Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.

səhifə169/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
növüDərs
1   ...   165   166   167   168   169   170   171   172   ...   191

574

bilməz.  Müəllimin şəxsi nümunəsi,  onun şəxsiyyəti şagird

şəxsiyyətini təşəkkül etdirir, onun inkişafına şərait yaradır.

Müəllimin şəxsiyyəti uşağın əqlinin,  hiss və iradəsinin

inkişafına,  onun həyatına əsaslı təsir göstərir.  Müəllimin

şəxsiyyəti təkcə dərs dediyi müddətdə deyil,  məktəbi

qurtardıqdan sonrakı dövrlərdə də bəzən həmin şagirdlərin

şəxsiyyətinə müsbət təsir göstərir,  ona təkan verir.  Belə ki, 

bəzən orta məktəbin sonuncu siniflərində oxuyan oğlan və

qızlar sevimli müəllimlərini özləri üçün ideal seçirlər. Hər bir

sahədə olduğu kimi şəxsiyyətinin keyfiyyətlərinə görə də öz

müəllimlərinə

oxşamağa

çalışırlar, 

bütün

işlərində, 



fəaliyyətlərində buna can atırlar.  Sevimli müəllimlərinin

şəxsiyyəti onların həyatına işıq saçan mayaka çevrilir.  Ona

görə də müəllim şəxsiyyətində elə müsbət keyfiyyətlər

formalaşmalıdır ki,  onlar şagirdlər üçün əsil nümunə

götürüləcək obyekt olsun.

Müəllimin pedaqoji bacarıq və qabiliyyətləri. Pedaqoji

fəaliyyətin müvəffəqiyyətini təmin edən,  müəllimin pedaqoji

ustalığını şərtləndirən cəhətlərdən biri də onun pedaqoji

bacarıq və qabiliyyətləridir.

Müəllim təkcə dərin biliyə,  geniş dünyagörüşünə malik

olmaqla,  öz fənnini hərtərəfli mənimsəməklə kifayət-

lənməməlidir.  O,  eyni zamanda bildiklərini,  öyrəndiklərini, 

tədris etdiyi elmin əsaslarını şagirdlərə çatdırmağı da bacar-

malıdır.  Hər fənnin özünəməxsus xüsusiyyətləri,  çətinlikləri

vardır.  Ona görə də müəllim öz fənnini yaxşı bilməklə,  onu

şagirdlərə çatdırmaq yollarına da yiyələnməlidir. 

Şagirdlərin təlim-tərbiyə işi mürəkkəb və çətin bir pro-

sesdir.  Ona görə də burada müəllimin təkcə faktları qeyd

etməsi kifayət deyildir.  Müəllim şagirdlərin təlim tərbiyə işini

idarə etməyi də bacarmalıdır.  Buna görə də o,  öz yetişdirmə-

lərinin daxili aləminə nüfuz etməyi bacarmalı,  onların fikri iş

tərzlərini izləyə bilməlidir.  Yalnız belə olduqda müəllim

şagirdlərin təlim-tərbiyə işini düzgün istiqamətə yönəldə bilər, 



575

həmin iş idarə olunan işə çevrilər. Məhz buna görə də müəllim

təkcə müvafiq biliklərə malik olmamalı,  həmin bilikləri

şagirdlərə çatdırmağı, onlara aşılamağı da bacarmalıdır.

Bəs müəllim konkret olaraq hansı pedaqoji bacarıq və

vərdişlərə yiyələnməlidir?  Bu barədə müxtəlif mülahizələr, 

fikirlər mövcuddur. Biz həmin məsələni daha sistemli və konk-

ret əks etdirən bir mülahizəni burada qeyd edirik.  Professor

A.İ.Şerbakov müəllimin yiyələnməli olduğu pedaqoji bacarıq

və vərdişləri dörd qrupa bölür:  1)  məlumatverici bacarıq və

vərdişlər;  2)  səfərbəredici

bacarıq


vərdişlər;  3) 

inkişafetdirici bacarıq və vərdişlər; 4) istiqamətləndirici bacarıq

və vərdişlər. 

Bu bacarıq və vərdişlərin mahiyyəti aşağıdakı şəkildə

xarakterizə olunur. 



Məlumatverici bacarıq və vərdişlər:

- elmi materialları didaktik yolla işləməklə tədris

materialı şəklinə salmağı bacarmaq;

- əsas didaktik vahidləri (anlayış,  bacarıq və inam) 

ayırmaq,  onların təşəkkülü və inkişafı yollarını işləyib

hazırlamaq və şagirdlərin müvafiq bilik sisteminə daxil etmək;

- müvafiq məktəb fənninə dair xarakterik metodlar siste-

mini təkcə tətbiq etməklə kifayətlənməmək,  eyni zamanda

onları inkişaf etdirmək;

- proqramlaşdırılmış təlim ünsürlərini tətbiq etmək;

- şagirdlərin anlayacağı,  məntiqi,  aydın,  qısa və ifadəli

şəkildə danışmaq;

- əks əlaqəni təmin etmək;

- şagirdlərin muzeyə, təbiətə, istehsalata ekskursiyalarını

təşkil etmək,  onları kənd təsərrüfatı əməyi ilə tanış etmək, 

məşğələləri

tədris

emalatxanalarında



tədris-təcrübə

sahəsində aparmaq.

Səfərbəredici bacarıq və vərdişlər:

- şagirdlərin diqqətini səfərbərliyə almaq və onlarda




576

təlimə və əməyə davamlı maraqlar yaratmaq; onları oxumağa

öyrətmək;  onları öz iş yerini hazırlamağa,  kitabla,  alətlərlə

işləməyə alışdırmaq;

- şagirdlərə əldə etdikləri nəzəri bilikləri təcrübəyə tətbiq

etmək bacarığı aşılamaq;

- kollektivin inkişafına rəhbərlik etmək,  şagirdlərin

kollektivdə öz güclərini düzgün tətbiq etmələrinə rəhbərliyi ba-

carmaq;  işləri dəqiq planlaşdırmaq,  ona nəzarət etmək və ob-

yektiv olaraq qiymətləndirmək.



İnkişafetdirici bacarıq və vərdişlər:

- tədris prosesində müşahidə metodundan və müxtəlif

məktəb təcrübələrindən istifadə etmək;

- bütün tədris metodlarını yaş fiziologiyası,  psixologiya, 

pedaqogika və məktəb gigiyenasının müasir nailiyyət və

məlumatları əsasında tətbiq etmək;

- təlim və fikri iş sisteminin formalaşması prosesində

şagirdlərin əqli fəaliyyətini idarə etmək;

- təlim prosesində şagirdlərdən müstəqil təfəkkür tələb

edən problem situasiya yaratmaq;

- şagirdlərə əvvəllər əldə etdikləri bilikləri tətbiq etməyi, 

müqayisə və müstəqil əqlinəticə,  fəal idrak fəaliyyəti tələb

edən suallar vermək.

İstiqamətləndirici bacarıq və vərdişlər:

- elmi dünyagörüşü, təbiət və əməyə düzgün münasibəti

təşəkkül etdirmək;

- şagirdlərdə tədris fəaliyyətinə və elmə,  məhsuldar

əməyə və cəmiyyətin tələblərinə,  öz şəxsi istiqamət və

imkanlarına uyğun peşəyə davamlı maraq aşılamaq;

- şagirdlərin yüksək əxlaqi ideallar ruhunda humanist, es-

tetik və ideya-siyasi tərbiyəsini həyata keçirmək.

Müəllimin bu cür pedaqoji bacarıq və vərdişləri onun

ümumi bacarıqları ilə birlikdə pedaqoji fəaliyyəti müvəf-

fəqiyyətlə həyata keçirməsinə imkan verir.  Bu cür bacarıq və





Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   191


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə