529
öz
səmərəsini
göstərməzsə, onun
əhəmiyyətindən
də
danışmağa dəyməz. Məhz buna görə də təlim və onun
keyfiyyətini idarə etmək mühüm tədbiqi problem kimi pedaqoji
psixologiyanın
qarşısında
durur. Təlimin
forma
və
metodlarından istifadəni, təlim prosesində şagirdlərin inkişa-
fının psixoloji xüsusiyyətlərini öyrənmək bu sahədə müəllimi
zəruri biliklərlə silahlandırmaq deməkdir. Müasir dərsə verilən
psixoloji tələblərin aşkara çıxarılması bu baxımdan xüsusi
əhəmiyyət kəsb edir.
Təlimin mahiyyəti və qanunauyğunluqları. Təlim
insanın əsas fəaliyyət növlərindən biridir. Məktəb yaşı
dövründə isə həmin fəaliyyət məktəblilərin aparıcı fəaliyyətinə
çevrilir. Onun köməyi ilə şagirdlər müəyyən məlumatları,
hərəkətləri və davranış formalarını mənimsəyirlər. Oyundan
fərqli olaraq burada subyekt öyrənmə məqsədi güdür, ona
məlum olmayan məlumatları əldə etməyə, bu və ya digər
hərəkətlərə, davranış tərzlərinə yiyələnməyə çalışır. Bu iş kor-
korana deyil, şüurlu, planlı şəkildə həyata keçirilir. Məhz buna
görə də təlim prosesində aşağıdakı məqsədlərə nail olma baş
verir:
a) hər hansı bir fəaliyyət növünün müvəffəqiyyətlə təşkil
edilməsi üçün lazım olan gerçəkliyin zəruri xassələri haqqında
məlumatın mənimsənilməsi; b) həmin fəaliyyət növlərini təşkil
edən yolların və əməliyyatların mənimsənilməsi; v) qarşıda du-
ran məsələnin həllində lazım olan yolları və əməliyyatları
düzgün seçmək və onlara nəzarət etmək üçün qeyd olunan
məlumatlardan istifadə qaydalarını mənimsəmək. Birinci halda
biliklərin, ikinci halda vərdişlərin, üçüncü halda isə bacarıqla-
rın yaranması baş verir.
Buradan isə aydın olur ki, təlim o zaman mümkündür ki,
müəyyən bilik, vərdiş və bacarığa yiyələnmək üçün insanın
fəaliyyəti
şüurlu
məqsədlərlə
idarə
olunsun. Həqiqi
mənimsəmə həmişə müxtəlif idrak məsələlərinin həlli ilə bağlı
olan fəal prosesdir. Belə mənimsəmə nəticəsində əldə edilən
530
biliklər müəyyən sistem təşkil edir və təcrübəyə tətbiq oluna
bilir.
Təlim şagirdlərin biliklər sistemini mənimsəmələrinə və
həmin bilikləri təcrübəyə tətbiq etmək üçün lazım olan vərdiş
və bacarıqlara yiyələnmələrinə yönəlmiş məqsədyönlü idrak
fəaliyyətidir.
Təlim məqsədəyönəlmiş prosesdir. Burada insanın
öyrənməsi baş verir. Lakin hər cür öyrənməni təlim adlan-
dırmaq olmaz. Yalnız mütəşəkkil, məqsədəuyğun və planlı
öyrənmə prosesini təlim adlandırmaq olar.
Adətən, təlimdən danışarkən müəllimin buradakı rolunu
nəzərə alırıq. Təlim prosesində öyrədən müəllim və öyrənən
şagird mövcud olur. Onların qarşılıqlı təsiri şəraitində, həm
müəllim, həm də şagirdin fəallığının təsiri altında şagird bilik
və vərdişlər əldə edir. Müəllim isə həmin prosesi idarə edir.
Təlimin müvəffəqiyyəti psixoloji cəhətdən bir-biri ilə
bağlı olan üç amildən asılıdır: nəyi öyrədirlər, kim və necə
öyrədir, kimi öyrədirlər.
Birincisi, təlimin xarakteri, bu sahədə müvəffəqiyyətin
əldə edilməsi mənimsənilməli olan materialdan, onun
məzmunu və sistemindən asılıdır. Ona görə də təlimin məz-
mununun düzgün seçilməsinə xüsusi diqqət yetirilməlidir.
Məzmun düzgün seçilmədikdə, sistemsiz və pərakəndə olduq-
da, öyrənilməsi nəzərdə tutulan məfhumlar lazımi səviyyədə
açılmadıqda mənimsəmənin səmərəli gedəcəyinə ümid bəs-
ləmək olmaz. Ona görə də öyrənilən fənlərin siyahısını və
həcmini dəqiqləşdirmək, dərs proqramlarının və dərsliklərin
həddən artıq yüklənməsini aradan qaldırmaq, bunları lüzumsuz
mürəkkəbləşdirilmiş, ikinci dərəcəli materialdan təmizləmək;
tədris fənnləri haqqında əsas anlayışları və ümdə ideyaları son
dərəcə aydın ifadə etmək, elm və təcrübənin yeni
nailiyyətlərinin bunlara da lazımınca əks olunmasını təmin
etmək lazımdır.
Adətən, təlimin
məzmunu
düzgün
seçilmədikdə,
531
şagirdlərə dolaşıq, çətin, ikinci dərəcəli, o qədər də yenilik xa-
rakteri daşımayan materiallar təqdim olunduqda onlarda
asanlıqla həmin materiallara qarşı psixoloji doyumluluq
yaranır. Təlim prosesindəki fəallıqları aradan qalxır.
İkincisi, təlimin xarakteri, bu sahədə müvəffəqiyyət əldə
edilməsi öyrədən adamın - müəllimin şəxsi keyfiyyətlərindən,
pedaqoji və metodiki ustalığından, hər bir halda tətbiq etdiyi
konkret tədris metodundan, şagirdlərin psixologiyasını də-
rindən bilməsindən və s. asılıdır. Müəllim öz şəxsi
keyfiyyətləri ilə şagirdlərə nümunə olmalıdır. Yüksək pedaqoji
bacarıq və qabiliyyətlərə malik olmayan müəllim öz
vəzifəsinin öhdəsindən lazımınca gələ bilməz. Onda yüksək
pedaqoji mərifət, pedaqoji ünsiyyət keyfiyyəti formalaşmalıdır.
Müəllim təlim materialını didaktik yolla işləyərək şagirdlərə
zəruri məlumatı verməyi, onların fəaliyyətini səfərbər edə
bilməyi, şagirdlərin əqli inkişafına təkan verməyi bacarmalıdır.
Təlimin müasir metodlarından yerli-yerində istifadə edə
bilməyən müəllim öz vəzifəsinin öhdəsindən lazımınca gələ
bilməyəcəkdir.
Nəhayət, üçüncüsü, təlim prosesi öyrədilənin-şagirdin
xüsusiyyətlərindən, onun fərdi psixi inkişaf xüsusiyyətlərindən
(əqli, emosional, iradi), onda təlimə qarşı münasibətin
yaranmasından, onun meyl və maraqlarından, tələbat və
öyrənməyə qabillik imkanlarından da çox asılıdır. Başqa sözlə,
təlim prosesi şagirdlərin fərdi-psixoloji və yaş xüsusiyyətləri
ilə sıx bağlıdır. Bu cəhətlər nəzərə alınmadan təlim fəaliyyətini
təşkil etmək və lazımi müvəffəqiyyətə nail olmaq mümkün
deyildir.
Təlim fəaliyyətinin strukturu. İnsan təlimin köməyi ilə
bəşəriyyətin təcrübəsinə yiyələnir. Bu təcrübəni öyrənmədən
onun həyatda baş çıxarması mümkün deyildir. Həmin
təcrübənin öyrənilməsinin, mənimsənilməsinin başlıca yolu isə
təlimdir. Ona görə də öyrənmənin strukturunu bilmədən, bu
strukturu nəzərə almadan təlim fəaliyyətini təşkil etmək də
Dostları ilə paylaş: |