Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə164/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   160   161   162   163   164   165   166   167   ...   191

557

qarşıya qoyulmuş yaddasaxlama məqsədi,  yaddasaxlama

müddətindən də asılıdır. Müəllim dərsdə şagirdlərin qarşısında

(eləcə də şagirdlər öz qarşılarında) yaddasaxlama, həm də uzun

müddət üçün yaddasaxlama məqsədi qoyduqda öyrənilən ma-

terial uzun müddət yaddan çıxmır. Əksinə, şagird materialı sa-

bah müəllimə cavab vermək məqsədini qarşısına qoyursa,  ca-

vab verəndən az sonra həmin material asanlıqla unudulur.

Yaddasaxlamanın

səmərəli


yollarından

biri


öyrəndiklərini anlamadır.  Əgər müəllim verdiyi materialın

şagirdlər tərəfindən anlaşılmasına nail olarsa yaddasaxlama da

bir o qədər davamlı və səmərəli olur. 

Müəllimin öyrətdiyi materialları həyatla əlaqələndirməsi

də yadda saxlamanın səmərəliliyinə müsbət təsir edən

şərtlərdəndir. 

Müəllim dərsdə şagirdlərin öyrəndiklərini yaxşı yadda

saxlaya bilmələri üçün onları həmin materialı təxəyyüllərində

canlandırmağa alışdırmalıdır. 

Öyrənmənin, yaddasaxlamanın səmərəliliyini təmin edən

yolların sayını artırmaq olardı.  Şübhəsiz müəllimin burada

qeyd olunan və digər səmərəli yollardan istifadə etmək bacarığı

aşılaması şagirdlərin zəruri bilik,  bacarıq və vərdişlərə

yiyələnməsi işini asanlaşdırır, təlim fəaliyyətinin səmərəliliyini

yüksəldir.



VI.24.7. Təlimin fərdiləşməsi və diferensiasiyası

Məktəb təcrübəsindən məlum olduğu kimi,  şagirdlər

özlərinin öyrənməyə qabillikləri, əqli inkişaf səviyyələri, idrak

imkanları,  fərdi psixi xassələri və s.  görə bir-birlərindən

fərqlənirlər. Ona görə də həmin şagirdlərin hamısı ilə eyni yol-

la işləmək istənilən nəticəni vermir.  Bu cəhət təlimin

fərdiləşməsi və diferensiasiyasının vacibliyini irəli sürür.  Bu-

nunla bağlı olaraq psixologiyada fərdi fərqlərin öyrənilməsi




558

sahəsində əldə edilən uğurlar məktəb təcrübəsində fərdi

yanaşma prinsipinin özünə yer etməsində xüsusi rol

oynamışdır.

Fərdi yanaşma mühüm psixoloji-pedaqoji prinsip kimi

diqqəti cəlb edir.  Təlimin fərdiləşməsi və diferensiasiyası

anlamının yaranması fərdi yanaşma nəzəriyyəsi və təcrübəsinin

inkişafında yeni mərhələ kimi özünü göstərmişdir.  Təlimin

fərdiləşməsi dedikdə forma və üsullarından asılı olmayaraq

şagirdlərin fərdi xüsusiyyətlərinin təlim prosesində nəzərə

alınması başa düşülür.  Əgər şagirdlərin qruplaşdırılması

formasında nəzərə alınarsa, təlimin fərdiləşdirilməsindən fərqli

olaraq buna təlimin diferensiasiyası deyilir. (Ə. Əlizadə).

Hər bir şagird özünəməxsus fərdi xüsusiyyətlərlə seçilir. 

Bir tərəfdən bu xüsusiyyətləri qorumaq,  digər tərəfdən onları

daha da inkişaf etdirmək məktəbin əsas vəzifəsi sayılır. 

Təlimin fərdiləşməsi və diferensiasiyası,  hər şeydən əvvəl,  bu

vəzifənin həyata keçirilməsinə xidmət edir. 

Təlimin fərdiləşdirilməsi və diferensiasiyası müxtəlif

formalarda həyata keçirilir: 



1. Təlimin diferensiasiyası. Şagirdlər özlərinin müəyyən

xüsusiyyətlərinə görə qruplaşdırılır, müxtəlif tədris planları və

proqramları ilə təhsil alırlar.  Bu yolla nisbətən qomogen olan

siniflər, məktəblər yaradılır. Mütəxəssislərin qeyd etdiyi kimi, 

dünya miqyasında diferensiasiyanın əsasən iki formasından

istifadə olunur:  birinci,  müəyyən bir mərhələdə məktəb ayrı-

ayrı bilik sahələri,  məsələn,  humanitar,  fizika,  riyaziyyat, 

kimya-biologiya və s,  üzrə şaxələnir;  ikinci,  icbari fənləri

seçmə yolu ilə öyrənilən fənlər əlavə olunur.  Bu forma və

üsulların

qovşağında

şagirdlərin

xüsusi

qabiliyyətləri, 



maraqları və peşə niyyətlərinə görə müxtəlif tipli məktəb və

siniflər yaradılır.  Təlim bir qayda olaraq müxtəlif tədris

planları və proqramları əsasında həyata keçirilir.

2.  Tədris işinin sinifdaxili (qrupdaxili)  fərdiləşdi-

rilməsi. Sinifdə frontal iş fərdi işlə üzvü surətdə əlaqələndirilir. 



559

Təlim prosesində hər bir şagirdin fərdi xüsusiyyətləri zəruri

surətdə nəzərə alınır,  yəni şagirdlərə eyni tapşırıqlar deyil, 

onların fərdi xüsusiyyətlərinə müvafiq olaraq müxtəlif variantlı

tapşırıqlar vermək və ya əlavə ədəbiyyat göstərmək yolu ilə

təlim prosesi fərdiləşdirilir.



Özünü yoxlamaq üçün sual və tapşırıqlar

1. Təlim nədir? Onun mahiyyəti və psixoloji

qanunauyğunluqlarını açın.

2. Təlim fəaliyyətinin strukturuna nələr daxildir? 

Onların mahiyyətini açın.

3. Təlim və psixi inkişafın qarşılıqlı əlaqəsindən

danışın.

4. Öyrənməyə qabillik dedikdə nəyi başa düşürsünüz?

5. Təlimdə geridə qalan şagirdlərin hansı tipləri var? 

Onları xarakterizə edin.

6. Öyrənmənin müvəffəqiyyətini təmin edən daxili

amillər hansılardır? Onları xarakterizə edin.

7. Öyrənmənin müvəffəqiyyətinə təsir edən xarici

amillər hansılardır?

8. Təlimin motivləri hansılardır?

9. İnkişafetdirici və tərbiyəedici təlimin mahiyyətini

açın.

10. Müasir dərsə verilən psixoloji tələblər hansılardır?



11. Problem situasiya nədir və onun yaradılması

yollarından danışın.

12. Dərsdə yaddasaxlama tərzlərindən səmərəli istifadə

etmə şərtləri hansılardır?

13. Təlimin fərdiləşməsi və diferensiasiyası dedikdə nəyi

başa düşürsünüz?



Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular.


560

1. Təlim fəaliyyəti və psixi proseslər.

2. Təlim və psixi inkişaf haqqında konsepsiyalar.

3. Təlim prosesində təkrar və mümarisələrə verilən psix-

oloji tələblər.



4. Pedaqoji psixologiyada təlimin strukturuna dair kon-

sepsiyalar.



5. Təlim prosesində düzgün ümumiləşdirmə bacarığının

formalaşdırılması.



Ədəbiyyat

Həmzəyev M.Ə.  Pedaqoji psixologiya – Bakı,  1991, 

səh.70-144.



Həmzəyev

M.Ə

Dillərarası

keçirilmə

interferensiyanın psixoloji xüsusiyyətləri// 



Bakı Qızlar Universiteti Elmi xəbərləri, 

2006, №1.



Məmmədov A.  Təlimin psixoloji əsasları. – Bakı, 1993. 

s.62-80


Əlizadə Ə.Ə.    Müasir Azərbaycan məktəbinin psixoloji

problemləri. – Bakı, 1998, s.34-82.



Əlizadə Ə.Ə.  Yeni pedaqoji təfəkkür. – Bakı, 2001..

Alxazişvili A.A.    Osnovı ovladeniə ustnoy inostrannoy

reçğö. – M., 1988.



Artemov V.A.  Psixoloqiə obuçeniə inostrannım əzıkam. 

– M., 1965.



Davıdov V.V. Vidı obobheniə v obuçenii. – M., 1972.

Markova A.N.    Formirovanie motivaüii uçeniə v

şkolğnom vozraste. – M., 1983.



Maxmutov  M.İ.  Sovremennıy urok. – M.,1981.

Matöşkin A.M.  Problemnıe situaüii v mışlenii i obuçe-


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə