Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə167/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   163   164   165   166   167   168   169   170   ...   191

568

kollektivi ilə, məktəb rəhbərləri ilə, şagirdlərin valideynləri ilə

tez və asanlıqla işgüzar əlaqə yaratmağı bacarmalıdır.

Müəllimin pedaqoji fəaliyyətindəki qnostik funksiyaya

gəldikdə, o, hər şeydən əvvəl məktəbdə bu və ya digər fənnin

öyrədilməsinin son məqsədini dərindən dərk etməyə əsaslanır. 

Bununla yanaşı,  həmin funksiya müəllimdən həmin tədris

fənninin spesifik cəhətlərini,  məzmununu,  tədris metodlarını

bilməyi, öyrənilən materialın mühüm əlamət və keyfiyyətlərini

ayırmaq bacarığını,  eləcə də proqramda və dərslikdə verilmiş

tədris materialını şagirdlərin mənimsəmə, dərk etmə imkanları

və mənimsəmədəki çətinliklərin səbəbləri barədə biliyə malik

olmağı tələb edir.

Konstruktiv funksiyanı bir növ konstruktiv –plan-

laşdırma funksiyası da adlandırmaq mümkündür.  Bu funksiya

məktəbdə tədris prosesini mərhələlər üzrə planlaşdırmağı və

təşkil etməyi nəzərdə tutur.  Başqa sözlə,  konstruktiv funksiya

bir növ müəllimin təlim-tərbiyə prosesini məqsədyönəlmiş

şəkildə layihələşdirməsindən ibarətdir.  Burada üç cür

layihələşdirmə fəaliyyəti nəzərə çarpır:

a) konstruktiv-məzmunlu (burada həm təlim materialının, 

həm də tərbiyəvi işdə istifadə olunan materialın məzmunu və

quruluşunun müəyyənləşdirilməsi tələb olunur);

b) konstruktiv-əməli (təlim və tərbiyə prosesinin müxtəlif

anlarında müəllim və şagirdin yerinə yetirdikləri işlərin struk-

turunun planlaşdırılması);

v)  konstruktiv - maddi (fənnin tədrisi və tərbiyəvi işləri

aparmaq üçün maddi bazanın layihələşdirilməsi və təşkili).

Bütün yuxarıda qeyd etdiyimiz funksiyaları,  xüsusilə

kommunikativ və konstruktiv funksiyaları,  müəllim özünün

təşkilatçılıq funksiyasını yerinə yetirmədən lazımi səviyyədə

həyata keçə bilməz. Təşkilatçılıq funksiyası çoxcəhətlidir. On-

lardan aşağıdakıları    xüsusilə    qeyd    etmək    lazım gəlir:  a) 

şagird kollektivini təşkil etmək;  b) müxtəlif formalı  tədris və

tərbiyə işlərini təşkil etmək;  v)  pedaqoji prosesin həyata



569

keçirilməsi üçün maddi bazanı təşkil etmək.

Təşkilatçılıq

funksiyasını

müvəffəqiyyətlə

yerinə


yetirmək üçün müəllimin bir sıra zəruri pedaqoji bacarıqlara

malik olması lazım gəlir.

Buraya birinci növbədə sinif kollektivini təşkil etmək və

onun fəaliyyətini tədris olunan fənnin mənimsənilməsinə, icti-

mai-faydalı işlərin yerinə yetirilməsinə yönəltmək bacarığını

aid etmək olar. Bununla yanaşı, həmin funksiyanı həyata keçirə

bilmək üçün müəllim dərsin planına müvafiq olaraq özünün və

şagirdlərin fəaliyyətini təşkil etməyi, dərsdə və dərsdənkənar

tədbirləri yerinə yetirərkən onların diqqətlərini təşkil etməyi, 

təlimin texniki vasitələrindən səmərəli şəkildə istifadə etməyi, 

şagirdlərin tədris və kommunikativ fəaliyyətini hesaba almağı, 

ona nəzarət etməyi və təshihini bacarmalıdır.



Müəllim

şəxsiyyətinə

verilən

psixoloji

tələblər.

Müəllim şəxsiyyəti onun peşə fəallığının mənbəi və

hərəkətverici qüvvəsidir. Ona görə də müəllim əməyində onun

şəxsiyyəti aparıcı yerlərdən birini tutur.  Müəllim şəxsiyyəti

lazımi səviyyədə formalaşmazsa cəmiyyətin onun qarşısında

qoyduğu sosial sifarişi həyata keçirə bilməz. Axı xalq müəllimi

gənc şəxsiyyətin mənəvi aləminin memarı,  cəmiyyətin etibar

etdiyi şəxsdir.  Cəmiyyət ən əziz,  ən qiymətli sərvətini -

uşaqları,  öz ümüdini,  öz gələcəyini müəllimə etibar edir. 

Müəllim isə cəmiyyətin bu “qiymətli sərvətini”  pedaqoji

fəaliyyət prosesində yetişdirir,  cəmiyyət üçün bir yararlı

vətəndaş kimi formalaşdırır.  Ona görə də gənc şəxsiyyəti

formalaşdıran müəllimin öz şəxsiyyəti yüksək şəkildə

formalaşmalıdır.

Pedaqoji fəaliyyətin müvəffəqiyyəti üçün hər bir müəllim

təbiət və cəmiyyət haqqında dərin biliklərə yiyələnməklə, 

yüksək inam,  yüksək ideyalılığa görə fərqlənməklə yanaşı bir

sıra mühüm keyfiyyətlərə də malik olmalıdır.  Psixoloji

ədəbiyyatda həmin keyfiyyətlər aşağıdakı kimi xarakterizə olu-

nur:  1)  Hər bir müəllim öz fənninə dərindən yiyələnməli;  2) 




570

idrak nəzəriyyəsini və pedaqoji elmi mükkəməl əxz etməli; 3) 

ayrı-ayrı anlayışlar arasındakı əlaqə  və  münasibətləri açmağı

bacarmalı;  4)  şagirdləri fəallaşdırmaq məqsədilə müxtəlif

kommunikativ vasitələrdən istifadə edə bilməli və s. Bütün bu

keyfiyyətlərə yiyələndikdən sonra müəllim öz pedaqoji

fəaliyyətində yüksək nailiyyətlər əldə edə bilər. 

Müəllimin şəxsiyyəti onun pedaqoji əməyinə istiqamət, 

məna verir. Müəllim şəxsiyyətinin strukturuna gəldikdə buraya

onun


əməyinin

xarakterini

müəyyənləşdirən

psixi


keyfiyyətlərin,  qabiliyyətlərin,  halətlərin mürəkkəb vəhdətini

və s.  aid etmək olar.  Müəllim şəxsiyyəti özünün istiqamət və

motivasiyası,  qabiliyyətləri,  xarakteri,  yaradıcı mövqeyi,  fərdi

üslubi və s. ilə xarakterizə olunur.

Müəllim şəxsiyyətinin istiqaməti birinci növbədə özünün

motivləşmə sferası (aləmi), ideyaları, sərvət meylləri, əqidə və

inamı və s.  ilə müəyyən edilir.  Burada müəllimin yüksək

ideyalılığı və inamının, öz peşəsində oynadığı sosial rolu anla-

manın rolunu da xüsusi qeyd etmək lazım gəlir. Bunlar bir növ

müəllim şəxsiyyətinin keyfiyyətini təşkil edirlər.

Müəllim şəxsiyyətində qeyd olunan keyfiyyətlərlə yanaşı

onun fərdi-psixi xassələri də həlledici yer tutur.  Buraya

müəllimin pedaqoji qabiliyyətlərini, maraq və meylini, xarakte-

rini,  emosional iradi və əqli xüsusiyyətlərini daxil etmək olar. 

Pedaqoji qabiliyyətlər fərdi psixi xassə kimi müəllimi özünün

peşə fəaliyyəti üçün daha çox yararlı edir.

Müəllim şəxsiyyəti eyni zamanda özünün yaradıcılıq

mövqeyi səviyyəsi, onu həyata keçirmək üçün yeni məqsəd və

yollar axtarmaq cəhdi ilə xarakterizə olunur.  Müəllim

yaradıcılığı pedaqoji fəaliyyətdə yaratdığı yenilikdə,  yaradıcı

təfəkküründə, orijinal tapıntılarında ifadə olunur.

Bütün bunlarla yanaşı olaraq müəllim şəxsiyyəti pedaqoji

əməyin həyata keçirilməsinin fərdi xarakteri ilə müəyyən edilir. 

Təcrübə göstərir ki, obyektiv tələblə şərtlənən eyni bir məqsəd

müxtəlif müəllimlər tərəfindən müxtəlif əməliyyatlardan



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə