437
Anadan olandan bir yaşa qədər olan dövrü çox vaxt iki
yarımdövrə bölürlər: çağalıq dövrü (iki aya qədər olan dövr) və
körpəlik dövrü (2 aydan bir yaşa qədər olan dövr). Bu dövrdə
sensor və hərəki funksiyalar, nitqə yiyələnməyə hazırlıq
böyüklərlə bilavasitə qarşılıqlı təsir prosesində intensiv imkan-
ları əldə edir. Körpəlik dövründə böyüklərlə bilavasitə - emo-
sional ünsiyyət aparıcı fəaliyyət kimi özünü göstərir. Ana və
başqa yaşlılarla bu cür ünsiyyət körpənin tələbatını ödəməklə
onun fiziki və psixi inkişafında mühüm rol oynayır.
Körpəlik dövründə uşaqda hərəki fəallıq artır, hərəki
vərdişlər sürətlə formalaşmağa başlayır. Bir il ərzində uşağın
hərəkətlərinin inkişafında heyrətamiz dəyişikliklər baş verir.
Bu dövrdə uşaqlarda hərəki vərdişlər, xüsusilə əlin və ayağın
mürəkkəb, tənzimlənmiş hərəkətləri sürətlə formalaşır. Bu cür
hərəkətlər sonralar uşağın idrak və əqli qabiliyyətlərinin
yaranmasında olduqca mühüm rol oynayır. Bir il ərzində uşaq
oturmağı, iməkləməyi, ayaq üstə durmağı və nəhayət
böyüklərin köməyi ilə yeriməyi öyrənir. Bütün bunların
sayəsində uşağın ətraf aləm haqqında müvafiq məlumatlar əldə
etməsi asanlaşır. Nəticədə körpədə xarici aləm haqqında
təsəvvürlər formalaşmağa başlayır.
Körpəlik dövründə uşaqda temperatur, lamisə, görmə,
iybilmə və dadbilmə duyğuları kompleks şəkildə inkişaf
etməyə başlayır. Bu, körpədə qavrayışın inkişafına imkan verir.
Yeni doğulmuş uşaq gözü ilə obyektləri izləyə bilsə də hələ iki-
dörd aya qədər onun görməsi nisbətən zəif olur.
İkinci aydan başlayaraq uşaqda sadə rəngləri fərq-
ləndirmək qabiliyyəti özünü göstərməyə başlayır. İki-üç aylıq
körpə anasının gülümsəməsinə özünün gülümsəməsi və
hərəkətlərinin ümumi fəallaşması ilə reaksiya verir. Bu can-
lanma kompleksi adlanır. Psixoloqlar belə bir qənaətə
gəlmişlər ki, yaşlıların uşaqla intensiv emosional ünsiyyəti
uşağın psixi inkişafına müsbət təsir etdiyi halda, laqeyd,
ürəkdən gəlməyən ünsiyyət isə canlanma kompleksinin
438
inkişafına mane olur və ümumi psixi inkişafı ləngidə bilir.
Uşağın sifətindəki təbəssüm öz-özünə yaranmır. Buna
anasının, onu əhatə edənlərin mehriban müraciəti səbəb olur.
Ona görə də uşaqla ünsiyyətdə olan adamların üzünün ifadəsi,
mimikası xoş, fərəhli, səsi isə cəlbedici, emosional xarakter
daşımalıdır. İlk kompleks canlanma ünsürləri uşağın həyatının
ikinci ayında özünü göstərir. Bu – susmaq, təbəssüm,
qığıldamaq şəklində baş verir. Üçüncü ayda bu ünsürlər bir sis-
tem halında birləşir və eyni vaxtda baş verir.
Üçüncü-dördüncü ayda uşaqlar öz davranışları ilə aydın
şəkildə göstərirlər ki, onlar yalnız tanış adamları, adətən, ailə
üzvlərini görmək, eşitmək və onlarla ünsiyyətdə olmağa
üstünlük verirlər.
Körpəlik dövrü nitqə yiyələnməyə hazırlıq dövrü adlanır.
Birinci yaşın sonunda uşaq xeyli sözü başa düşür, eyni zaman-
da tək-tək hecaları və sözləri tələffüz edə bilir.
Körpədə hafizənin təşəkkülü şərti reflekslərin meydana
gəlməsi ilə əlaqədar baş verir. Uşaq ilk dəfə ancaq həyatında
mühüm rol oynayan, üzvü tələbatı ilə bağlı olan cisimləri
tanıyır. 5-6 aylıq uşaqlar yaxın adamları tanımağa başlayırlar.
7-8 ayda isə adı çəkilən əşyanı axtarırlar.
Uşaqlarda emosiyalar çox erkən müşahidə olunur. Bu-
nunla yanaşı körpə uşaqlarda emosiyalar çox dəyişkən olur.
Erkən_uşaqlıq_yaşının_xüsusiyyətləri.'>Erkən uşaqlıq yaşının xüsusiyyətləri. Erkən uşaqlıq
dövrü 1 yaşdan 3 yaşa qədər olan dövrü əhatə edir. Bu dövrdə
uşaqlar öz tələbatlarını əşyavi-manipulyativ fəaliyyətin köməyi
ilə ödəyirlər. Erkən uşaqlıq dövrü özünəməxsus xüsusiyyətləri
ilə fərqlənir. Bu dövrdə uşaq nitqə yiyələnir və nəticədə
şəxsiyyətin və fəaliyyət subyektinin formalaşması üçün zəmin
yaranır. Hələ körpəlik dövrünün sonunda (11-ci aydan) uşaq
nitqin fonetik quruluşuna, yiyələnməyə başlayır, getdikcə söz
ehtiyatı artır və üçüncü yaşın axırında 300-400-ə çatır. 1 yaş 10
aylıqdan
başlayaraq
uşaq
ayrı-ayrı
sözləri
cümlədə
birləşdirməyə başlayır. Nitqin inkişafı əsasında uşaq əşyaları ən
439
parlaq zahiri əlamətlərinə görə qruplaşdırmağa başlayır. Bunu
ümumiləşdirmənin
ilkin
mərhələsi
kimi
qeyd
etmək
mümkündür. Bu dövrdə psixikanın əsas formaları olan hafizə
(tanıma şəklində), əyani-əməli təfəkkür, diqqət, qavrayış fəal
şəkildə inkişaf etməyə başlayır. İkinci yaşda uşaq yaxın
adamları və obyektləri qavradıqdan bir neçə həftə, üçüncü
yaşda bir neçə aydan sonra tanıya bilir. Tanıma ilə yanaşı
qavranılmış əşyaların xatırlanması da inkişaf edir.
Erkən uşaqlıq dövründə nitqin inkişafı ilə bağlı olaraq
təfəkkür, xüsusilə əyani-əməli təfəkkür də inkişaf edir. Lakin
bu dövrdə uşaqlar öz fikirlərini sözlə ifadə edə bilsələr də,
onların təfəkkürləri müəyyən hərəkətlərlə daha çox bağlı olub,
bu hərəkətlərdə təzahür edir. Bu dövrdə uşaqların fikri
fəaliyyəti əsasən konkret cisim və hadisələrlə bağlı olur. Erkən
uşaqlıq yaşında diqqətin yeni xüsusiyyətləri özünü göstərir.
Uşağın böyüklərlə nitq ünsiyyəti burada mühüm rol oynayır.
Söz siqnalları uşağın diqqətinin müəyyən obyektə yönəlmə-
sinə, qeyri-ixtiyari diqqətin davamlılığına və dəqiqliyinə əsaslı
təsir göstərir. Böyüklərin tələbi ilə uşaqlarda ixtiyari diqqətin
inkişafı üçün şərait yaranır.
Ünsiyyət prosesində uşağın biliyi, təcrübəsi tədricən artır.
Nəticədə uşaqda ixtiyari qavrayışın - müşahidənin inkişafı
üçün şərait yaranır. Burada böyüklərin uşağın qavrayışını təşkil
etməsi əsas rol oynayır.
Erkən
uşaqlıq
dövründə
müstəqillik
meylinin
formalaşması. Erkən uşaqlıq dövründə uşaqlarda şəxsiyyətin
inkişafı üçün də zəmin yaranmış olur. Uşaq özünü başqa
əşyalardan, onu əhatə edən adamlardan ayırmağa başlayır. Bu
isə uşaqda ilkin özünüdərketmə formasının meydana gəlməsinə
səbəb olur. Üç yaşında uşaqda özü haqqında təsəvvür yaranır.
Nəticədə uşaq özünü adı ilə deyil, “mənim”, “mən” əvəzlikləri
ilə adlandırmağa başlayır. Bununla bağlı olaraq ilk yaş
“böhranı”, “üç yaşın böhranı” özünü büruzə verir. Uşaq “mən”
kəlməsini işlətməklə özünün müstəqilliyə olan meylini büruzə
Dostları ilə paylaş: |