485
VI.22.2. İlk gənclik yaşında şəxsiyyətin inkişafı
İlk gənclik yaşında şəxsiyyətin inkişafı məktəb yaşı
dövrü üçün ən yüksək səviyyəyə qalxır. Bu dövrdə həqiqi
yaşlılığa real keçid baş verir. Burada böyüklük hissinin yüksək
səviyyədə formalaşması və ünsiyyət fəaliyyətinin sürətli
inkişafı mühüm rol oynayır. Böyük məktəblilərin ünsiyyət
fəaliyyətində onların daxil olduqları sinif kollektivinin,
valideynlərin rolu artır. Bu dövrdə ünsiyyət fəaliyyətində kol-
lektivin ictimai rəyi xüsusi yer tutur. Böyük məktəblilər sinif
və məktəb kollektivinin onlara verdikləri qiymətə və rəyə
həssas yanaşır, öz fəaliyyətlərində onları nəzərə alırlar. Bu
dövrdə valideynlərlə ünsiyyət də istənilən nəticəni verir. Ailə
tərbiyəsi düzgün təşkil edildikdə böyük məktəblilərin
valideynləri ilə ünsiyyətləri də müsbət istiqamətə yönəlir, onlar
bu ünsiyyətə can atırlar. Burada valideynlərin öz övladlarını
başa
düşmələri,
onlarla
ünsiyyətdə
avtokratiklikdən
uzaqlaşmaları, demokratik mövqe tutmaları lazımi nəticə verə
bilir.
İlk gənclik dövründə yeniyetmələrin ünsiyyətlərindəki
emosionallıq aydın təzahür edir. Onlar ünsiyyətin gedişinə
özlərinin
münasibətlərini
emosional
cizgilərlə
təzahür
etdirirlər.
Böyük məktəblilərin ünsiyyət fəaliyyətinin inkişafında
yoldaşlıq münasibəti mühüm rol oynayır. Gənclər öz
yoldaşlarında yüksək əqli və əxlaqi keyfiyyətlərin olmasını
arzulayırlar. Bu dövrdə yoldaşlıq hissi ilə yanaşı dostluq hissi
də inkişaf edir, mürəkkəbləşir və davamlılığı ilə fərqlənir. Bu
dövrdə yaranan dostluq uzun ömürlü olur. İlk gənclik dövründə
dostluq hissi yeni motivlərə malik olur. Dostlar bir-birinə
yüksək tələblər verməyə başlayırlar. Psixoloqlar bu cür
tələblərə aşağıdakıları aid edirlər. Gənclərin fikrincə dost, bi-
rinci növbədə səliqəli, sadiq, prinsipial olmalı, çətin anda dos-
486
tunun köməyinə çatmalıdır; ikincisi, dostluq onların həyat və
fəaliyyətlərinin bütün sahələrini əhatə etməlidir; üçüncüsü,
onların dostluğu ən çox emosional olmalıdır, dost öz dostunun
sevinc və kədərini onunla bölüşdürməlidir.
İlk gənclik dövründə oğlanlarla qızlar arasındakı
qarşılıqlı münasibətlərdə də əsaslı dəyişiklik baş verir.
Yeniyetməlikdən fərqli olaraq bu dövrdə oğlan və qızlar
arasındakı qarşılıqlı münasibətlər xeyli fəallaşır. Yoldaşlıq
münasibətlərinin sahəsi genişlənir. Xüsusilə qızlarda qarışıq
dostluğa tələbat güclənir. İlk gənclik yaşının əvvəllərindən
başlayaraq məktəblilərdə məhəbbət hissi özünü göstərməyə
başlayır. Ona görə də cinslərarası qarşılıqlı münasibətlər
tərbiyə işinin əsas problemlərindən birinə çevrilir.
Mənlik şüurunun inkişafı. İlk gənclik dövründə
məktəblilərdə böyüklük hissi yüksəlir. Məktəblilər özlərinin ar-
tan imkanlarını dərk etməyə başlayırlar. Bütün bunlar həmin
dövrdə özünüdərketmə meylinin daha sürətlə inkişaf etdiyini
göstərir. Bu dövrdə gənclər özlərini, öz şəxsiyyətlərini yaxşı
anlamağa başlayır, mənlik şüurları, özləri haqqında təsəvvürləri
dəyişir. Onlar bir növ öz mənlərini dərk edirlər. bu dövrdə
məktəblilərdə özünüdərketmənin inkişafı ilə yanaşı mənlik
şüurunun məzmunu da dəyişir, özləri haqqında təsəvvürləri
artır. Oğlan və qızlar özlərinin xarici görkəmini, simalarını
tamamilə
yeni
şəkildə
qavramağa
başlayırlar. Zahiri
görkəmlərindəki kiçicik bir qüsur onları hədsiz dərəcədə nara-
hat
edir.
İlk
gənclik
dövründə
gənclər
özlərini
qiymətləndirərkən ayrı-ayrı hərəkətlərini təhlil edir, özləri
haqqında müəyyən mühakimələr yürüdürlər. Yeniyetmələrdən
fərqli olaraq böyük məktəblilərdə özünüqiymətləndirmə
onların öz davranış və fəaliyyətlərini müstəqil olaraq təhlil
etmək əsasında cərəyan edir. Ona görə də ilk gənclik dövründə
özünüqiymətləndirmədə bir sıra uyğunsuzluqlar özünü göstərə
bilir.
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, ilk gənclik
487
dövründə ən mühüm psixoloji hadisə özünüdərketmənin və öz
«mən»inin, öz şəxsiyyətinin davamlı obrazının yaranmasıdır.
Bu dövrdə özünüdərketmənin, mənlik şüurunun inkişafı bir
neçə istiqamətdə baş verir.
Birinci növbədə gənclərin öz daxili aləmləri açılır. Gənc
oğlan və qızlar öz emosiyalarını ətrafda baş verən hadisələrin
doğurduğu hal kimi deyil, öz «mən»inin vəziyyəti kimi
qavramağa başlayırlar. Öz xüsusiyyətlərini, başqalarına
oxşamamalarını hiss etmək baş verir, eyni zamanda təklik hissi
özünü göstərir.
Tədricən, həyata keçirilə bilən bütün arzuları və çox vaxt
həyata keçirilə bilməyən idealları əsasında bir neçə az və ya
çox real fəaliyyət planlarını hazırlamağa başlayır və bunlardan
birini seçməli olurlar. Gənclərin həmin həyati planları onların
bütün özünütəyin sahələrini: mənəvi simalarını, həyat
tərzlərini, iddia səviyyələrini, peşə və həyatda öz yerlərini
seçmələrini əhatə edir. Öz məqsədlərini, həyati niyyətlərini,
həyati planlar qurmalarını dərk etmələri onların özlərini dərk
etmələrinin, mənlik şüurlarının mühüm elementini təşkil edir.
Bunlarla yanaşı olaraq bu dövrdə gənclərdə özləri haq-
qında tam təsəvvür formalaşır. İnsanın özünə münasibəti, bi-
rinci növbədə onun öz bədəninin xüsusiyyətlərini, xarici
görkəmini, cəlbediciliyini dərk etməsi, sonra isə özünün əxlaqi-
psixoloji, əqli, iradi keyfiyyətlərini dərk etməsi əsasında
yaranır. Gənclərin özünüqiymətləndirməsi çox vaxt ziddiyyətli
olur.
Müxtəlif fəaliyyət növlərində əldə edilmiş nəticələrin
təhlili, onun
haqqında
başqa
adamların
fikirləri
və
özünümüşahidə, özünün keyfiyyət və qabiliyyətlərini təhlil
etmək sayəsində gənclərdə özünəhörmət kimi ümumiləşmiş
münasibət yaranır.
İlk gənclik dövründə iddia səviyyəsinin yüksəlməsi
özünü qeyri-real yüksək qiymətləndirməyə gətirib çıxara bilir.
Əxlaqi şüurun inkişafı. İlk gənclik dövründə mənlik
Dostları ilə paylaş: |