409
ümumi qabiliyyətlər xüsusi qabiliyyətlərin inkişafı üçün baza
rolunu oynayırlar. Xüsusi qabiliyyətlər, alimlərin fikirincə,
«ancaq və ancaq bir yolla - ümumi qabiliyyətlərin fəaliyyət
prosesində xüsusi qabiliyyətlərə modifikasiya yolu ilə» əmələ
gəlir
1
. Bu cür modifikasiyanın gedişini prof. Ə.Ə. Əlizadə belə
şərh edir:
«Qavrayış ədəbi yaradıcılıqda poetik görmə, texniki-
konstruktiv yaradıcılıqda məkan qavrayışı kimi formalaşmağa
başlayır. Hafizənin xüsusi qabiliyyət kimi modifikasiya prosesi
belə gedir: surət, hiss və hərəkət hafizəsi (ədəbi yaradıcılıq),
məkan təsəvvürləri (texniki-konstruktiv yaradıcılıq). Təxəyyül
ədəbi yaradıcılıqda bədii (təsviri) təxəyyül, texniki-konstruktiv
yaradıcılıqda fəza təxəyyülü kimi inkişaf edir. Təfəkkür ədəbi
yaradıcılıqda
obrazlı
təfəkkürə,
texniki-konstruktiv
yaradıcılıqda texniki təfəkkürə çevrilir…
Bu proses qabiliyyətlərin «ixtisaslaşması» prosesidir»
1
.
Nəzərə almaq lazımdır ki, hər hansı bir fəaliyyəti mü-
vəffəqiyyətlə icra etmək üçün həm ümumi, həm də xüsusi
qabiliyyətlərin qarşılıqlı əlaqəsi və qarşılıqlı təsiri zəruridir.
Fəaliyyət prosesində onlardan hər birinin öz funksiyası vardır.
Həmin funksiyadan asılı olaraq, fəaliyyətin bir mərhələsində,
tutaq ki, poetik qavrayış əsas rol oynadığı halda, başqa bir
mərhələdə obrazlı təfəkkür daha mühüm əhəmiyyət kəsb edə
bilər.
Talant qabiliyyətlərin inkişaf mərhələsi kimi. Əksər
psixoloji ədəbiyyatda talant qabiliyyətlərin ən yüksək inkişaf
mərhələsi kimi qeyd olunur. Talant qabiliyyətlərin elə birliyidir
ki, o, insana hər hansı bir mürəkkəb fəaliyyəti müvəffəqiyyətlə,
müstəqil və orijinal şəkildə yerinə yetirmək imkanı verir. Ta-
lant qabiliyyətlərin yaradıcılıq nailiyyətləri əldə etməyə imkan
1
Ялизадя Я.Я. Истедадлы ушаглар. Психпедагожи мясяляляр.
Есселяр, етüдляр. – Бакы, 2005, с.83
1
Ялизадя Я.Я. Йеня орада. Сящ.83
410
verən, həmin nailiyyətlərdə təzahür edən yüksək inkişaf
mərhələsidir.
Qabiliyyətlərdə olduğu kimi talant da yaradıcılıqda
yüksək ustalıq və əsaslı müvəffəqiyyət əldə etmək üçün yalnız
imkan rolunu oynayır. Lakin potensial imkan kimi talantla
onun həyata keçirilməsi və müvafiq maddi və mənəvi
məhsulun əldə edilməsi arasında bərabərlik işarəsi qoymaq ol-
maz. Bu sahədə tədqiqat aparmış psixoloqların (A.V. Petro-
viski, M.Q. Yaroşevski) fikrincə özünün tam dəyərli inkişafı
üçün hansı istedadın daha əlverişli şərait əldə etməsi dövrün
tələbatından və dövlət qarşısında duran konkret məsələlərin
xüsusiyyətlərindən asılıdır. Müharibə dövründə sərkərdəlik
talantı, dinc dövrdə mühəndis, konstruktor və s. talantı daha
sürətlə inkişaf edir.
Talantın
strukturuna
gəldikdə, o, qabiliyyətlər
kompleksindən, onların məcmuundan ibarətdir. Əgər ən yüksək
inkişaf səviyyəsinə çatsa, nə qədər parlaq təzahür etsə belə,
ayrıca götürülmüş qabiliyyətləri talantın analoqu kimi
götürmək olmaz. Bunu həyatı faktlar və aparılmış tədqiqatlar
da təsdiq etmişdir.
Talant və dahilik. Qabiliyyətlərin yüksək inkişaf pilləsi
talantla məhdudlaşmır. Bəzi adamlar öz istedadlarının yüksək
səviyyəsi ilə də fərqlənir, onların yaradıcı nailiyyətləri
cəmiyyətin həyatında, mədəniyyətin inkişafında tam bir dövrü,
epoxanı əhatə edir. İnsanda qabiliyyətin bu cür inkişaf
səviyyəsi dahilik adlanır. Dahilik şəxsiyyətin elə bir ali
yaradıcılıq səviyyəsidir ki, həmin səviyyəyə yüksələn insan
cəmiyyətin həyatında ağlagəlməz yüksək rol oynayır. Dahi in-
san, obrazlı şəkildə demiş olsaq, öz fəaliyyəti sahəsində yeni
dövr yaradır. Dahi üçün fövqəlada yaradıcı məhsuldarlıq,
keçmişin mədəni miraslarına yiyələnmək və bununla yanaşı
köhnəlmiş norma və ənənələri aradan qaldırmaq xarakterik
haldır. Dahi şəxsiyyət öz yaradıcı fəaliyyəti ilə cəmiyyətin pro-
qressiv inkişafına təsir göstərir. Dahi şəxsiyyət hadisələrin
411
gələcəyini qabaqcadan görə bilir və öz fəaliyyətini buna uyğun
qurmağa çalışır. Dahi insanlar olduqca azdır. Belə hesab edirlər
ki, sivilizasiyanın beş min illik tarixində bu cür adamların sayı
400-dən artıq olmamışdır. Dahini xarakterizə edən yüksək iste-
dad səviyyəsi fəaliyyətin müxtəlif sahələrinin qeyri adiliyi ilə
əlaqədar olur. Tarixən bu cür universallığa malik olan
dahilərdən
Aristotelin,
Leonarda
da
Vinçinin,
M.V.Lomonosovun, Nizami Gəncəvinin, Tusinin və b. adını
çəkmək olar. Məsələn, Tusi müxtəlif bilik sahələrində öz
əvəzolunmaz nailiyyətləri ilə fərqlənmişdir. Lakin bu o demək
deyildir ki, dahi adamlarda bütün fərdi keyfiyyətlər eyni
dərəcədə inkişaf etmiş olur. Adətən, dahilik öz «profilinə» ma-
lik olur. Onun fərdi keyfiyyətlərindən hansısa üstünlük,
dominantlıq təşkil edir, qabiliyyətlərindən hansısa daha aydın
təzahür edir.
V. 17. 4. Qabiliyyət və talantın təbii şərtləri
Təbii imkanlar və qabiliyyət. Qabiliyyətlərin insanda
necə yaranması mubahisəli bir məsələ kimi daima diqqəti cəlb
etmişdir. Artıq psixologiyada belə bir fikir əsaslandırılmışdır
ki, şəxsiyyətin bütün başqa fərdi-psixi xassələri kimi
qabiliyyətlər də insan tərəfindən hazır şəkildə, təbiətin ona ver-
diyi fitri, anadangəlmə bir şey kimi əldə edilmir, həyat və
fəaliyyətdə formalaşır. Bununla belə qabiliyyətlərin fitriliyini
inkar etmək hec də mütləq səciyyə daşımır. Psixologiyada belə
bir müddəa əsas götürülür ki, insan hər hansı bir fəaliyyət
sahəsində müvafiq qabiliyyətlərə yiyələnmək üçün zəruri olan
təbii imkanlarla doğulur. Bu imkanlar qabiliyyətlərin
inkişafının təbii ilkin şərtləri kimi özünü göstərir. Onlar beyin
qurluşunun, hiss və hərəkət üzvlərinin morfoloji və funksional
xüsusiyyətlərindən ibarətdir. Onlar hələ qabiliyyət deyil, təbii
Dostları ilə paylaş: |