467
şkolğnika. – M., 1977
Nemov R.S. Psixoloqiə. V 3-x kn., kn.2 – M., 1998,
s.209-218.
468
21-ci FƏSİL
YENİYETMƏLİK YAŞI DÖVRÜNÜN
PSİXOLOGİYASI
Qısa xülasə
Yeniyetməlik yaşının ümumi xarakteristikası. Yeniyetmə
yaşında baş verən anatomik-fizioloji dəyişiklik. Psixoseksual inkişafın
xüsusiyyətləri. Cinsi, psixoloji və sosial yetkinlik.
Yeniyetməlik yaşında şəxsiyyətin formalaşması. Ünsiyyət
tələbatı: yeniyetmələrin yoldaşları və dostları ilə qarşılıqlı münasibətləri.
Yeniyetmənin
dostları
referent
qrup
kimi. Oğlanlarla
qızların
münasibətlərinin
xüsusiyyətləri.
Mənlik
şüurunun
xüsusiyyətləri.
Yeniyetmələrin əxlaqi şüuru. «Yoldaşlıq məcəlləsi». Əxlaqi ideaların
formalaşması və özünütərbiyə.
Yeniyetmələrdə yaşlılıq hissi və meylinin formalaşması. Yaşlılıq
hissinin və meylinin xüsusiyyətləri. Yeniyetmələrin yaşlılarla qarşılıqlı
münasibəti. Onlarla yaşlılar arasında ixtilafların yaranması, səbəbləri.
Kişilik və qadınlıq haqqında etalon və stereotiplərin mənimsənilməsi.
Yeniyetmələrin
təlim
fəaliyyəti.
Yeniyetmələrin
təlim
fəaliyyətinin xüsusiyyətləri. Yeniyetmələrin təlimə, müəllim
və
tədris
fənlərinə münasibəti. İdrak proseslərinin inkişafı.
VI.21.1.Yeniyetməlik yaşının ümumi xarakteristikası
Yeniyetmə yaşı 10-11 yaşdan 14-15 yaşa qədər olan
vaxtı əhatə edir. Bu dövr bir il tez və ya gec başlaya və qurtara
bilər. Bu dövrdə həmyaşıdları ilə intim-şəxsi ünsiyyət
yeniyetmələrin aparıcı fəaliyyəti olur.
Bu dövrdə aparıcı fəaliyyətlə yanaşı olaraq təlim, ictimai-
təşkilati, idman, bədii, əmək fəaliyyəti də özünə xüsusi yer tu-
469
tur. Həmin ictimai-faydalı fəaliyyət növlərindən istifadə
etməklə yeniyetmələrdə sosial cəhətdən əhəmiyyətli işlərdə
şüurlu şəkildə iştirak etmək meyli baş qaldırır. Onlar müxtəlif
qruplarda qəbul olunmuş qarşılıqlı münasibət normalarına
uyğun
ünsiyyət
yaratmağı
öyrənir, öz
«mən»lərini
qiymətləndirmək bacarığına yiyələnirlər.
Yeniyetməlik dövrünü “keçid”, “təhlükəli”, “dönüş” və s.
dövrü də adlandırırlar. Həmin dövrdə oğlan və qızların fiziki və
psixi inkişafında müxtəlif keyfiyyət dəyişmələri baş verir.
Bununla əlaqədar olaraq uşaqlıqdan yaşlılığa keçid
həmin dövrün əsasını təşkil edir.
Bu yaş dövründə uşaq orqanizminin bioloji yetkinləşməsi
yolunda əsaslı dəyişiklik baş verir. Bədənin yuxarı və aşağı
ətraf sahələrində sümüklər əzələlərə nisbətən uzununa daha
sürətlə inkişaf edir. Ona görə də yeniyetmənin xarici görkəmi
çox qəribə olur. Bədənin ətraf hissələri gövdəyə nisbətən
mütənasibliyini itirir, daha uzun görünür. Boy artımı çox
sürətlə gedir, bəzən bir il ərzində 8-10 sm artır.
Məlum olduğu kimi kiçik yaşlı məktəblilərdə boyun və
çəkinin artması əsasən uyğun şəkildə gedir. Düzgün həyat və
qidalanma şəraitində yaşayan kiçik məktəbli nə kök, nə də arıq
görünmür. Lakin yeniyetməlik yaşının başlanğıcından (10-
11yaş) bu mütənasiblik kəskin şəkildə dəyişir. Yeniyetmənin
çəkisinin və boyunun artmasında sıçrayış baş verir.
Mövcud ədəbiyyatdan məlum olduğu kimi, 9-10 yaş
arasında oğlanlarda boy artımı təxminən 4,4 sm olduğu halda,
11 yaşında bu artım 5,3 sm, 12 yaşında – 6,1 sm-ə, 13 yaşında -
4,7 sm-ə, 14 yaşında – 7,2 sm-ə, 15 yaşında – 6,2 sm-ə çatır.
Rəqəmlərdən göründüyü kimi, oğlanlarda ən yüksək boy artımı
13-14 yaş arasında baş verir.
Qızlarda isə boyun artımı daha tez başlayır və həmin
artım tez də aşağı düşür. 9 yaşlı qızlarda boy artımı 3,8 sm, 10
yaşda – 6,21 sm, 11 yaşda – 7,17 sm, 12 yaşda – 5,43 sm, 13
yaşında təxminən 6 sm-ə çatır. Bu zaman artım əvvəlki illərə
470
nisbətən az olsa da qənaətbəxşdir. 14 yaşında boy artımı 3,7
sm-ə, 15 yaşında isə 2,3 sm-ə enir. Rəqəmlərdən göründüyü
kimi, boy artımı qızlarda oğlanlara nisbətən tez başlasa da, so-
nradan əsaslı şəkildə aşağı düşür.
Çəkinin artmasına gəldikdə bu dövrdə o boyun
artmasından geri qalır. 9 yaşlı oğlanların çəkisi orta hesabla
26,3 kq, 10 yaşda – 29,0 kq (artım 2,7 kq), 11 yaşda – 32,1 kq
(artım 3,1 kq), 12 yaşda – 36,0 kq (artım – 3,9 kq), 13 yaşda –
39,2 kq (artım – 3,2 kq), 14 yaşda – 45,5 kq (artım – 6,3 kq),
15 yaşda – 51,9 kq (artım – 5,4 kq) olur. Rəqəmlərdən
göründüyü kimi, yeniyetməlik dövründə oğlanlarda çəkinin
artması qeyri-bərabər şəkildə gedir. 13 yaşında çəkinin artımı
aşağı düşür.
Qızlarda da çəkinin artması təxminən eyni şəkildə gedir.
9 yaşlı qızların çəkisi təxminən 25,28 kq, 10 yaşda – 28,3 kq,
11 yaşda – 32,0 kq, 12 yaşda – 36,97 kq, 13 yaşda – 41,9 kq,
14 yaşda – 47,5 kq, 15 yaşda – 50,6 kq-a bərabər olur. Qızlarda
çəkinin ən az artımı 10 və 11 yaşda özünü göstərir.
Bu dəyişiklik xüsusilə cinsi yetişmənin başlanmasında
özünü göstərir. Uşaqlara nisbətən yeniyetmələrin siması
dəyişir, böyüklərə yaxınlaşmış olur.
Əzələ kütləsi və əzələ gücü artır, nəticədə yeniyetmənin
fiziki imkanı da artır. Yeniyetməyə elə gəlir ki, onun hər bir
şeyə gücü çatar.
Yeniyetmənin psixoseksual inkişafında xüsusi dəyişiklik
baş verir. Bu dövrdə cinsi yetişmənin başlanması bir növ cinsi
yetkinlik üçün başlanğıc rolunu oynayır. Bununla yanaşı olaraq
psixoloji yetkinliyin, eləcə də sosial yetkinliyin baş verməsi
üçün müvafiq şərait yaratmış olur. Yeniyetmələrdə sərvət sis-
temi dəyişir: ailə, məktəb, həmyaşıdları yeni məna və
əhəmiyyət kəsb etməyə başlayır.