554
Müasir dərsə verilən psixoloji tələblərdən biri kimi,
mənimsəməyə təsir edən xarici amillərdən düzgün və səmərəli
istifadə olunmasını qeyd etmək olar. Burada dərsdə təlim
materialının çətinlik dərəcəsi, əhəmiyyətliliyi, mənalılığı,
strukturu, emosionallığı ilə yanaşı, ən səmərəli üsul və
vasitələrdən istifadə olunması da tələb edilir. Müasir dərsi ən
yeni texniki vasitələrdən istifadəsiz təsəvvür etmək mümkün
deyildir. Müasir dərs inkişafetdirici xarakter daşımalıdır. Bu-
nun üçün dərsdə şagirdin yalnız hafizəsinə deyil, təfəkkürünə
xüsusi olaraq istinad edilməlidir. Ona görə də dərs elə təşkil
edilməlidir ki, şagirdləri fikirləşməyə yönəldə bilsin. Buna isə
dərsdə problemli situasiyanın yaradılması ilə nail olmaq müm-
kündür.
Dərsdə problem situasiya yaradılması yolları. Müasir
dərsə verilən ən mühüm tələblərdən biri onun inkişafetdirici
olmasıdır. Burada problemli təlim əvəzolunmaz əhəmiyyət
daşıyır.
Problemli təlim isə şagirdlərin təfəkkürünün işləməsinə,
onların axtarıcı, fəal olmasına imkan yaradır. Təlimin problem-
li xarakter daşıması və şagirdlərə inkişafetdirici təsir göstər-
məsi
üçün
dərsdə
şagirdlərin
problem
situasiya
ilə
qarşılaşdırılması zəruri şərtdir. Özünün başlıca mahiyyətinə
görə təfəkkür yalnız yeni məqsədlər olan yerdə, fəaliyyətin
köhnə, əvvəlki üsul və vasitələrinin azlıq etdiyi yerdə lazım
gəlir. Belə şərait problemli situasiya adlanır. Təlim psixo-
logiyası sahəsində tədqiqat aparan alimlər dərsdə problem situ-
asiya yaradılmasının şagirdlərin fəallığı üçün zəruri şərt
olduğunu qeyd edirlər. Bunu məktəb təcrübəsi də təsdiq edir.
Dərsdə müvafiq problem situasiya yaradıldıqda şagirdlər
müəyyən çətinliklərlə qarşılaşır, həmin çətinlikdən çıxmaq,
qarşıda duran problemi həll etmək üçün mövcud biliklərinin
kifayət qədər olmadığını dərk edirlər. Ona görə də həmin
çətinlikdən çıxmaq üçün yollar axtarmağa, təfəkkürlərini işə
salmağa başlayırlar. Məsələn, “Günəş çıxdı, şagirdlər
555
məktəbin həyətində göründülər” cümləsini təhlil edən şagird
“Günəş” sözünün mübtəda olduğunu göstərir. Həmin şagirdə
“Günəş çıxmamış şagirdlər məktəbin həyətində göründülər”
cümləsi təqdim edildikdə yenə də «Günəş» sözünü mübtəda
kimi qəbul edir, onun eyni söz olmasına, eyni suala cavab
verməsinə (şagirdin özünün verdiyi suala görə) əsaslanır. Bu
zaman müəllim şagirdin cavabının düzgün olmadığını, burada
başqa sözün mübtəda olduğunu bildirir. Çətinliklə qarşılaşan
şagird həmin problemi həll etmək üçün yeni yol, vasitə
axtarmağın zəruriliyini dərk edir. Bu zaman şagirdin fikri pro-
sesi problem situasiyanın təhlilindən başlayır. Problem
situasiyanın təhlili nəticəsində onun strukturundakı əsas cəhət-
lər: məlum olmayan, axtarılan cəhətlər ayrılır. Nəyi axtarmaq,
nəyi bilmək lazım gəldiyi müəyyən edilir. Nəticədə şagird
yaradıcı olur, yüksək fəallıq şəraitində çalışır. Bütün bunlar isə
materialı daha yaxşı anlamaq, mənimsəməklə yanaşı şagirdin
əqli inkaşafına da təsir göstərir.
Psixoloji ədəbiyyatda problem situasiyanın mahiyyəti,
onun tipləri, dərsdə problem situasiyanın yeri və s. məsələlər
barədə əsaslı fikirlər irəli sürülmüşdür. Müəllimin dərsdə
yaratdığı situasiyanın dörd tipi qeyd olunur.
Birinci tip problem situasiya ən çox o zaman meydana
gəlir ki, şagird əvvəl əldə etmiş olduğu biliklərdən yeni praktik
şəraitdə istifadə etmək zərurəti qarşısında qalsın. Bu zaman
şagird bilik, bacarıq və vərdişinin qənaətləndirici səviyyədə
olmaması faktını dərk edir ki, bu da onun idrak maraqlarının
oyanmasına, yeni biliklər axtarmasına səbəb olur.
İkinci tip problem situasiya məsələnin mümkün olan
nəzəri həlli yolu ilə seçilmiş üsulun praktik olaraq həyata
keçirilməsinin qeyri-mümkünlüyü arasındakı ziddiyyətdən
doğur.
Üçüncü tip problem situasiya tədris tapşırıqlarını yerinə
yetirərkən əldə edilmiş praktik nəticələrlə, şagirddə həmin
nəticələri nəzəri olaraq əsaslandırmağa aid biliyin olmaması
556
arasında ziddiyyət olduqda meydana gəlir.
Dördüncü tip problem situasiya daha geniş yayılmış tip-
dir. Bu tip problem situasiya o zaman yaranır ki, şagird qarşıda
qoyulmuş məsələni həll etmək yollarını bilmir, tədris və ya
həyat situasiyasında yeni faktları izah etməkdə çətinlik çəkir,
daha doğrusu, əvvəlki biliklər yeni faktı izah etmək üçün
kifayət etmir.
Təlim psixologiyası sahəsində aparılmış tədqiqatlar
zamanı müəyyən edilmişdir ki, problem situasiyanın ayrı-ayrı
tipləri təfəkkür üçün müxtəlif şərait yaradır. Problem
situasiyanın əsas tipləri barədə müəllimin biliyi, şübhəsiz, bu
cür situasiyaların yaradılması yollarını müəyyənləşdirməsinə,
bununla da şagirdlərin idrak fəaliyyətini idarə etməsinə şərait
yaradır. Məhz buna görə də müəllim dərsi müasir tələblər
səviyyəsinə qaldırmaq üçün həmin cəhətə xüsusi diqqət
yetirməlidir.
Dərsdə yaddasaxlama tərzlərindən səmərəli istifadə
etmənin şərtləri. Təlimin müvəffəqiyyəti dərsdə öyrənmənin,
yaddasaxlamanın səmərəli yollarından istifadə olunmasından
da çox asılıdır. Öyrənmənin, yaddasaxlamanın səmərəliliyini
artıran bu cür tərzlər çox və müxtəlifdir. Onlardan bəzilərinə
nəzər salaq. Dərsdə öyrənmənin, yaddasaxlamanın bilavasitə
müəllimlə bağlı olan səmərəli yollarından biri kimi şagirdlərdə
öyrənilən materiala qarşı idrak maraqlarının aşılanmasını,
başqa sözlə, təlimin daxili motivlərinin inkişaf etdirilməsini
göstərmək olar. Müəllim şagirdlərdə öyrəndiklərinə qarşı idrak
marağı yaratdıqda şagirdlərin öyrəndiklərini yaddasaxlamaları
da səmərəli olur.
Yaxşı
öyrənmək
və
yaddasaxlamanın
səmərəli
şərtlərindən bir də müəllimin dərs zamanı şagirdlərin diqqətini
səfərbər edə bilməsidir. Bu baxımdan dərsdə şagirdlərin
diqqətini öyrənilən obyek (material) üzərinə yönəltmək, onun
ətrafında mərkəzləşdirmək ən zəruri şərtlərdəndir.
Öyrənilən materialın daha yaxşı yadda saxlanılması
Dostları ilə paylaş: |