488
şüuru ilə yanaşı əxlaqi şüurun inkişafında da əsaslı dəyişiklik
baş verir. Bu dövr yeni əxlaq səviyyəsinə - konvensional
əxlaqa keçidlə xarakterizə olunur (L.Kolberq). Psixoloqlar bu
cəhəti onunla izah edirlər ki, uşaq öz inkişafı prosesində
əvvəlcə əxlaqi davranışın “xarici” normalarına istinad edir.
Böyüklərin onu cəzalandırmasından yaxa qurtarmaq, onlar
tərəfindən rəğbətləndirilmək üçün özünü yaxşı aparır,
hərəkətlərinin böyüklər tərəfindən necə qarşılanacağını əsas
götürürlər. Lakin inkişafın sonrakı mərhələsində şagirdlərdə
əxlaqi davranışın “xarici” norma və qaydaları daxili - əqli pla-
na keçir. Ona görə də bu dövrdə böyük məktəblilər onlar üçün
əhəmiyyətli olan adamlar tərəfindən bəyənilmək və müəyyən
qaydanı gözləmək tələbatının təsiri altında özlərini yaxşı
aparmağa çalışırlar. Buradan isə aydın olur ki, bu dövrdə
məktəblilər hələ də xarici, formal əlamətləri əxlaqi tələblərin
mənbəi kimi qavrayırlar. Tədricən psixi inkişafın yüksəlməsi
ilə bağlı olaraq böyük məktəblilərdə dərkolunmuş əxlaqi
prinsiplər təşəkkül tapmağa başlayır. Əxlaqi davaranış konkret
şəraitin və ayrı-ayrı şəxslərin təsirindən azad olur. Oğlan və
qızlar avtanom əxlaqa malik olur.
Müasir gənc oğlan və qızlarda həyatın özü əvvəlki on
illiklərindən fərqli psixologiyanın formalaşmasına səbəb
olmuşdur. Bununla, əlaqədar olaraq gənclərin əxlaqi-etik
problemlərə münasibəti də dəyişmişdir. Bu sahədə gənclərin
daha cəsarətli baxışları özünü göstərir.
Müasir gənc oğlan və qızların bir sıra əxlaqi anlayışlara
münasibəti dəyişmişdir. Məsələn, «ədalətlilik» anlayışı artıq
gənclər tərəfindən əvvəllər başa düşülən stereotip şəklində –
«ədalətlilik odur ki, heç kimin arasında fərq qoyulmasın»
şəklində qavranılmır. Müasir böyük məktəblilər ədalətliliyi
«hər kəsdən imkanlarına görə və hər kəsə gördüyü işə və ya
insanların ümumi rifahı üçün verdikləri real töhvəyə görə»
yanaşmaqda görürlər.
Müasir gənclərin təmizlik, saflıq, düzgünlük kimi əxlaqi
489
anlayışlara münasibətləri də dəyişmişdir. Bu anlayışlar, bir
tərəfdən yaş artdıqca böyük məktəblilər üçün öz əbədi roman-
tikliyini itirir, digər tərəfdən, gənclər tamamilə real mövqeyə
əsaslanır və adamların: valideynlərin, müəllimlərin, yoldaşların
və
dostların
həqiqi
hərəkətləri
bundan
asılı
olaraq
qiymətləndirilir. Bu prinsip daha aydın şəkildə böyük
məktəblilərin öz müəllim və valideynlərinə münasibətlərində
təzahür edir. Gənc oğlanlar və qızlar onları həmin cəhətə görə
daha çox qiymətləndirir və qəlbən sevirlər. Bu hal kiçik məktəb
yaşı və yeniyetməlik dövründə özünü göstərmir.
Psixoloji tədqiqatlar göstərmişdir ki, gənclik dövründə
məktəblilər borc, şərəf, şəxsi qürur hissi, vicdan, təvazökarlıq
kimi mürəkkəb əxlaqi kateqoriyaların mahiyyətini dərk edirlər.
Bununla belə onlar həmin anlayışların şərhi zamanı, eləcə də
əxlaqi davranışı həyata keçirərkən bəzi qüsurlara yol verirlər.
Ümumiyyətlə götürdükdə, orta məktəbi qurtaran oğlan və
qızların əksəriyyəti özlərini praktik olaraq əxlaqi cəhətdən
formalaşmış, yetgin və kifayət qədər davamlı əxlaqa
yiyələnmiş adam kimi göstərirlər. Bu isə qabiliyyətlər, motivlər
və xarakter əlamətləri ilə yanaşı şəxsiyyətin dördüncü mühüm
yenitörəməsi kimi özünü göstərir.
VI.22.3. Böyük məktəblilərin təlim fəaliyyəti və idrak
proseslərinin inkişafı
İlk gənclik dövründə təlim fəaliyyətinin ümumi
xarakteristikası. İlk gənclik dövründə təlim fəaliyyəti bir sıra
xüsusiyyətlərinə görə məktəb yaşının əvvəlki dövrlərindən
fərqlənir. Bu dövrdə təlim fəaliyyəti həm məzmun, həm də
formaca yeni xüsusiyyətlər kəsb edir. Təlim fəaliyyətinin
məzmununa yeni anlayışlar sistemi daxil olur. Onlar özlərinin
əhatəliyinə görə əvvəlkilərdən fərqlənir. Mücərrəd anlayışların
miqdarı artır. Yeni fənlərin və bilik sahələrinin öyrənilməsi
490
tələb olunur. Təlimin formasında da dəyişiklik baş verir. Tədris
prosesində müasir texniki vasitələrdən istifadəyə geniş yer ve-
rilir. Bütün bunları mənimsəmək böyük məktəblilərdən yüksək
hazırlıq, nəzəri təfəkkürün inkişafını, yaradıcılıq qabi-
liyyətlərinin təşəkkülünü tələb edir.
Böyük məktəblilər təlimin nə kimi həyati əhəmiyyət
daşıdığını dərk edirlər. Ona görə də məktəblilərdə təlimə
münasibət əsaslı şəkildə dəyişilir. Bu dövrdə məktəblilərdə
müxtəlif bilik sahələrinə seçici münasibət təzahür etməyə
başlayır. Böyük məktəblilərin təlim fəaliyyəti onların əqli
inkişafına əsaslı təsir göstərir.
Böyük məktəblilər təlim fəaliyyətinin subyekti kimi daxil
olduqları spesifik sosial inkişaf şəraitinin təsiri altına düşürlər.
Bu dövrdə təlim fəaliyyəti özünün keyfiyyəti, yeni məzmunu
ilə fərqlənir. Tədris fənnlərində nəzərdə tutulmuş biliklərə
yiyələnmə zamanı şəxsi məna əhəmiyyəti daşıyan daxili idrak
motivləri ilə yanaşı geniş sosial və dar şəxsi xarici motivlər də
özünü göstərir. Bunların içərisində nailiyyət, müvəffəqiyyət
motivləri xüsusi yer tutur. Təlim fəaliyyətinin özü böyük
məktəblilərin gələcək həyat planlarını həyata keçirmək vasitəsi
olduğu üçün, təlim motivləri də öz quruluşuna görə keyfiyyətcə
dəyişir. Təlimi biliklərə yiyələnməyə yönəlmiş fəaliyyət kimi
bir
sıra
motivlərlə
səciyyələndirmək
olar, şagirdlərin
əksəriyyəti üçün əsas daxili motiv kimi nəticəyə nail olmağa
yönəlişlik təşkil edir.
Böyük məktəblilərin təlim fəaliyyətinin predmetini,
başqa sözlə, onun nəyə yönəlməsini, onun struktur təşkili, fərdi
təcrübənin
stimullaşdırılması,
bunun
hesabına
yeni
məlumatların genişləndirilməsi, əlavə olunması, daxil edilməsi
təşkil edir. Məsələlərin həllinə müstəqil, yaradıcı şəkildə
yanaşma, qərar qəbul etmək, mövcud variantları təhlil etmək və
onları tənqidi konstruktiv şəkildə anlamaq bacarığı da böyük
məktəblilərin təlim fəaliyətinin məzmununu təşkil edir. Bu yaş
dövründə mühüm psixoloji yenitörəmə olan şagirdin həyati
Dostları ilə paylaş: |