504
almağa çalışmalıdır. Bu cəhətdən müəllim üçün əsas problem
zəruri təsir vasitəsini seçmək deyil, həm də şagirdin rəftar və
davranışının motivlərini, onun baxışlarını, münasibətlərini
bilməkdir. Belə olduqda məna maneələrinin yaranmasının
qarşısı alınır, tərbiyəvi tədbirin gücü artır.
Məktəbdə şagirdlərlə aparılan tərbiyəvi işlərin mühüm
yollarından biri əxlaqi söhbətlərdən ibarətdir. Şagirdlərin əxlaq
tərbiyəsində bu cür söhbətlərin səmərəli nəticə verməsi üçün
istər fərdi, istərsə də kollektiv şəkildə aparılan əxlaqi söhbətlər
zamanı aşağıdakı prinsiplərə əməl olunmalıdır.
1.
Əxlaqi söhbətlərin məzmunu şagirdlərin yaş səviy-
yəsinə uyğun olmalıdır.
2.
Söhbət aparılan kollektivi, onların istiqamətini,
qarşılıqlı münasibətini, təlimə, müəllimə münasibətlərini yaxşı
bilmək və nəzərə almaq lazımdır.
3.
Söhbəti konkret bir səbəblə, ölkənin və kollektivin
həyatında baş verən bir hadisə ilə, yeni kitab və ya kinofilmlə
əlaqələndirərək, onlarla bağlı şəkildə təşkil eləmək zəruridir.
4.
Söhbətə aydın, konkret misallardan başlamaq daha
münasibdir. Söhbət zamanı şagirdlər üçün yeni olan, inandırıcı
faktlardan, misallardan istifadə edilməlidir.
Bu zaman məharətlə çatdırılan, təhlil edilən mənfi
nümunələr də böyük tərbiyəvi əhəmiyyətə malikdir. Məsələn,
borc hissindən danışarkən eqoizimin nə qədər çirkin keyfiyyət
olduğunu konkret misallarla açıb göstərmək faydalı olur.
5.
Əxlaqi söhbət zamanı şagirdlərdə maksimum fəallıq
yaratmaq, onları canlı fikir mübadiləsinə cəlb etmək onlarda
fikir oyatmaq, əxlaq məsələləri üzərində düşünməyə məcbur
etmək lazımdır.
6.
Şagirdlərin şüuruna çatdırılan məsələlərin yaxşı
əsaslandırılması da böyük əhəmiyyətə malikdir. Bu cəhətə
əməl olunması xüsusilə yeniyetmə və böyük məktəblilərlə iş
zamanı daha çox zərurət təşkil edir.
7.
Əxlaqi söhbət zamanı şagirdlərdə dərin və aydın
505
emosiyaların yaranmasına nail olmaq lazımdır. Bu isə o zaman
mümkün ola bilər ki, müəllim söhbəti etinasız, həvəssiz deyil,
emosional və canlı keçirsin.
Şagirdlərin tərbiyəsində nəzərə alınması zəruri olan yol-
lardan biri də müəllimin, tərbiyəçinin şəxsi nümunəsindən
düzgün istifadə olunmasından ibarətdir. Adətən, kiçik
məktəblilər çox vaxt müəllimi təqlid edir, ona oxşamağa
çalışırlar. Lakin bəzən bunu şüursuz, düşünmədən edirlər.
Bəzən də özlərindən asılı olmayaraq onun xarici davranış
tərzini bir növ yamsılayırlar. Yeniyetmələr və böyük
məktəblilər isə çox vaxt nümunədən şüurlu olaraq istifadə
edirlər. Özünü artıq böyük hesab etməyə başlayan yeniyetmə
böyüklərin hərəkət və davranışlarını təqlid etməyə cəhd
göstərir. Ona görə də yeniyetmələrdə onları əhatə edən
adamların (xüsusilə onlara yaxın və əziz olan adamların) dav-
ranışına qarşı kəskin maraq və diqqət yaranır. Böyüklərin bu və
ya digər keyfiyyətini şüurlu şəkildə təqlid edən yeniyetmə çox
vaxt onların mənfi keyfiyyət və hərəkətlərini də təkrar edir.
Məhz buna görə də müəllimin özünü müsbət bir nümunə kimi
təqdim etməsi zəruridir.
Şagirdlərin şəxsiyyətini tərbiyə edərkən, şübhəsiz onun
birdən-birə, bütün hallarda düzgün davranış forması seçəcəyini
gözləmək olmaz. Bəs onda şagirdin davranışı necə təshih
olunmalıdır? Şagirdlərin davranışını istiqamətləndirmənin,
təshih etmənin ən təsirli yolları onun təriflənməsi və
məzəmmət
olunması,
rəğbətləndirilməsi
və
cəzalandırılmasından ibarətdir.
Təriflənmə, rəğbətləndirmə davranışın düzgün motiv və
formalarını möhkəmləndirməyə xidmət edir. Məzəmmət və
cəzalandırma isə, mənfi təhriklərin və düzgün olmayan
davranış formalarının qarşısını alır, onları ləngidir. Lakin
tərbiyə zamanı bunlardan düzgün istifadə olunmalıdır. Tərif-
lənmə, rəğbətləndirilmə nə şişirdilməməli, nə də lazım olduğ-
undan aşağı səviyyədə olmamalıdır. Adətən, şagirdin bu və ya
506
digər davranış tərzi həddindən artıq şişirdildikdə onda yersiz
bədgumanlıq, lovğalıq keyfiyyəti yarana bilər. Məzəmmət və
cəzalandırma da şagirdin günahının dərəcəsinə uyğun, ədalətli
olmalıdır.
Nəhayət tərbiyəvi işin mühüm formalarından biri də
özünütərbiyədir. Sonrakı bölmədə özünütərbiyədən geniş bəhs
etdiyimizə görə bir daha onun üzərində dayanmırıq.
Məktəblilərin tərbiyəlilik göstəriciləri və kriteriyaları.
Şagirdlərin tərbiyə prosesini idarə etmək üçün tərbiyənin təsiri
altında onların şəxsiyyətində baş verən dəyişiklikləri nəzərə
almaq imkanının olması lazım gəlir. Başqa sözlə, şagirdlərin
tərbiyəlilik səviyyəsini aşkara çıxarmaq imkanımız olmazsa,
tərbiyə prosesini idarə etməyimiz də mümkün olmazdı. Tərbiyə
psixologiyası və pedaqoqikasının ən başlıca vəzifələrindən biri
əxlaqi cəhətdən tərbiyəliliyin kriteriyalarının məzmununu
aşkara çıxarmaq və müəllimləri uşaqda şəxsiyyətin forma-
laşmasının gedişi haqqında tam dəqiq və etibarlı məlumat verə
bilən metodlarla silahlandırmaqdan ibarətdir.
Biz həyatda çox vaxt elə adamlara rast gəlirik ki, onlar
müəyyən şəraitdə əxlaqi cəhətdən düzgün davrana bilirlər. La-
kin bu adamların biz hələ əxlaqi cəhətdən tərbiyəli olduğunu
söyləyə bilmərik. Biz yalnız o adamın əxlaqi tərbiyəliliyə ma-
lik olduğunu söyləyə bilərik ki, həmin adam heç cür əxlaqsız
hərəkətə yol verə bilməsin. Ona görə də əxlaqi tərbiyəliliyin
əsas kriteriyalarından biri əxlaqi tələbatların, hiss və adətlərin
formalaşma səviyyəsindən ibarətdir.
Şəxsiyyətin formalaşmasının və tərbiyəliliyin mühüm
kriteriyalarından biri də davranışın ixtiyarilik səviyyəsindən
ibarətdir. İnsanın əxlaqi cəhətdən sabitliyi, çətinlikləri aradan
qaldıra bilmək bacarığı öz arzularını, istəklərini idarə edə
bilmək və öz niyyətini yerinə yetirə bilmək bacarığı, öz
davranışını idarə edə bilmək bacarığı olmadan mümkün deyil-
dir.
Düzgün tərbiyə almış adam müəyyən bir işi icra etməyi
Dostları ilə paylaş: |