Dərslik Naxçıvan Universiteti Elmi şurasının qərarı ilə nəşr olunur



Yüklə 3,98 Kb.
Pdf görüntüsü
səhifə2/60
tarix30.12.2017
ölçüsü3,98 Kb.
#18417
1   2   3   4   5   6   7   8   9   ...   60

 
 

 
tayfaların  məişətini,  həyat  tərzini,  Şərq  ölkələri  ilə  iqtisadi-mədəni 
əlaqələrini  öyrənmək  üçün  zəngin  material  vermişdir.  I  Kültəpənin  Neolit 
təbəqəsindən  aşkar  olunan  Xalaf  tipli  boyalı  qab  Naxçıvanın  qədim 
sakinlərinin  Şimali  Mesopotamiya  ilə  iqtisadi  mədəni  əlaqələrini  göstərir. 
Bir  qrup  tədqiqatçılar  arxeoloji  materiallara  əsaslanaraq  müəyyən  əhali 
qrupunun  Şimali  Mesopotamiyadan  Naxçıvana  gəldiyini  söyləmişdir. 
Eneolit abidələrinin tədqiqi Mesopotamiyada formalaşan Ubeyd mədəniyyəti 
ilə  olan  əlaqələri  də  öyrənməyə  imkan  verir.  Bu  mədəniyyətin  təsiri  ilə 
Naxçıvanda  boyalı  keramika  məmulatı  ortaya  çıxmışdır.  Ovçulartəpəsində 
bir ədəd idxal malına da rast gəlinmişdir. Ovçulartəpəsindən, Xələc,  Şortəpə 
və Uçan Ağıldan aşkar olunan boyalı keramikanın əksəriyyəti yerli istehsalın 
məhsuludur.  Bu  isə  bəzi  tədqiqatçıların  iddia  etdiyi  kimi  Eneolit 
mədəniyyətinin  gətirilmədiyini,  yerli  istehsalın  məhsulu  olduğunu  göstərir. 
Ovçulartəpəsində  aparılan  araşdırmalar  Eneolit  dövrünün  sonunda 
Naxçıvanda yaşayan tayfaların iqtisadi-mədəni və sosial həyatında baş verən 
dəyişiklikləri  izləmək  üçün  dəyərli  nəticələr  vermişdir.  Araşdırmalar  bu 
dövrdə ibtidai icma quruluşunun dağılma ərəfəsində olduğunu göstərir.  
Arxeoloji  tədqiqatlar  zamanı  Naxçıvan  MR  ərazisində  Erkən  Tunc 
dövrünə  aid  I  Kültəpə,  II  Kültəpə,  Ovçulartəpəsi,  I  Maxta  Kültəpəsi,  II 
Maxta  Kültəpəsi,  Şortəpə,  Sədərək  və  onlarla  digər  yaşayış  yerləri,  Dizə 
nekropolu,  Qarabulaq  nekropolu,  Plovdağ  nekropolu  və  Xornu  nekropolu 
kimi  qəbir  abidələri  tədqiq  edilmişdir.    Erkən  Tunc  dövrü  abidələrindən 
aşkar olunmuş arxeoloji mədəniyyət Kür-Araz mədəniyyəti adlandırılmışdır. 
Naxçıvanın  Kür-Araz  mədəniyyəti  abidələrinin  tədqiqi  bu  mədəniyyətin 
mənşəyi, xronologiyası və inkişaf xüsusiyyətləri ilə bağlı bir sıra məsələlərə 
aydınlıq  gətirmişdir.  Qafqaz,  o  cümlədən  Azərbaycan  arxeologiyasında 
mübahisəli  olan  bu  məsələnin  aydınlaşdırılmasında  Naxçıvan  abidələrinin 
müstəsna  əhəmiyyəti  olmuşdur.  Ovçulartəpəsi  yaşayış  yerinin  tədqiqi 
zamanı  arxeoloji  ədəbiyyatda  “Proto  Kür-Araz  keramikası”  adlandırılan 
mədəniyyət  aşkar  olunmuş  və  bu  tapıntılardan  sonra  I  Maxta  Kültəpəsi, 
Ərəbyengicə,  Xələc,  Sədərək  və  digər  abidələrdən  aşkar  olunan,  Kür-Araz 
mədəniyyətinin  formalaşma  dövrünə  aid  materialları  dəyərləndirmək 
mümkün  olmuşdur.  Tədqiqatların  nəticələri  Naxçıvanın  Kür-Araz 
mədəniyyətinin formalaşdığı əsas regionlardan biri olduğunu göstərmişdir.  
Orta  Tunc  dövrünə  aid  arxeoloji  abidələrin  tədqiqi  bu  dövrdə 
Naxçıvanın  Urmiya  hövzəsi  daxil  olmaqla  Azərbaycanın  cənubu  və  Şərqi 
Anadolu ilə vahid iqtisadi-mədəni rayona daxil olduğunu göstərir. Bu dövrdə 
Naxçıvan  boyalı  qabları  ilə  fərqlənən  Orta  Tunc  dövrü  mədəniyyətinin 
mərkəzinə  çevrilir.  Iqtisadiyyatın,  xüsusilə  sənətkarlıq  və  ticarətin  inkişafı 


 
 

 
şəhər  tipli  yaşayış  yerlərinin  və  şəhər  dövlətlərin  formalaşması  ilə 
nəticələnir.  Naxçıvan  ərazisindəki  arxeoloji  abidələr  Yaxın  Şərqdə 
formalaşan  Orta  Tunc  dövrü  mədəniyyətinin  bir  sıra  xarakterik  cəhətlərini 
müəyyən  etməyə  imkan  verir.  Orta  Tunc  dövründə  Yaxın  Şərqdən  fərqli 
olaraq Naxçıvanda oturaq həyat fasiləyə uğramada davam edir və  qala tipli 
yaşayış  yerləri  meydana  çıxır.  Bunlar  arasında  II  Bəzəkli  qalası,  Göynük 
qalası,  Qazançıqala,  Qızqalası,  Qurddağ  qalası  strateji  cəhətdən  əlverişli 
mövqedə  yerləşmiş  yaşayış  yerləridir.  Bu  tip  abidələr  cəmiyyətin 
iqtisadiyyatında  və  ictimai  quruluşunda  meydana  gələn  dəyişiklikləri 
izləməyə imkan verir. 
Naxçıvanın Son Tunc və Erkən Dəmir dövrünə aid arxeoloji abidələri 
bu  dövrdə  Azərbaycanın  cənub  rayonlarında  baş  verən  sosial-mədəni 
prosesləri,  habelə  şimal  və  cənub  rayonları  arasındakı  iqtisadi-mədəni 
əlaqələri  öyrənmək  baxımından  əhəmiyyətlidir.  Araşdırmalar  Son  Tunc 
dövründə  Naxçıvanda  boyalı  qablarla  xarakterizə  edilən  mədəniyyətin 
davam  etdiyini,  eyni  zamanda  Azərbaycanın  şimal  rayonlarında  yayılan 
Xocalı-Gədəbəy  mədəniyyəti  üçün  xarakterik  olan  xüsusiyyətlərin  bu 
əraziyə  daxil  olduğunu  göstərir.  Naxçıvan  və  Xudafərin  ətrafında  aparılan 
araşdırmalar Xocalı-Gədəbəy mədəniyyətinin Azərbaycanın cənubuna doğru 
yayıldığını göstərir. Fikrimizə görə bu, e.ə. II minilliyin sonu və I minilliyin 
əvvəlində  Azərbaycanın  cənub  rayonlarıda  baş  verən  siyasi  dəyişikliklər,  o 
cümlədən yerli tayfaların xarici işğal təhlükəsinə qarşı birləşməsi prosesi ilə 
bağlı  olmuşdur.  Bu  dövrdə  Naxçıvan  ərazisində  I  Kültəpə,  II  Kültəpə, 
Şahtaxtı, Sədərək, Xələc, Şortəpə kimi iri yaşayış yerləri mövcud olmuşdur. 
Orta  Tunc  dövründə  olduğu  kimi  bu  dövrdə  də  qala  tipli  yaşayış  yerləri 
mövcud  olmuşdur.  Əhali  müdafiə  olunmaq  üçün  Orta  Tunc  dövrünün 
qalaları  ilə  yanaşı  yeni  qalalar  da  inşa  etmişdir.  Sədərəkqala,  Oğlanqala, 
Çalxanqala bu tip abidələr sırasına daxildir.  
Dəmir    dövrünün  inkişaf  etmiş  mərhələsinə  aid  abidələr  bu  dövrün 
siyasi  və  iqtisadi  mənzərəsini  aydınlaşdırmaq  üçün  ən  dəyərli  mənbələrdir. 
Bu  dövrə  aid  tədqiq  edilmiş  abidələr  başlıca  olaraq  Şərur  və  Ordubad 
rayonları  ərazisindədir.  Xaraba-Gilanda  yerləşən  Xalı-Keşan,  Mərdangöl, 
Muncuqlutəpə  nekropollarının  materialları  bu  dövrün  xarakteristikasını 
vermək üçün dəyərli mənbədir. Bu dövrün tarixini öyrənmək üçün ən dəyərli 
abidə    Oğlanqala  yaşayış  yeridir.  2008-2011-ci  illərdə  birgə  Azərbaycan-
Amerika  ekspedisiyasının  apardığı  araşdırmalar  zamanı  Naxçıvan  tarixinin 
öyrənilməsi  üçün  maraqlı  faktlar  aşkar  olunmuşdur.  Müəyyən  olunmuşdur 
ki,  Oğlanqala  e.ə.  IX-VI  əsrlərdə  Şərur  düzündə  meydana  gələn  kiçik  bir 
şəhər  dövlətin  paytaxtı  olmuş  və  Urartu  işğalçılarına  qarşı  mübarizə 


Yüklə 3,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə