491
planları tərtib etmək, onları həyata keçirmək vasitələrini axtar-
maq
bacarığı
böyük
məktəblilərin
təlim
fəaliyyətinin
məzmununun spesifikasını müəyyən edir. Bu özü həmin
planların həyata keçirilməsi vasitəsinə çevrilir.
Əgər yeniyetməlik dövründə şagirdlər üçün müəllim və
valideynlərin nüfuzu öz həmyaşıdlarının nüfuzu ilə bir növ
tənzim olunursa, böyük məktəbli üçün ayrı-ayrı fənn
müəllimlərinin nüfuzu məktəbin nüfuzundan fərqləndirilir.
Böyük məktəblinin
şəxsi
özünütəyinində
iştirak edən
valideynlərinin nüfuzu artır.
Böyük məktəblilərin peşə və şəxsi özünütəyinlərinə
hazırlığı özünün sərvət meylləri sistemlərinə aydın şəkildə
ifadə olunan peşə istiqamətini və peşə maraqlarını, nəzəri
təfəkkür formalarının inkişafını, elmi idrak metodlarına
yiyələnməyi, özünütərbiyə bacarığını daxil edir. Şəxsiyyətin
yetişməsi və formalaşmasının bu yekun mərhələsi məktəblinin
qiymət və bələdləşmə fəaliyyətinin daha tam təzahür etdiyi
vaxtda başa çatır. Bu yaş dövründə məktəblinin müstəqilliyə
cəhd göstərməsi əsasında onda mənlik şüurunun tam strukturu
formalaşır, şəxsi refleksiya inkişaf edir, həyati planlar və
pespektivlər dərk olunur.
İdrak proseslərinin inkişafı. İlk gənclik dövründə
idrak prosesləri inkişaf edərək yeni keyfiyyətlər kəsb edir. Bu
dövrdə qavrayışın seçiciliyi və mənalılığında əsaslı dəyişiklik
baş verir. Məktəblilər daha çox əhəmiyyətli, təlimin məqsədləri
ilə səslənən obyektləri və materialları seçir və qavrayırlar. Nit-
qin və təfəkkürün inkişafı qavrayışın mənalılığını artırır.
Onların qavrayışları daha çox məqsədyönəlmiş xarakter
daşıyır. Məkan, zaman, hərəkət qavrayışı geniş və əhatəli olur.
Diqqət tam mənasında ixtiyari xarakterə malik olur.
Böyük məktəblilər maraqlılıq dərəcəsindən asılı olmayaraq
diqqətlərini onlar üçün zəruri olan obyektin üzərinə yönəldə və
onun ətrafında mərkəzləşə bilirlər. Böyük məktəblilərdə
diqqətin davamlılığı, mərkəzləşməsi əsaslı şəkildə yüksəlir. Bu
492
ən çox böyük məktəblilərin hər gün məktəbdə, sinifdə, ictimai
işlər zamanı yerinə yetirdikləri işlərin əhəmiyyətini dərk
etmələri ilə bağlı olur. Böyük məktəblilər bəzən bütün dərs
müddətində diqqətlərini onun üzərində saxlaya bilirlər. Bunun-
la yanaşı olaraq böyük məktəblilərdə diqqətin həcmi əsaslı
şəkildə genişlənir. Bu, böyük məktəblilərin öyrəndiklərini
əvvəllər öyrənmiş olduqları ilə əlaqələndirə bilmək bacarığı ilə
şərtlənir. Böyük məktəblilər diqqətlərini paylamaqda və
keçirməkdə çətinlik çəkmirlər.
İlk gənclik yaşında hafizənin inkişafı nəzərə çarpacaq
dərəcədə yüksəlir. Mənalı, məntiqi yaddasaxlama üstünlük
təşkil edir. Bu dövrdə məktəblilər yaddasaxlamanın səmərəli
yollarından istifadəyə geniş yer verirlər.
İlk gənclik dövründə təfəkkürün inkişafında da əsaslı
yüksəliş baş verir. Bu dövrdə məktəblilərin təfəkkürü özünün
müstəqilliyi, tənqidiliyi, ardıcıllığı, nəzəri və mücərrəd xarakter
daşıması
ilə
fərqlənir. Təfəkkürün
proseslərindən
və
formalarından yerində və düzgün istifadə etmək imkanları artır.
Bütün bunlarla yanaşı bu dövrdə məktəblilərin ümu-
miləşdirmələrində bəzən tələsgənlik ucundan qüsurlar özünü
göstərə bilir.
Təlim prosesində böyük məktəblilərdə bərpaedici
təxəyyüllə yanaşı yaradıcı təxəyyülün inkişafı üçün də geniş
imkan yaranır. Bu hal ən çox şagirdlərin yaradıcı fəaliyyətdə
özünü aydın göstərir.
Bütün qeyd edilənlərlə yanaşı ilk gənclik dövründə
məktəblilərdə maraq və tələbatlar, xüsusilə mənəvi tələbatlar
inkişaf edir. Onlar elmin, texnikanın, cəmiyyət və onun həyat
tərzinin müxtəlif sahələri ilə maraqlanmaqla yanaşı, onlarda
ünsiyyətə, incəsənətə, əxlaqi davranış normalarını həyata
keçirməyə mənəvi tələbatlar formalaşır.
İlk gənclik dövrünün əsas psixoloji xüsusiyyətləri (15-17 yaş)
493
-ÖZÜNÜ DƏRK ETMƏNİN (mənlik şüurunun) – özü haqqında
təsəvvürlərin, özünün zahiri görkəmini, əqli, mənəvi, iradi
keyfiyyətlərinin qiymətləndirilməsi
-Özünün öz ideallarına münasibətləri baş verir, özünütərbiyə
imkanları meydana gəlir
-İRADİ TƏNZİM yüksəlir
-Diqqətin mərkəzləşməsi, hafizənin həcmi, təlim materialının
məntiqiləşdirilməsi
yüksəlir,
mücərrəd-məntiqi
təfəkkür
formalaşır
-Mürəkkəb məsələlərdən müstəqil olaraq baş çıxarmaq bacarığı
meydana gəlir
-Tam baxışlar, bilik, inam, özünün həyat fəlsəfəsi sistemi kimi
DÜNYAGÖRÜŞÜ formalaşır
-Özünün şəxsi həyat, məhəbbət, siyasət nəzəriyyəsinin
yaranması, mühakimələrinin maksimalizmi
-Özünün müstəqilliyi, orijinallığının təsdiqinə cəhd
-Böyüklərin məsləhətinə məhəl qoymamaq
-Tənqidbazlıq, inamsızlığın təzahüri
-Quru rasionalizm, praktisizm
-Özünüidarəyə, ətrafdakıları yenidən anlamağa cəhd göstərmək,
psixoloji yetginliyin müəyyən dərəcəsinə yiyələnmək
-İdrak
fəaliyyətinin
əsas
motivi
kimi
PEŞƏYƏ
YİYƏLƏNMƏYƏ cəhd
-Həqiqi müstəqilliyin olmaması. Həmyaşıdlarının təsirinə meyl-
lilik, həmyaşıdlarına münasibətdə yüksək təlqin və konformizm
-Cinsi yetişmənin başa çatması
-İlk MƏHƏBBƏT hissinin, dostluğun meydana gəlməsi
-Emosional sahədə əsaslı yenidənqurmanın baş verməsi
-Öz hərəkətlərini kifayət qədər dərk edə bilməməsi.
İlk gənclik dövrü dünyagörüşünün formalaşması üçün
də həlledici dövrdür. Bu dövrdə təlim və tərbiyənin,
məktəblilərin idrak imkanları və sahələrinin genişlənməsinin
təsiri altında böyük məktəblilərdə dünyagörüşü formalaşır.
İlk gənclik dövründə məktəblilər yeni aparıcı fəaliyyət
tipinə – tədris-peşə fəaliyyətinə keçirlər. Bu fəaliyyət tipinin
Dostları ilə paylaş: |