Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə172/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   ...   191

583

rir.  Ona görə də hər bir müəllimin pedaqoji ünsiyyətin

mahiyyəti,  onun sosial-psixoloji mexanizmləri ilə dərindən

tanış olması və şagirdlərlə birgə fəaliyyəti zamanı ondan lazımi

şəkildə istifadə etməsi zəruridir. 

Pedaqoji


ünsiyyət

ümumiyyətlə

ünsiyyətin

bütün


xüsusiyyətlərini özündə əks etdirir.  Ona görə də birinci

növbədə həmin cəhətləri nəzərdən keçirək. 

Sosial-psixoloji ədəbiyyatda ünsiyyətin bir-birilə sıx

bağlı olan üç cəhəti qeyd edilir. Bu cəhətlərin hər biri pedaqoji

ünsiyyətə də aiddir. 

Pedaqoji ünsiyyətin yerinə yetirdiyi vəzifələrə görə onun

aşağıdakı

növlərini

ayırmaq

mümkündür:  informasiya



mübadiləsi,  başqa

adamın


davranışını

tənzim


etmək, 

şəxsiyyətlərarası anlama.  Tərəfmüqabilliyin xarakterinə və

müəllimin ünsiyyətdəki mövqeyinə görə də pedaqoji ünsiyyətin

növlərini müəyyənləşdirmək mümkündür.  Adətən,  şagirdlərlə

və müəllimlərlə valideynlərlə ünsiyyət zamanı müəllim

qiymətləndirən rolunda,  direktorla,  dərs hissə müdiri ilə, 

metodistlə,  inspektorla

pedaqoji


ünsiyyət

zamanı


isə

qiymətləndirilən rolunda çıxış edir və buna müvafiq olaraq

ünsiyyət vasitəsi də dəyişilir.  Pedaqoji ünsiyyəti öz

məzmununa və müəllimin şagirdə müraciət tərzinə görə də

növlərə ayırmaq mümkündür.  Bunlara təşkiledici,  qiymətlən-

dirici,  intizam yaradan pedaqoji ünsiyyət növlərini aid etmək

olar. 

Pedaqoji ünsiyyətin hansı növündən istifadə edilmə-



sindən asılı olmayaraq müəllimin şagird kollektivi ilə

məhsuldar ünsiyyət prosesi təşkil olunmadan pedaqoji

fəaliyyətin didaktik və tərbiyəvi vəzifələrini lazımi şəkildə

həyata keçirmək mümkün deyildir. 

Pedaqoji ünsiyyət müxtəlif məqsədlər daşıya bilər: fərdi-

idraki (nə isə yeni bir şeyi öyrənmək, təlimat almaq), emosion-

al

(qiymətləndirmək,  münasibəti



bildirmək,  təəssüratı

bölüşmək). Pedaqoji ünsiyyət zamanı məqsəd sadəcə olaraq elə




584

ünsiyyətə girişmək,  ünsiyyət saxlamaqdan da ibarət ola bilər

(məsələn,  kiminləsə birgə olmaq,  söhbət etmək).  Bu cəhət

şagirdlərin ünsiyyət fəaliyyətində özünü aydın şəkildə göstərir. 

Psixoloji tədqiqatlar göstərmişdir ki,  kiçik məktəblilər üçün

müəllim və yoldaşları ilə ünsiyyət xatirinə ünsiyyətə girmək

xarakterik haldır. Onlarda ünsiyyət kifayət dərəcədə seçici xa-

rakter daşımır. Kiçik məktəblilər heç də həmişə ünsiyyətlərinin

məqsədini dərk edə bilmirlər.  Yuxarı siniflərə keçdikcə

şagirdlərin ünsiyyətində seçicilik müşahidə olunmağa başlayır.

Pedaqoji ünsiyyətin məzmununa gəldikdə, bunu ünsiyyət

prosesində müəllim və şagirdin bir-birilə informasiya

mübadiləsi təşkil edir.  Ünsiyyətin məzmunu təlim prosesində

müəllimin qarşıya qoyduğu məqsədlə müəyyən edilir. Ünsiyyət

vahid məqsədə yönəlmədən, vahid məqsəd güdmədən səmərəli

nəticə verməyəcəkdir. 

Pedaqoji ünsiyyətin səmərəliliyi onun motivlərindən də

asılıdır. Motivin düzgünlüyü və dərk edilmiş xarakter daşıması

pedaqoji ünsiyyətin gedişini şərtləndirir.

Pedaqoji ünsiyyət,  şübhəsiz tətbiq olunan vasitələrin

səmərəliliyindən də asılı olur.  O vasitələr elə seçilməlidir ki, 

ünsiyyətin məqsədini həyata keçirməyə imkan verməklə

yanaşı, qarşılıqlı münasibətin və təsirin səmərəliliyini təmin et-

sin, fikir mübadiləsinə və qarşılıqlı anlamaya şərait yaratsın.

Nəhayət,  pedaqoji ünsiyyət müvafiq normalar çərçivə-

sində getməlidir. Müəyyən normaların gözlənilməməsi bir növ

pedaqoji ünsiyyətin səmərəliliyini itirir və ünsiyyət istənilən

nəticəni vermir.



Müəllimin şagirdlərlə ünsiyyət üslubu onların qarşı-

lıqlı münasibətlərinin əsası kimi. Müəllimin kommunikativ

fəaliyyətinin öyrənilməsi göstərir ki,  pedaqoji ünsiyyətin xa-

rakteri və məzmunu müxtəlif amillərlə şərtlənir ki,  bunlardan

müəllimin fərdi ünsiyyət üslubu, mövqeyi, ustanovkasını xüsu-

si qeyd etmək lazımdır. Bunlar bir növ ünsiyyətin vasitəsi rolu-

nu oynayırlar.




585

Adətən,  hamıda,  eləcə də müəllimlərin hamısında ün-

siyyət üslubu eyni olmur.  Konkret bir şəxsiyyət kimi hər bir

müəllimdə ünsiyyətin təşkili priyom və metodları nisbətən sa-

bit şəkildə cəmlənir.  Kommunikativ məsələni həll etməyə

yönəldilmiş bu cür davamlı keyfiyyətlər fərdi ünsiyyət üslubu

adlanır. 

İdarəetmə ilə bağlı olaraq sosial psixologiyada beş cür

rəhbərlik üslubu qeyd olunur: avtokratik, avtoritar, demokratik, 

laqeyd (einasız,  liberal)  və qeyri-sabit (ardıcıl olmayan) 

rəhbərlik üslubu.  Buna uyğun olaraq pedaqoji ünsiyyətin də

eyni üslublarını qeyd etmək mümkündür. 

Adətən, avtokratik və avtoritar rəhbərlik üslubuna malik

olan müəllimlər pedaqoji ünsiyyətin təşkilində demək olar ki, 

eyni mövqe tuturlar.  Bu cür rəhbərlik üslubuna malik olan

müəllimlər şagirdlərə yalnız obyekt kimi yanaşırlar.  Şagird

ünsiyyətin bərabər hüquqlu tərəf müqabili kimi qəbul edilmir. 

Belə müəllimlər həmişə hökmüran olmağa çalışırlar.  Onlarla

ünsiyyət zamanı şagirdlər təşəbbüskarlığı itirirlər.  Bu cür

ünsiyyət üslubuna malik olan müəllimlər ünsiyyət zamanı

şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almır,  hamı ilə eyni

ünsiyyət saxlamağa can atırlar. Onlar şagirdlərin fərdi xüsusiy-

yətlərini göstərsələr də,  tamamilə qeyri-real model qurur, 

həmin fərqi olduqca şişirdir,  real hesab edirlər.  Şagird

başqalarına nisbətən bir qədər fəal olduqda, müəllimin gözündə

o iğtişaşçı kimi,  bir qədər passiv olduqda isə - tənbəl,  avara

kimi görünür. Belə müəllimlər üçün neqativ ustanovka, başqa

sözlə şagirdə qarşı qeyrişüuru, pis münasibət xarakterik haldır. 

Bu cür müəllimlər ünsiyyətdə seçici,  qiymətləndirmədə isə

subyektiv olurlar. Ona görə də bu cür ünsiyyət üslubu səmərəli

xarakter daşıya bilmir.

Bu sahədə tədqiqat aparan müəlliflərin əksəriyyəti ən

səmərəli ünsiyyət üslubu kimi demokratik üslubu qeyd edirlər. 

Belə rəhbərlik üslubunda şagird subyekt kimi qavranılır.  Bu

cür rəhbərlik üslubuna malik olan müəllim şagird kollektivi ilə



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə