480
olmaq» zərurətindən irəli gələn adamlarla yeni davranış
və münasibət normalarının mənimsənilməsi
-
ÖZÜNÜQİYMƏTLƏNDİRMƏNİN, XARAKTERİN
inkişafı
-
Xarakterin
aksentuasiyası
və
QEYRİ-ADAPTİV
davranış formasının meydana gələ bilməsi.
-
Şəxsi baxışlarının, diktat yaşlılara qarşı etirazın,
müstəqil
olaraq
referent
qrupları
seçmənin
formalaşması
-
Həqiqi
müstəqilliyin
olmaması,
həmyaşıdlarına
münasibətdə yüksək təlqinçiliyin və konformizmin
olması
-
MƏNTİQİ təfəkkürün, yaradıcı şəkildə düşünmək və
özünütəhlil
qabiliyyətinin, mücərrəd
məfhumlara
istinad etmənin inkişafı.
-
Özünənəzarət və fəaliyyəti planlaşdırmanın hələ çətin
olması
-
Riskə, təcavüzə meyllilik özünütəsdiq tərzi kimi
-
Seksual həvəs və marağın aşkara çıxması
-
Öz
«mənini»
dərk
etmənin,
eqoidentikliyin
formalaşması
-
Təlimdə seçicilik, ümumi və xüsusi qabiliyyətlərə sen-
zitivlik.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1. Yeniyetməlik yaşında nə kimi anatomik-fizioloji
dəyişikliklər baş verir?
2. Yeniyetməlik yaşında ünsiyyət tələbatından danışın.
3. Yeniyetməlik yaşında mənlik və əxlaqi şüur necə inkişaf
edir?
4. «Yeniyetməlik dövründə yaşlılıq hissi» dedikdə nəyi başa
481
düşürsünüz?
5. Yeniyetməlik yaşının təlim fəaliyyətinin fərqləndirici
xüsusiyyətləri hansılardır?
6. Yeniyetmələrdə idrak proseslərinin inkişafı haqqında
danışın.
.
Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular.
1. Yeniyetmələrdə iradi keyfiyyətlərin formalaşması.
2. Yeniyetmələrdə şəxsiyyətin inkişafı.
3. Yeniyetmələrdə yaşlılıq hissinin xüsusiyyətləri.
4. Yeniyetmələrin cinsi tərbiyəsinin psixoloji məsələləri.
5. Yeniyetmələrin təlimə münasibəti.
Ədəbiyyat
Bayramov Ə.S. Şagirdlərdə əqli keyfiyyətlərin inkişafı.
– Bakı, 1967
Əlizadə Ə.Ə. Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi. –
Bakı, 1986.
Əlizadə Ə.Ə. Təxəyyül. – Bakı, 2006
Əlizadə Ə.Ə. Şagirdlərdə təxəyyülün inkişafı. – Bakı,
1965
Məmmədov
A.U.
Məktəblilərdə
hafizənin
xüsusiyyətləri. – Bakı, 1974
Qədirov Ə.Ə. Yaş psixologiyası. – Bakı, 2002, s.2198-
339.
Rzayev
B.İ.
Məktəblilərdə
idrak
proseslərinin
fəallaşdırılması. – Bakı, 2000
Vozrastnaə i pedaqoqiçeskaə psixoloqiə. Xrestomatiə. –
M., s.210-311
Nemov R.S. Psixoloqiə. V 3-x kn., kn.2- M,, 1998,
s.221-233
Vozrastnaə psixoloqiə/ Pod red. N.F.Dobrınika. – M.,
483
2 2 - c i F Ə S İ L
İLK GƏNCLİK YAŞI DÖVRÜNÜN
PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ
Qısa xülasə
Gənclik yaşının ümumi xarakteristikası. Gənclərin formalaşma-
sında bioloji, psixoloji, psixoseksual və sosial amillərin yeri.
İlk gənclik yaşında şəxsiyyətin inkişafı. Həqiqi yaşlılığa real
keçidin baş verməsi. Ünsiyyət fəaliyyətinin inkişafı. Ünsiyyət və emosional
həyat. Valideynlərlə ünsiyyət xüsusiyyətləri. Yoldaşlıq və dostluq.
Məhəbbət hissi. Mənlik şüuru və əxlaqi şüurun inkişafı.
Böyük məktəblilərin təlim fəaliyyəti və idrak proseslərinin
inkişafı. Təlim fəaliyyətinin forma və məzmunca, məktəblilərin təlimə
münasibətinə görə dəyişməsi. Təlim prosesində idrak proseslərinin inkişafı.
Maraqlar
və
mənəvi
tələbatlar. Dünyagörüşünün
formalaşması.
Peşəyönümü və peşəseçmə.
VI.22.1. Gənclik yaşının ümumi xarakteristikası
Gənclik insan həyatında uşaqlıq dövrünün başa çatması,
insanın fiziki cəhətdən yetkinləşməsi psixoloji cəhətdən
özünəməxsus yüksək keyfiyyətlərin formalaşması dövrüdür.
İnsanın yaşlılıq həyatı məhz bu dövrdən başlanır.
Bu dövr özünüdərketmə, mənlik şüuru və dünyagö-
rüşünün formalaşması mərhələsi, məsul qərarların qəbulu
mərhələsi, dostluğun, məhəbbətin, intim yaxınlığın yüksək
qiymətləndirildiyi insani yaxınlıq mərhələsi kimi qiymət-
ləndirilir.
484
Gənclik yaşı dövrünün başlanması və sonu haqqında
müxtəlif fikirlər irəli sürülmüşdür. Bunlardan daha çox qəbul
edilən 14-15 yaşdan 21 yaşa qədər olan dövrdür. Psixoloqlar
həmin dövrün iki mərhələni keçdiyini qeyd edirlər: ilkin
gənclik (15-17 yaş) və yetkin gənclik (18-21 yaş). Bəzi
mütəxəssislər yetgin gəncliyə 18-25 yaş dövrünü aid edirlər.
Gəncliyi sadəcə olaraq bioloji yaşın müəyyən həddə
çatması kimi xarakterizə etmək olmaz. Gənclərin formalaşması
həm bioloji, həm psixoloji, həm psixoseksual, həm də sosial
amillərin təsiri altında baş verir. Bunların içərisində gənclərin
bir şəxsiyyət kimi formalaşmasında sosial - psixoloji amillər
xüsusi yer tutur. Ona görə də gəncliyi sosial-psixoloji hadisə
kimi qeyd etmək olar.
Bioloji baxımdan gənclik orqanizmi fiziki cəhətdən
əsaslı surətdə dəyişir və onun inkişafı əsasən tamamlanır.
Psixoloji baxımdan gənclər artıq öz “mən”lərini,
imkanlarını dərk edir, idrak fəaliyyətləri və dünyagörüşləri
geniş əhatəli olur.
Psixoseksual
baxımdan
cinsi
yetişmə
əsasən
tamamlanmış olur, psixoseksual davranış sosial normalara
uyğunlaşır.
Sosial
baxımdan
gənclər
ictimai
münasibətlər
qovuşuğunda
həmin
münasibətləri
mənimsəməklə
sosiallaşırlar.
Nəticədə
bu
dövrdə
gənclər
ictimai
münasibətlərin məcmuu kimi, sosial varlıq kimi yetişir, həyat
hadisələrinə fəal mövqedən yanaşırlar.
Bütövlükdə, götürdükdə, gənclik dövründə şəxsiyyət
biososial-psixoloji
varlıq
kimi
formalaşır.
Gənclərin
davranışında təşəbbüskarlıq, prinsipiallıq, məsuliyyətlilik
yüksəlir. Onların intellektual fəaliyyətində, qabiliyyətlərinin
inkişafında əsasən irəliləyiş, sosial-psixoloji varlıq kimi
formalaşma baş verir.
Dostları ilə paylaş: |