Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə183/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   179   180   181   182   183   184   185   186   ...   191

617

VI. 26.1. Məktəbə psixoloji xidmətin məqsəd və

vəzifələri

Psixoloji xidmət anlayışı və məktəbə psixoloji xidmətin

zəruriliyi. İnsan fəaliyətinin elə bir sahəsi yoxdur ki, orada psix-

oloji biliklərin zəruriliyi duyulmasın.  Mübaliğəsiz demək olar

ki,  hazırkı dövrdə bütün dünyada hər cür fəaliyətin və insan

münasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiqində

görürlər.  Ona görə də psixologiya insan haqqında əsas

elmlərdən biri kimi insana xidməti ön plana çəkmişdir.  İndiki

dövrdə hər bir müvəffəqiyyəti və çətinliyi doğuran psixoloji

mexanizmi açmağa cəhd göstərilir,  bu sahədəki qanunauyğun-

luqlardan istifadəyə can atılır. Bəzən böyük bir müəssisədə ilk

baxışda hər şey öz yerində, öz qaydasında olduğu halda, nəticə

sevindirici olmur:  əmək məhsuldarlığı aşağı düşür,  qarşılıqlı

münasibətlər pozulur,  işçi axını başlanır.  Yaxud,  hər cəhətdən

yüksək imkanlara malik hesab edilən idman kollektivi birdən-

birə sanki dəyişilir, öz pərəstişkarlarını narahat etməyə başlayır

və s.  Bu kimi hallarda psixoloji işin aparılması,  başqa sözlə

psixoloqun işə qarışması lazım gəlir və səmərəli nəticə verir. 

Deməli,  həmin sahələrdə psixoloji xidmət həyata keçirilmiş

olur.  Məhz bu cür münasibət tərzindən "psixoloji xidmət" 

anlayışı meydana gəlmiş və qeyd etdiyimiz kimi özünə geniş

yer etmişdir. Məktəbə psixoloji xidmət də eyni zərurət üzündən

meydana gəlmişdir.  Müasir məktəbin qarşısında duran

vəzifələri yerinə yetirə bilməsi üçün psixoloji köməyə ehtiyacı

böyükdür.  Biz tez-tez şagirdlərin təlimə münasibətlərinin

zəifləməsi,  tərbiyəlilik səviyyəsinin aşağı düşməsi,  müəllim-

şagird münasibətlərində,  eləcə də müəllim-müəllim,  müəllim-

valideyn


münasibətlərində

çətinliklərin

olması

barədə


mülahizələrin

şahidi


oluruq. 

Şagirdlərin

intellektual

səviyyələrinin müxtəlifliyi,  çətin tərbiyə olunan uşaqların

xüsusiyyətləri müəllimdən onları hərtərəfli öyrənməyi və

düzgün yanaşmağı tələb edir.  Müasir psixologiyada belə bir




618

cəhət əsas götürülür ki, hər bir sağlam uşaq, yeniyetmə və gənc

müvafiq sosial şəraitdə özünün geniş inkişaf imkanına malikdir. 

Bununla birlikdə bütün uşaqlar eyni imkana malik deyildirlər. 

Hər bir şagirdin imkanını aşkara çıxarmaq,  onun inkişafına

təkan vermək məktəbdə təlim-tərbiyəni optimallaşdırmağın

əsas tələblərindəndir. Məhz buna görə də uşaq psixologiyası və

pedaqoji psixologiya, eləcə də sosial psixologiya, eləcə də so-

sial psixologiya sahəsində əldə edilmiş nailiyyətlərdən  istifadə

olunması ən ciddi məsələ kimi qarşıda durur. Uşaq psixologiyası

və pedaqoji psixologiyanın nailiyyətlərinin məktəb təcrübəsinə

tətbiqinin ən perspektiv yollarından biri xalq təhsili sisteminin

bütün sahələrində psixoloji xidmətin təşkilindən ibarətdir.  Bu

cür xidməti həyata keçirmədən gənc nəslin təlim və

tərbiyəsində istədiyimiz müvəffəqiyyətə nail ola bilmərik.

Məktəbə psixoloji xidmətin vəzifələri.  Pedaqoji və yaş

psixologiyasının əsas istiqamətlərindən biri kimi inkişaf edən

məktəbə psixoloji xidmət psixologiyanın həmin sahələrinin bir

növ inteqral birliyini təşkil edir. Ona görə də məktəbə psixoloji

xidmətin üç mühüm əhatə sahəsi mövcuddur;  müasir məktəb

şəraitində psixoloji biliklərin professional tətbiqinin yol, vasitə

və metodlarını yaratmaq məqsədilə şagirdlərdə psixi inkişafın

şəxsiyyətin



formalaşmasının

qanunauyqunluqlarını

öyrənmək (elmi aspekt);  tədris proqramlarının tərtibi, 

dərsliklərin hazırlanması,  didaktik və metodik materialların

psixoloji əsaslarının işlənməsi, müəllimin psixoloji hazırlığı və

s. sahələri özünə daxil etməklə bütün təlim və tərbiyə prosesini

psixoloji cəhətdən təmin etmək (tətbiqi aspekt);  psixoloqların

məktəbdə bilavasitə işləmələri (praktik aspekt).

Bu aspektlərin vəhdəti məktəbə psixoloji xidmətin mövzu-

sunu təşkil edir. Şübhəsiz vəhdətdə olan bu sahələrin hər birinin

öz məqsəd və vəzifələri vardır ki,  onları həyata keçirmədən

psixoloji xidmətin səmərəliliyi mümkün deyildir.



Birinci

aspekt


bilavasitə

həmin


sahədə

çalışan


tədqiqatçılarla bağlıdır.  Bu sahədə aparılan tədqiqatlar elə


619

olmalıdır ki, onlar bu və ya digər psixoloji qanunauyğunluqları

və mexanizmləri açarkən bilavasitə məktəbdə işləyən psixolo-

qun,  məktəb müəllimlərinin fəaliyyəti nəzərə alınmış olsun. 

Əldə edilmiş elmi nəticələr elə olmalıdır ki,  onlar konkret

məktəb


şəraitinə, 

konkret


uşaqda

şəxsiyyətin

formalaşdırılmasına xidmət göstərə bilsin.

Məktəbə psixoloji xidmətin tətbiqi aspekti tələb edir ki, 

proqram, dərslik, didaktik və metodik materiallar hazırlayarkən

psixoloji biliklərdən kifayət qədər istifadə olunsun.  Bu cəhət

nəzərə alındıqda,  yeri gəldikcə həmin sahələrdə psixoloqların

bilavasitə iştirakı daima səmərəli nəticə verir.

Psixoloji xidmətin praktik aspektinə gəldikdə,  daha çox

nəzərə çarpan,  əsl mənada məktəbə psixoloji xidməti təmin

edən cəhətlərdir.  Məktəbə psixoloji xidmətin həmin sahəsini

bilavasitə məktəb psixoloqları həyata keçirməlidir.  Bu zaman

onlar konkret problemləri həll etmək üçün ayrı-ayrı şagirdlərlə, 

sinif kollektivi ilə, müəllim və valideynlərlə işləməli olurlar.

Bəs

konkret


olaraq

məktəbə


psixoloji

xidmətin


vəzifələri

nədən


ibarətdir?  Həmin

vəzifələr

əsasən

məktəbə psixoloji xidmətlə əlaqədar əsasnamədə öz əksini



tapmışdır. həmin vəzifələri aşağıdakı şəkildə xarakterizə etmək

olar. 


Məktəbə psixoloji xidmətin əsas vəzifəsi - şagirdlərin

təlim və tərbiyəsi sahəsindəki çətinlikləri,  onların şəxsi və in-

tellektual inkişafındakı qüsurları aradan qaldırmaqla,  bununla

da təlim-tərbiyə sahəsində məktəbdə aparılan işin səmərəliliyini

yüksəltməkdə, sosial cəhətdən fəal, yüksək ideya inamına ma-

lik şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə

köməklik göstərməkdən ibarətdir.

Psixoloji

ədəbiyyatda

məktəbə


psixoloji

xidmət


fəaliyyətinin iki istiqaməti qeyd olunuraktual    və perspektiv    

  (İ. V. Dubrovina).

Məktəbə psixoloji xidmət fəaliyyətinin aktual istiqaməti

şagirdlərin təlim və tərbiyəsindəki bu və ya digər çətinlikləri, 



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə