507
qərara alır və öz niyyətini həyata keçirir. Qarşısına qoyduğu
məqsədə nail olmaq üçün bütün başqa arzuları, maneələri ara-
dan qaldırır. İradi davranış adlandırılan bu cür davranışın təhlili
göstərir ki, həmin davranışın əsasında şüurlu tənzim
motivasiyası təmayülü mexanizmi dayanır. Bu zaman insan
şüurlu olaraq bir təmayülün, meylin qiymətini artırır, digər
təmayülün qiymətini isə azaldır. Şübhəsiz heç də insan həmişə
özünün motivasiya təmayülünü əldə edə və onu lazımi istiqa-
mətdə yönəldə bilmir. Belə olduqda iradi davranış həyata
keçmir. Beləliklə, deyilənlərdən bir daha aydın olur ki, insanın
tərbiyəliliyinin
mühüm
kriteriyalarından
biri
onun
davranışının ixtiyarilik səviyyəsindən, özünün tələbatlarına
yiyələnə bilmək səviyyəsindən ibarətdir.
Şübhəsiz, tərbiyəliliyin müəyyən səviyyəsində insanın
mədəni davranış formalarına, cəmiyyətdə qəbul olunmuş
birgəyaşayış norma və qaydalarına, məişət və peşə vərdişlərinə
və özünü apara bilməyin digər cəhətlərinə yiyələnməsini də
nəzərə almamaq olmaz. Bu keyfiyyətləri asanlıqla müşahidə et-
mək mümkün olduğuna görə, bizə belə gəlir ki, insanın moti-
vasiya sahəsinə əsasən onların barəsində asanlıqla fikir
yürütmək mümkündür. Lakin tərbiyəlilik həmin zahiri
əlamətlərə diqqətlə yanaşmağı da tələb edir. Onlar insanın
həmin sahəyə təlabatları ilə motivləşən davamlı davranış
forması kimi özünü göstərə bilər, eləcə də yalnız zahirən
mənimsənilmiş davranış da ola bilər. İkinci halda şagirdlər
təzyiqin, nəzarətin təsiri altında ondan tələb olunanların
hamısına əməl edir, nəzarət olmadıqda isə müvafiq davranış
tərzini yerinə yetirmirlər. Buradan isə aydın olur ki, müvafiq
davranış forması şəxsin tələbatına çevrilməmişdir və həmin
adam bu sahədə tərbiyəli deyildir.
Deməli, nəzarət, məcburiyyət olmadan düzgün və əxlaqi
davranmağı tərbiyəliliyin mühüm kriteriyalarından biri hesab
etmək olar.
508
VI.23.4. Şəxsiyyətin özünütərbiyəsinin psixoloji
əsasları
Tərbiyənin idarə olunması problemi. Tərbiyə kor-koranə
bir proses olmayıb, idarəolunan prosesdir. Tərbiyə prosesi ona
görə idarə olunan prosesdir ki, onun məqsədi, motivləri,
funksiyaları və gözlənilən nəticələri mövcuddur. Şübhəsiz
bunların hər birini nəzərə almaq və tərbiyə işini onlara müvafiq
şəkildə təşkil etmək elə onun idarə edilməsi deməkdir. Bir
cəhəti də qeyd etmək lazımdır ki, tərbiyə həm xarici, həm də
daxili idarəetmə imkanlarına malikdir. Xarici idarəetmə tərbiyə
olunanlardan deyil, tərbiyə edənlərdən asılıdır. Burada müəllim
və tərbiyəçilərin, tərbiyəvi işi həyata keçirən kollektivin
fəaliyyəti diqqəti cəlb edir. Ona görə də məktəblinin
şəxsiyyətinin öyrənilməsi tərbiyə prosesinin idarə edilməsinin
mühüm
bir
amilidir.
Bunsuz
məktəbli
şəxsiyətini
formalaşdırmaq da çətin olardı. Bu cür xarici idarəetməyə
tərbiyəvi üsul və vasitələrin düzgün seçilməsi və s. amillərə is-
tinad edilməsini də aid etmək olar. Lakin tərbiyənin idarə
olunması təkcə xarici formada gedə bilməz. Tərbiyə prosesində
biz konkret canlı insanın, fərdin şəxsiyyətini formalaşdırırıq.
Ona görə də bu prosesdə həmin fərdin özünün bu prosesə
münasibəti, özündə bu və ya digər keyfiyyəti aşılamaq cəhdi də
mühüm rol oynayır. Bu isə tərbiyədə daxili idarəetmənin
zəruriliyini irəli sürür. Belə daxili idarəetmə isə özünütərbiyə
prosesində həyata keçir və özünüidarə rolunu oynayır.
Özünütərbiyə və onun motivləri. Özünütərbiyə insanın
şüurlu olaraq qarşısına qoyduğu məqsədə, ideal və inamlarına
müvafiq şəkildə öz şəxsiyyətində dəyişikliklər etməyə
yönəlmiş fəaliyyətindən ibarətdir. Özünütərbiyənin həyata
keçməsi üçün şəxsiyyətin və onun özünü dərk etməsinin
müəyyən inkşaf səviyyəsinin, özünün hərəkətlərini başqalarının
hərəkətləri ilə müqayisə zamanı təhlildən istifadə edə bilmək
qabiliyyətinin,
eləcə
də
daim
özünütəkminləşdirmək
509
ustanovkasının olması tələb edilir.
Şəxsiyyətin özünütəkminləşdirməsi onun cəmiyyətdəki
həyati tələbatları və fəaliyyəti ilə, inkişafı ilə şərtlənir. İnsanın
yaşadığı ictimai şərait, aldığı təlim və tərbiyə onun
özünütərbiyəsində həlledici rol oynayır.
İctimai həyatı, eləcə də onu əhatə edən mühitin
tələblərini, öz qüvvə və imkanlarını aydın dərk etmək əsasında
insanın öz həyatını daha münasib əsaslar üzrə qurmaq üçün ar-
zu etdiyi keyfiyyətləri özündə inkişaf etdirməsi və ya malik
olduğu şəxsi keyfiyyətləri dəyişdirməkdən ötrü özünə şüurlu,
planlı, məqsədəuyğun və müntəzəm surətdə təsir etməsi, rəftar
və
davranışını
təkminləşdirmək
qayğısına
qalması
özünütərbiyə adlanır.
Həyati faktlar özünütərbiyənin geniş imkanlara malik
olduğunu bir daha təsdiq edir. Bir çox görkəmli adamlar
uşaqlıqdan pis təlim-tərbiyə almalarına, onların şəxsiyyətində
bir sıra qüsurların olmasına baxmayaraq gənclik və sonrakı
dövrdə özünütərbiyənin köməyi ilə öz şəxsiyyətlərinin yüksək
inkişaf
mərhələsinə
yüksələ
bilmiş,
davranış
və
fəaliyyətlərindəki qüsurları, aradan qaldıra bilmişlər. Məsələn,
görkəmli rus yazıçısı L.N.Tolstoyun özünün etirafına görə o,
uşaqlıq və ilk gənclik dövründə öz xarakterində, davranışında
olan qüsurları, o cümlədən tənbəllik, lovğalıq, şöhrətpərəstlik
və s. kimi mənfi cəhətləri aydın şəkildə görə bilmiş və həmin
qüsurlara qarşı ciddi döyüş elan etmişdir. Bütün həyatı boyu
özündə əməksevərlik, humanizm, düzgünlük, cəsarətlilik
keyfiyyətləri tərbiyə etmişdir.
Həyatdan özünütərbiyənin mahiyyətini açan yüzlərcə bu
cür faktlar gətirmək mümkündür. Bunların hamısından bir
ümumi cəhət aydın olur ki, insanın özünü, öz hərəkətlərini
idarə etməsində özünütərbiyə əvəzolunmaz əhəmiyyətə malik-
dir. Özünütərbiyə bir növ özünüidarə deməkdir. Həm də
özünütərbiyə özünüidarənin ən ali forması kimi özünü göstərir.
İnsan hər bir yaş dövründə özünütəkmilləşdirməyi, özündə
Dostları ilə paylaş: |