. (1)
Deyterium və litium nüvələrinin yüksək temperaturda neytronla birləşməsindən
idarəedilməyən istilik nüvə reaksiyası baş verir – külli miqdarda enerji ayrılır və
hidrogen bombası partlayır
(
a
).
1. Hansı reaksiyalar istilik nüvə reaksiyasına aid edilir?
2. İstilik nüvə reaksiyasının Yer şəraitində aparılmasının hansı çətinlikləri var?
3. Günəş və digər ulduzların enerji mənbəyini nə təşkil edir?
4. Hidrogen bombası və atom bombası: bunların oxşar və fərqli xüsusiyyətləri nədir?
Yaradıcı tәtbiqetmә
Hidrogen bombasının partlayışından nə qədər enerji ayrılır?
Məsələ.
Hidrogen bombasının partlaması
nəticəsində (1)
reaksiyasından ayrılan
enerjinin hər nuklona düşən miqdarını hesablayın (element və zərrəciklərin a.k.v.-sini
cədvəl 4.3-dən götürün).
Nəticəni müzakirə edin:
Hansı bombanın partlaması nəticəsində ayrılan enerjinin hər nuklona düşən miqdarı
daha böyükdür: atom, yoxsa hidrogen bombasının?
Araşdırma
2
•
Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.
1. İstilik nüvə reaksiyası – ...
2. Günəş və digər ulduzlar –...
3. Hidrogen bombası –...
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
(a)
LAYİHƏ
4
215
• IV fəsil •
Atom və atom nüvəsi
•
1. Verilәn istilik-nüvә reaksiyasından hansı zәrrәcik yaranır? Sintez reaksiyası
zamanı nә qәdәr enerji ayrılar?
.
2. İstilik-nüvә vә zәncirvarı nüvә reaksiyaları bir-birindәn nә ilә fәrqlәnir? Bu reaksiyalar
harada baş verir?
3. Verilәn istilik nüvә reaksiyasından ayrılan enerjinin hәr nuklona düşәn miqdarını
hesablayın.
.
4. Şәkildә hidrogen bombasının sadәlәşdirilmiş sxemi tәsvir edilmişdir. Bu sxemә
әsasәn bombanın işәsalınma mexanizmini izah edin.
N
ÜVƏ SİLAHI BEYNƏLXALQ SÜLHÜN QARANTIDIRMI?
(DƏRS-DEBAT)
1. Bütün ölkәlәrin, o cümlәdәn Azәrbaycanın nüvә silahına malik olmaq hüququ var.
• Lehinə
Nüvə silahı – öz ərazisini düşmən hücumundan qoruyan ən effektiv müdafiə
vasitəsidir. İxtiyari ölkə, o cümlədən Azərbaycan da öz torpaqlarını düşmən
hücumundan qorunmaq hüququna malikdir. Bəzən adi silahlarla bunu
etmək çətin olur.
Çalışma
4.8
4.18
Bütün ölkələrin, o cümlədən Azərbaycanın
nüvə silahına malik olmaq hüququ varmı?
Nüvə silahına yiyələnmək və onun tətbiqindən
daşınmaq prinsipinə əməl etməyə ehtiyac
varmı?
Nüvə silahına malik olmaq ölkələrarası sülhün
kompromis yollarının axtarılmasına zəmin
yaradırmı?
Nüvə silahına malik olan ölkə beynəlxalq
sazişlərə təsir edə bilirmi?
Nüvə silahı çox böyük dağıdıcı
gücə malikdir. Onun partlayışı
böyük sosial, iqtisadi və ekoloji
xarakterli fəlakətlərlə nəticələnir.
XXI
əsr ölkəsi düşmən hücumla-
rından qorunmağın ən etibarlı
yolunu nüvə silahına malik
olmaqda görür.
D e b a t
• Problem suallar ətrafında müzakirə aparın və dərslikdə verilən
dəlillərə əlavələr edin.
LAYİHƏ
216
• Əleyhinə
Əlbəttə, hər bir ölkənin, o cümlədən Azərbaycanın nüvə silahına malik
olmaq hüququ var. Lakin bu o demək deyil ki, Azərbaycan mütləq bu
hüququndan istifadə etməlidir. Nüvə silahının hər hansı ölkəyə tətbiqi,
əlbəttə, həmin ölkənin də bu silahı Azərbaycana tətbiqi deməkdir. Onun
nəticələrinin kiçik ölkə üçün hansı fəlakətlər törədəcəyini təsəvvür etmək
çətin deyildir.
2. Nüvә silahına yiyәlәnmәk vә onun tәtbiqindәn daşınmaq prinsipinә әmәl etmәyә
ehtiyac var.
• Lehinə
Nüvə silahına yiyələnmək və onun tətbiqindən daşınmaq prinsipi – düşməni
ona qarşı nüvə silahı tətbiq etməkdən çəkindirmək deməkdir. Nüvə silahına
nə qədər çox ölkə malik olarsa, ondan istifadə riski bir o qədər azalacaqdır.
• Əleyhinə
Bu prinsipin ciddi çatışmazlıqları vardır:
1) rasional deyil, çünki bir ölkənin digərinə nüvə silahı tətbiq etməsi
bütün Yer kürəsində fəlakət törədəcək;
2) nüvə silahı əldə etmək istəyən ölkələrin sayı durmadan artacaq;
3) nüvə silahı həndəsi silsilə ilə yayılacaq.
3. Nüvә silahına malik olmaq ölkәlәrarası sülhün kompromis yollarının axtarılmasına
zәmin yaradır.
• Lehinə
Nüvə silahına malik olan ölkələrin bir-biri ilə müharibə konfliktlərinə
girməsi ağır itkilər baxımından sərfəli deyil. Odur ki, nüvə silahı beynəlxalq
sabitliyi saxlamaq vasitəsidir.
• Əleyhinə
Birdən nüvə silahına malik olan ölkənin prezidenti əsəbi adam oldu
necə? Belə olan halda qarant varmı ki,
o sülh kompromisi axtaracaq,
yoxsa nüvə silahı tətbiq edəcək? Yoxdur!!
4. Nüvә silahına malik olan ölkә beynәlxalq sazişlәrә tәsir edә bilir.
• Lehinə
Beynəlxalq forumlarda müzakirə olunan problemlərin həll yolları, adətən,
nüvə silahına malik ölkələr tərəfindən müəyyənləşdirilir. Əgər bütün öl-
kələr nüvə silahına malik olarsa, beynəlxalq məsələlərin həllində ölkələr-
arası təsir balansı yaranar və saxlanar.
• Əleyhinə
Beynəlxalq məsələlərin həllində nüvə silahı hər şeyi həll etmir. Hazırda
diplomatik müzakirələrdə ölkənin iqtisadi gücü və potensialı daha
mühüm əhəmiyyət kəsb edir.
LAYİHƏ