557
qarşıya qoyulmuş yaddasaxlama məqsədi, yaddasaxlama
müddətindən də asılıdır. Müəllim dərsdə şagirdlərin qarşısında
(eləcə də şagirdlər öz qarşılarında) yaddasaxlama, həm də uzun
müddət üçün yaddasaxlama məqsədi qoyduqda öyrənilən ma-
terial uzun müddət yaddan çıxmır. Əksinə, şagird materialı sa-
bah müəllimə cavab vermək məqsədini qarşısına qoyursa, ca-
vab verəndən az sonra həmin material asanlıqla unudulur.
Yaddasaxlamanın
səmərəli
yollarından
biri
də
öyrəndiklərini anlamadır. Əgər müəllim verdiyi materialın
şagirdlər tərəfindən anlaşılmasına nail olarsa yaddasaxlama da
bir o qədər davamlı və səmərəli olur.
Müəllimin öyrətdiyi materialları həyatla əlaqələndirməsi
də yadda saxlamanın səmərəliliyinə müsbət təsir edən
şərtlərdəndir.
Müəllim dərsdə şagirdlərin öyrəndiklərini yaxşı yadda
saxlaya bilmələri üçün onları həmin materialı təxəyyüllərində
canlandırmağa alışdırmalıdır.
Öyrənmənin, yaddasaxlamanın səmərəliliyini təmin edən
yolların sayını artırmaq olardı. Şübhəsiz müəllimin burada
qeyd olunan və digər səmərəli yollardan istifadə etmək bacarığı
aşılaması şagirdlərin zəruri bilik, bacarıq və vərdişlərə
yiyələnməsi işini asanlaşdırır, təlim fəaliyyətinin səmərəliliyini
yüksəldir.
VI.24.7. Təlimin fərdiləşməsi və diferensiasiyası
Məktəb təcrübəsindən məlum olduğu kimi, şagirdlər
özlərinin öyrənməyə qabillikləri, əqli inkişaf səviyyələri, idrak
imkanları, fərdi psixi xassələri və s. görə bir-birlərindən
fərqlənirlər. Ona görə də həmin şagirdlərin hamısı ilə eyni yol-
la işləmək istənilən nəticəni vermir. Bu cəhət təlimin
fərdiləşməsi və diferensiasiyasının vacibliyini irəli sürür. Bu-
nunla bağlı olaraq psixologiyada fərdi fərqlərin öyrənilməsi
558
sahəsində əldə edilən uğurlar məktəb təcrübəsində fərdi
yanaşma prinsipinin özünə yer etməsində xüsusi rol
oynamışdır.
Fərdi yanaşma mühüm psixoloji-pedaqoji prinsip kimi
diqqəti cəlb edir. Təlimin fərdiləşməsi və diferensiasiyası
anlamının yaranması fərdi yanaşma nəzəriyyəsi və təcrübəsinin
inkişafında yeni mərhələ kimi özünü göstərmişdir. Təlimin
fərdiləşməsi dedikdə forma və üsullarından asılı olmayaraq
şagirdlərin fərdi xüsusiyyətlərinin təlim prosesində nəzərə
alınması başa düşülür. Əgər şagirdlərin qruplaşdırılması
formasında nəzərə alınarsa, təlimin fərdiləşdirilməsindən fərqli
olaraq buna təlimin diferensiasiyası deyilir. (Ə. Əlizadə).
Hər bir şagird özünəməxsus fərdi xüsusiyyətlərlə seçilir.
Bir tərəfdən bu xüsusiyyətləri qorumaq, digər tərəfdən onları
daha da inkişaf etdirmək məktəbin əsas vəzifəsi sayılır.
Təlimin fərdiləşməsi və diferensiasiyası, hər şeydən əvvəl, bu
vəzifənin həyata keçirilməsinə xidmət edir.
Təlimin fərdiləşdirilməsi və diferensiasiyası müxtəlif
formalarda həyata keçirilir:
1. Təlimin diferensiasiyası. Şagirdlər özlərinin müəyyən
xüsusiyyətlərinə görə qruplaşdırılır, müxtəlif tədris planları və
proqramları ilə təhsil alırlar. Bu yolla nisbətən qomogen olan
siniflər, məktəblər yaradılır. Mütəxəssislərin qeyd etdiyi kimi,
dünya miqyasında diferensiasiyanın əsasən iki formasından
istifadə olunur: birinci, müəyyən bir mərhələdə məktəb ayrı-
ayrı bilik sahələri, məsələn, humanitar, fizika, riyaziyyat,
kimya-biologiya və s, üzrə şaxələnir; ikinci, icbari fənləri
seçmə yolu ilə öyrənilən fənlər əlavə olunur. Bu forma və
üsulların
qovşağında
şagirdlərin
xüsusi
qabiliyyətləri,
maraqları və peşə niyyətlərinə görə müxtəlif tipli məktəb və
siniflər yaradılır. Təlim bir qayda olaraq müxtəlif tədris
planları və proqramları əsasında həyata keçirilir.
2. Tədris işinin sinifdaxili (qrupdaxili) fərdiləşdi-
rilməsi. Sinifdə frontal iş fərdi işlə üzvü surətdə əlaqələndirilir.
559
Təlim prosesində hər bir şagirdin fərdi xüsusiyyətləri zəruri
surətdə nəzərə alınır, yəni şagirdlərə eyni tapşırıqlar deyil,
onların fərdi xüsusiyyətlərinə müvafiq olaraq müxtəlif variantlı
tapşırıqlar vermək və ya əlavə ədəbiyyat göstərmək yolu ilə
təlim prosesi fərdiləşdirilir.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1. Təlim nədir? Onun mahiyyəti və psixoloji
qanunauyğunluqlarını açın.
2. Təlim fəaliyyətinin strukturuna nələr daxildir?
Onların mahiyyətini açın.
3. Təlim və psixi inkişafın qarşılıqlı əlaqəsindən
danışın.
4. Öyrənməyə qabillik dedikdə nəyi başa düşürsünüz?
5. Təlimdə geridə qalan şagirdlərin hansı tipləri var?
Onları xarakterizə edin.
6. Öyrənmənin müvəffəqiyyətini təmin edən daxili
amillər hansılardır? Onları xarakterizə edin.
7. Öyrənmənin müvəffəqiyyətinə təsir edən xarici
amillər hansılardır?
8. Təlimin motivləri hansılardır?
9. İnkişafetdirici və tərbiyəedici təlimin mahiyyətini
açın.
10. Müasir dərsə verilən psixoloji tələblər hansılardır?
11. Problem situasiya nədir və onun yaradılması
yollarından danışın.
12. Dərsdə yaddasaxlama tərzlərindən səmərəli istifadə
etmə şərtləri hansılardır?
13. Təlimin fərdiləşməsi və diferensiasiyası dedikdə nəyi
başa düşürsünüz?
Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular.
560
1. Təlim fəaliyyəti və psixi proseslər.
2. Təlim və psixi inkişaf haqqında konsepsiyalar.
3. Təlim prosesində təkrar və mümarisələrə verilən psix-
oloji tələblər.
4. Pedaqoji psixologiyada təlimin strukturuna dair kon-
sepsiyalar.
5. Təlim prosesində düzgün ümumiləşdirmə bacarığının
formalaşdırılması.
Ədəbiyyat
Həmzəyev M.Ə. Pedaqoji psixologiya – Bakı, 1991,
səh.70-144.
Həmzəyev
M.Ə.
Dillərarası
keçirilmə
və
interferensiyanın psixoloji xüsusiyyətləri//
Bakı Qızlar Universiteti Elmi xəbərləri,
2006, №1.
Məmmədov A. Təlimin psixoloji əsasları. – Bakı, 1993.
s.62-80
Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji
problemləri. – Bakı, 1998, s.34-82.
Əlizadə Ə.Ə. Yeni pedaqoji təfəkkür. – Bakı, 2001..
Alxazişvili A.A. Osnovı ovladeniə ustnoy inostrannoy
reçğö. – M., 1988.
Artemov V.A. Psixoloqiə obuçeniə inostrannım əzıkam.
– M., 1965.
Davıdov V.V. Vidı obobheniə v obuçenii. – M., 1972.
Markova A.N. Formirovanie motivaüii uçeniə v
şkolğnom vozraste. – M., 1983.
Maxmutov M.İ. Sovremennıy urok. – M.,1981.
Matöşkin A.M. Problemnıe situaüii v mışlenii i obuçe-
Dostları ilə paylaş: |