Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə175/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   171   172   173   174   175   176   177   178   ...   191

592

yaradıcılığı bir növ buxovlayır və i.a.;

–təmasın olmaması «maneəsi»  – müəllim sinfə daxil

olur,  bu zaman şagirdlərlə dərhal və əməli şəkildə qarşılıqlı

əlaqə yaratmaq əvəzinə,  bir növ «avtonom»  hərəkət etməyə

başlayır (məsələn, yazı taxtasında izahat yazır); 

–ünsiyyət funksiyasının məhdudlaşdırılması «maneəsi»-

müəllim yalnız ünsiyyətin məlumatvermə funksiyasını nəzərə

alır,  onun qarşılıqlı təsir,  sosial-perseptiv funksiyalarına

əhəmiyyət vermir;

–sinif haqqında neqativ ustanovkanın yaranması «mane-

əsi»  – bu cür ustanovka həmin kollektivdə işləyən başqa

müəllimlərin fikrinə və ya özünün uğursuzluğuna müvafiq ola-

raq yarana bilir;

–həmin siniflə və ya şagirdlə keçmiş neqativ ünsiyyət

təcrübəsi ilə bağlı «maneə»;

–pedaqoji səhv etməkdən qorxmaq «maneəsi»  (dərsə

gecikməkdən,  vaxtdan düzgün istifadə etməkdən,  şagirdləri

düzgün qiymətləndirə bilməməkdən qorxmaq və i.a.);

–təlqin «maneəsi»  – gənc müəllim başqa müəllimin

fəaliyyətini,  ünsiyyət tərzini yamsılamağa başlayır,  lakin

başqasının ünsiyyət üslubunu mexaniki şəkildə öz fərdi peda-

qoji fəaliyyətinə keçirməyin mümkün olmadığını başa düşmür.

Bütün bunları nəzərə alaraq gənc müəllim birinci

növbədə özünün şagirdlərlə ünsiyyətində bu kimi halların, 

«maneələrin»  olub-olmadığına diqqət yetirməli,  onları aradan

qaldırmağa cəhd göstərməlidir.  Sonra müəllim şagirdlərlə

ünsiyyətinin hansı cəhətlərinin onlar tərəfindən bəyənilməsini, 

hansı cəhətinin isə onları təmin etməməsini müəyyənləşdir-

məli, təhlil etməlidir.    

Ünsiyyət zamanı bu cür maneələrin olmaması üçün

müəllim müvəffəqiyyətli qarşılıqlı əlaqəyə açıq-aşkar mane

olan stereotip davranışdan (mentorluq, özünü şagirdlərdən uzaq

tutmaq,  didaktizm və s.)  uzaqlaşmağa çalışmalıdır.  Müəllim

daima belə bir suala cavab verməyə çalışmalıdır:  «Şagirdlər



593

məni necə görürlər?»  Bu cür təhlilin həqiqi vəziyyətə daha

uyğun olmasına cəhd göstərmək lazımdır.

Nəhayət,  müəllim çalışmalıdır ki,  şagirdlərlə özünün

münasibətini bir növ aydınlaşdırmağa meylli olmasın,  əksinə, 

onların inkişafının necə getdiyini təhlil etsin.  Müəllim

maneənin yaranmasına səbəb olacaq arzuolunmaz cəhətləri

aradan qaldırmağa çalışmalıdır.

Bütün bunlarla yanaşı şagirdlərlə ünsiyyət prosesinin da-

ha səmərəli getməsi və bu ünsiyyətin uşaqların psixi

vəziyyətində baş verən daimi inkişafa uyğun olması üçün

aşağıdakılara ciddi əməl edilməsi lazım gəlir:

–Hər şeydən əvvəl,  müəllim ünsiyyətdə olduğu şəxsə

qarşı həddindən artıq diqqətli olmağa çalışmalıdır.  Bu zaman

nəzərdən qaçırılan hər bir cəhət,  ünsiyyətdə olan şəxsə qarşı

düzgün olmayan hərəkət ünsiyyət prosesinin normal getməsinə

mane olur;

–ünsiyyəti düzgün təşkil etmək üçün müəllim həmin pro-

sesin səmərəli təşkili ilə bağlı məlumatları yadda saxlayıb, ya-

da salmağı bacarmalı,  başqa sözlə özünün «kommunikativ

hafizəsini inkişaf etdirməlidir» (məsələn, sinfin və ya ayrı-ayrı

şagirdlərin

səmərəli

ünsiyyət


tonunu

yada


salmağı

bacarmalıdır);

–şagirdlərlə ünsiyyətdə müəllim öz müşahidəçiliyini

inkişaf etdirməlidir.  Bu sahədə müşahidəçiliyin inkişafı

müəllimə həmin prosesi izləmək,  bir növ onu idarə etmək

imkanı verir;

–ünsiyyətin səmərəli olması üçün müəllim şagirdlərin

davranışını (onların pozalarını,  jestlərini,  mimikalarını və s.) 

təhlil etməyi bacarmalıdır. Bu cür bacarıq müəllimə şagirdlərlə

ünsiyyətini tənzim etmək imkanı verir;

–nəhayət,  ünsiyyətin səmərəli olması üçün müəllim

ünsiyyət prosesində olduğu adam haqqında düşünməlidir.  Bu

zaman ünsiyyət qarşılıqlı xarakter daşıyır və əsas məqsəddən

yayınma halları aradan qalxır.




594

Bütün yuxarıda deyilənlərdən belə bir ümumi nəticəyə

gəlmək olar ki,  pedaqoji ünsiyyət pedaqoji fəaliyyətin

müvəffəqiyyətli icrası üçün zəruri yollardan biridir.  Səmərəli

pedaqoji ünsiyyət qaydalarına yiyələnməyən,  onun sosial-

psixoloji mexanizmləri ilə tanış olmayan müəllim öz

fəaliyyətini müvəffəqiyyətlə yerinə yetirə bilməyəcək və ciddi

çətinliklə qarşılaşacaqdır.  



Pedaqoji fəaliyyət zamanı müəllimin qarşılaşdığı

psixoloji çətinliklər. Müəllimin pedaqoji fəaliyyəti və pedaqo-

ji ünsiyyəti həmişə rəvan,  maneəsiz getmir.  Müəllim bu

prosesdə bir sıra psixoloji çətinliklərə rast gəlir ki,  onları

nəzərə almadan və aradan qaldırmadan pedaqoji fəaliyyətin

müvəffəqiyyətindən danışmaq mümkün deyildir. Bəs bu

çətinliklər hansılardır və hansı tiplərə ayrılır? 

Müəllimin

pedaqoji


fəaliyyəti

yerinə


yetirərkən

qarşılaşdığı çətinlikləri müxtəlif göstəricilərə əsasən tiplərə

ayırmaq mümkündür. Buraya çətinliyi doğuran səbəbin obyek-

tiv və ya subyektiv olmasını, çətinliyin dərk olunma dərəcəsini, 

pedaqoji təsirin təşkili xüsusiyyətini,  özününəzarət və

özünütənzimi və s. aid etmək olar. 

Çətinliyi doğuran səbəbin obyektivlik dərəcəsindən asılı

olaraq obyektiv və subyektiv çətinlik, dərk olunma dərəcəsinə

görə dərk olunan və dərk olunmayan çətinlik özünü göstərir.

Pedaqoji təsirin təşkili xüsusiyyətindən asılı olaraq

aşağıdakı kimi psixoloji çətinliklər müşahidə olunur: yeni pro-

qramla işləyə bilməmək,  şagirdi öyrənə bilməmək,  ayrı-ayrı

psixi funksiyaların səviyyəsini qiymətləndirə bilməmək, şagirdi

yaranma və inkişaf prosesində olan tam bir şəxsiyyət kimi görə

bilməmək, şagirdləri mənimsəməyə, fənnə, xarici görkəmə, da-

ha

az



əqli

keyfiyyətə

şəxsi


keyfiyyətə

görə


qiymətləndirmək,  şagirdlərin

əqli


xüsusiyyətlərini

şəxsiyyətini



psixoloji

cəhətdən


öyrənmək

üsullarına

yiyələnməmək və s. (A.K.Markova).

Özününəzarət və özünütənzimləmə ilə bağlı olaraq öz




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə