463
qaldırmağa inam, şübhə, işi icra edərkən özündən razı qalmaq,
öz “kəşfləri” ilə fəxr etmək və s. kimi hallar baş verir. Bu
dövrdə vətənə məhəbbət, böyüklərə hörmət, yoldaşlıq, insanla-
ra qayğı və s. kimi əxlaqi hisslərin əsası qoyulur. Ümumiyyətlə
kiçik məktəblilərdə əxlaqi hisslər biliklərə, tədricən əxlaqi
anlayışlara yiyələnməklə əlaqədar inkişaf edir. Kiçik məktəb
yaşı dövründə estetik hisslərin inkişafı, estetik zövqün tərbiyəsi
üçün də səmərəli şərait yaranır.
Kiçik məktəb yaşı dövründə uşaqlarda iradənin
inkişafı üçün də geniş imkan yaranır. Bu dövrdə uşaq öz
hərəkətlərini, fikir və arzularını qaydalara tabe etməli olur. Bu
prosesdə maneələri aradan qaldırır. I-III sinif şagirdlərində ira-
di cəhd göstərmək bacarığı hissediləcək dərəcədə artır. İxtiyari,
iradi fəaliyyət inkişaf etməyə başlayır. Uşağı iradi cəhdə
yönəldən motivlər kəskin şəkildə dəyişir. 9-10 yaşlı uşaqlar
nəyə qadir olduqlarını öz həmyaşıdlarına göstərmək istəyirlər.
Bu dövrdə hisslərin və iradənin inkişafı uşaqda xarakterin
inkişafına da əsaslı təsir göstərir. Kiçik məktəblilərdə təlim və
tərbiyənin təsiri altında xarakterin intizamlılıq, dözümlülük, tə-
kidlilik kimi iradi keyfiyyətləri formalaşmağa başlayır. Təlim
və tərbiyənin təsiri altında kiçik məktəblilərdə xarakterin
əməksevərlik, səliqəlilik, böyüklərə hörmət kimi əlamətləri
formalaşır.
Kiçik məktəblilərdə xarakterin formalaşmasında təlim və
tərbiyə ilə yanaşı onlarda təqlidə meyllilik də mühüm rol
oynayır.
Bütün bunlarla yanaşı olaraq müəllimin qiymətlən-
dirməsi və təlimdə əldə edilmiş uğurlu nəticələrin təsiri altında
kiçik
məktəblilərdə
özünüqiymətləndirmə
formalaşmağa
başlayır. Lakin bu hal sabit xarakter daşımır, tez-tez aşağı düşə
bilir.
Özünüqiymətləndirmə ilə bağlı olaraq kiçik məktəb-
lilərdə özünə, öz gücünə inam da formalaşır. Lakin təcrübə
göstərir ki, təlimdəki çətinliklərdən, müəllimin və valideynlərin
464
tənqidi qeydlərindən asılı olaraq kiçik məktəblilərdə öz gücünə
inamsızlıq, frustrasiya vəziyyəti, təlimə marağın itməsi,
«məktəb nevrozlarının» meydana gəlməsi halları da müşahidə
olunur. Müəllimin
bu
cəhətləri
nəzərə
alması
kiçik
məktəblilərdə şəxsiyyətin müvafiq əlamətlərinin forma-
laşmasında mühüm əhəmiyyət kəsb edir.
465
Kiçik məktəb yaşlı uşaqların psixoloji xüsusiyyətləri
(6-10 yaş)
APARICI FƏALİYYƏT – TƏLİM
-İdrak proseslərinin yenidən qurulması – ixtiyariliyin,
məhsuldarlığın və davamlılığın formalaşması – ixtiyari
diqqətin, ixtiyari qavrayışın, hafizənin (birinci növbədə
mexaniki hafizənin), təfəkkürün inkişafı – KONKRET
ANLAYIŞLAR
səviyyəsində
əyani-əməli-obrazlı
təfəkkürdən SÖZLÜ-MƏNTİQİ TƏFƏKKÜRƏ keçid.
-Davranışın, iradənin özünütənziminin inkişafı
-Oxu,
yazı,
riyazi
hesablama
bacarıqlarının
mənimsənilməsi, biliklərin artması
-Evdarlıq (məişət) əməyi vərdişlərinə yiyələnmək
-Ünsiyyət sahəsinin genişlənməsi, yeni nüfuzların meydana
gəlməsi (müəllim), sinif kollektivində münasibətlərin
formalaşması.
-İnkişafetdirici oyunların təlimdən sonra ikinci yeri tutması
-Müəllimin qiymətləndirməsi və təlimdə əldə edilmiş
nəticələrin təsiri altında özünüqiymətləndirmənin aşağı
düşməsi.
-Özünə inamın formalaşması, təlimdəki çətinliklərdən,
müəllimin və valideynlərin tənqidi qeydlərindən asılı ola-
raq öz gücünə inamsızlığın, frustrasiya vəziyyətinin, təlimə
marağın itməsinin, «məktəb nevrozlarının» meydana gələ
bilməsi.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar.
1. Məktəbə daxil olmaqla uşağın həyatında nə kimi
dəyişikliklər baş verir?
2. Kiçik məktəblilər üçün aparıcı fəalliyyət nədir?
466
3. Kiçik məktəblilərdə qavrayış necə inkişaf edir?
4. Kiçik
məktəblilərdə
diqqətin
inkişaf
xüsusiyyətlərindən danışın.
5. Kiçik məktəblilərdə hafizənin inkişafı necə gedir?
6. Kiçik məktəblilərdə təxəyyül necə inkişaf edir?
7. Kiçik məktəblilərdə təşəkkülün inkişafı nə ilə
fərqlənir?
8. Kiçik məktəblilərdə nitqin inkişaf xüsusiyyətlərindən
danışın.
Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular
1. Kiçik məktəblilərin təlim fəalliyyətinin motivləşməsi.
2. Kiçik yaşlı məktəblilərdə əməksevərliyin inkişafı.
3. Kiçik məktəbli şəxsiyyətinin formalaşması.
4. Kiçik yaşlı məktəblilərin oyun fəaliyyəti.
Ədəbiyyat
Qədirov Ə.Ə. Yaş psixologiyası. – Bakı, 2002, s.247-
255; 263-266.
Quliyev E.M. Kiçik məktəblilərdə idrak fəaliyyətinin
inkişaf xüsusiyyətləri. – Bakı, 1995
Həmzəyev M.Ə. Kiçk məktəbyaşlı uşaqların psixoloji
xüsusiyyətləri. – Bakı, 1969.
Vozrastnaə i pedaqoqiçeskaə psixoloqiə. Xrestomatiə. –
M., 2001, s.87-115; 181-209.
Matökina M.V., i dr. Psixoloqiə mladşeqo şkolğnika. –
M., 1976.
Qreys Krayq. Psixoloqiə razvitiə. – Piter, 2002,s.457-
497
Löblinskaə A.A. Uçitelö o psixoloqii mladşeqo