440
verir; onda mənlik şüurunun ibtidai forması müşahidə olunur.
Bununla da uşaq böyüklərdən asılı olsa da müstəqil hərəkət
etməyə, “mən özüm” - deyə şəxsi fəallıq göstərməyə başlayır.
Uşağın psixi inkişafında ilk “yaş böhranı” böyüklərlə
qarşılıqlı münasibət zamanı tərslik, inadkarlıq, höcətlik kimi
neqativ keyfiyyətlər halında diqqəti cəlb edir. Uşağın müstəqil
olaraq öz tələbatını ödəmək cəhdi, özünü başqa adamlarla mü-
qayisə etməsi, böyüklərin verdiyi tələblərdən boyun qaçırması
və hərəkətlərindəki sərbəstliyi “üç yaşın böhranı” haqqında
aydın təsəvvür yaradır.
Əgər yaşlılar uşağın müstəqilliyi və sərbəstliyini lazımi
şəkildə tənzim və təşkil edərsə yaş böhranı tədricən aradan
qaldırıla bilər.
VI.19.2. Bağça yaşı dövrünün psixoloji xüsusiyyətləri
Bağça yaşı dövründə uşaqların ümumi inkişafı.
Məktəbəqədər yaş dövrü uşağın həm fiziki, həm psixofizioloji,
həm də şəxsiyyət sahəsində inkişafının keyfiyyətcə dönüş
dövrüdür. Bu dövrdə uşağın fiziki inkişafı birinci növbədə
diqqəti cəlb edir. 3-6 yaşlı uşağın boyunun, çəkisinin
artmasında nəzərə çarpacaq dəyişiklik baş verir. Buna bax-
mayaraq həmin dövrdə uşağın əzələ və sümük sistemi xeyli
inkişaf etmiş olsa da onun əl və ayaq əzələlərində hələ
sümüklənməmiş qığırdaqlar qalır. Uşağın skeleti əsasən
qığırdaq toxumalardan ibarət olur. Ona görə də lazımi tələblərə
əməl olunmadıqda uşağın qaməti düzgün inkişaf etmir.
Bununla yanaşı olaraq nitqin, böyüklərlə və həmyaşıdları
ilə ünsiyyətin və müxtəlif fəaliyyət növlərinə cəlb olunmanın
təsiri altında uşaqda yeni keyfiyyət dəyişmələri baş verir.
Bütün bunlar uşağın sosial şəraitə və həyatın tələblərinə
uyğunlaşmasına imkan verir.
441
Məktəbəqədər dövr uşağın fəaliyyətin subyekti kimi
formalaşmasının ilkin mərəhələsi kimi özünü göstərir.
Məqsədəyönəlişliyin
əsası
qoyulur.
Böyüklərin
qiymətləndirməsi və nəzarətinin təsiri altında bağça yaşının so-
nunda uşaqlar öz hərəkət və fəaliyyətlərindəki qüsurları hiss
etməyə başlayırlar. Bununla əlaqədar təqlid obyektləri
dəqiqləşməyə başlayır. Məktəbəqədər yaş dövründə həm
ümumi, həm də xüsusi qabiliyyətlərin formalaşması imkanları
yaranır və özünü göstərməyə başlayır.
Uşağın psixi inkişafında oyunun rolu. Bağça yaşı
dövründə oyun uşaqların əsas fəaliyyəti olur. Bu yaş dövründə
uşaqlar öz vaxtlarının çoxunu oyunda keçirirlər.
Adətən, məktəbəqədər yaş dövrünü üç yarımdövrə
ayırırlar: kiçik bağça yaşı dövrü (3-4 yaş), orta bağça yaşı
dövrü (4-5 yaş) və böyük bağça yaşı dövrü (5-6 yaş).
Kiçik bağça yaşlı uşaqlar, adətən, hələ təklikdə
oynayırlar. Əşyavi və quraşdırma oyunlarında onlarda
qavrayış, hafizə, təxəyyül, təfəkkür və hərəki qabiliyyətlər
inkişaf edir.
Tədricən orta bağça yaşı dövründə uşaqlar birgə oyuna
keçməyə başlayırlar, oyunlarda daha çox uşaq iştirak edir.
Üç-altı yaş ərzində uşaq oyunları əşyavi-manipulyativ və
simvolik xarakterdən süjetli-rollu qaydalı oyunlara qədər
inkişaf yolu keçir. Bütün bunlar uşağın həyatında mühüm rol
oynamaqla, onun tələbatını ödəməklə yanaşı, yaşlılarla ünsiy-
yət saxlamaq, həyatı başa düşmək, ətrafdakıları təqlid etmək,
bu yolla bir növ gələcək həyata hazırlaşmaq işində mühüm
vasitəyə çevrilir. Oyun fəaliyyəti uşağın psixi inkişafında əsaslı
dəyişikliklə gətirib çıxarır. Oyun şəraitində və onun köməyi ilə
uşaqlarda diqqət, qavrayış, xüsusilə müşahidəçilik, hafizə,
təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranmış
olur. Bununla yanaşı olaraq didaktik oyunlardan istifadə
edilməsi uşaqlarda nitqin inkişafı, nitq qüsurlarının aradan
qaldırılması işində də əsaslı rol oynayır.
442
Orta və böyük bağça yaşı dövründə uşaqlar rollu-qaydalı
oyunlardan daha çox istifadə edirlər. Bu dövrdə həmin oyunlar
özlərinin mövzularına, qaydalarının müxtəlifliyinə görə kiçik
bağça yaşı dövründə istifadə olunan oyunlardan fərqlənirlər.
Burada kiçik bağça yaşı dövründən fərqli olaraq oyunda təbii
şəkildə istifadə olunan əşyalar şərti olaraq dəyişdirilir, nəticədə
simvolik oyun xarakteri alır.
Rollu-qaydalı oyunlardan istifadə edilməsi uşaqlarda
iradənin inkişafına güclü təsir göstərir. Adi şəraitdə bir yerdə
dura bilməyən uşaq bu cür oyunlar zamanı öz rolunu axıra
qədər yerinə yetirməyə, qaydaya əməl etməyə məcbur olur.
Oyun prosesində uşaqlar qarşılıqlı münasibətlərin hə- yata ke-
çirilməsinə əməl etməyə alışırlar. Rollu oyun prosesində ilk
dəfə olaraq uşaqda liderlik özünü göstərir, təşkilatçılıq bacarıq
və vərdişləri inkişaf etməyə başlayır. Oyun eyni zamanda
uşaqlarda bir sıra qabiliyyətlərin aşkara çıxmasına imkan verir.
Bütün bunlarla yanaşı olaraq uşaqlar sadə əmək tapşırıqlarını
icra edərkən də çox vaxt onlara oyun xarakteri verir və bu yolla
bəzi sadə əmək bacarıqlarına da yiyələnirlər.
İdrak prosesləri və nitqin inkişafı. Məktəbəqədər yaş
dövründə uşaqlarda idrak prosesləri və nitqin inkişafında əsaslı
dəyişiklik baş verir.
Məktəbəqədər dövrdə uşaqların qavrayışının ixtiyari
növünün inkişafı üçün şərait yaranır. Burada oyunun rolu
böyükdür.
Uşaqlar cismin formasını, ölçüsünü, tutduğu yeri
qavramağa alışırlar. Bu onlarda məkan qavrayışının inkişafı
kimi özünü göstərir. Məktəbəqədər yaşlı uşaqlar ilk vaxtlar ən
çox formanı ayırmaqla onları qavramağa cəhd göstərirlər. Eyni
zamanda obyektlərin böyüklüyünü qavrama bacarığı da özünü
göstərir. Bağça yaşının sonunda uşaqlar onları maraqlandıran
obyektlərin xassələrini daha tez müəyyənləşdirmək, bir əşyanı
başqasından fərqləndirmək, onların arasında mövcud olan
əlaqə və münasibətləri aşkara çıxarmaq imkanı əldə edirlər.
Dostları ilə paylaş: |