Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə184/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   180   181   182   183   184   185   186   187   ...   191

620

onların


davranışlarında,  ünsiyyətlərində,  şəxsiyyətlərinin

formalaşmasındakı qüsurlarla bağlı bügünkü problemlərin

həllinə yönəldilmiş istiqamətdir.  Məktəbin gündəlik həyatında

həmişə bir sıra problemlərə rast gəlmək olur və müəllim, 

şagird, valideynlərə konkret köməklik göstərməyə ehtiyac duyu-

lur ki,  bunlar məktəbə psixoloji xidmətin bügünkü mühüm

vəzifəsi hesab olunur.

Məktəbə


psixoloji

xidmət


fəaliyyətinin

perspektiv

istiqaməti hər bir şagirdin inkişafı,  cəmiyyətdə yaradıcı həyata

onun psixoloji hazırlığının formalaşması məqsədinin həyata

keçirilməsinə yönəldilmiş istiqamətdir. Psixoloq pedaqoji kol-

lektivin fəaliyyətinə əsas psixoloji ideya olan hər bir şagirdin

şəxsiyyətinin ahəngdar inkişafı imkanı ideyasını daxil edir və

praktik işdə onu həyata keçirməyə köməklik göstərir. Bu zaman

onun əsas vəzifəsi hamının və hər bir şagirdin qabiliyətlərinin

inkişafı üçün psixoloji şərait yaratmaqdan ibarətdir.  Şübhəsiz

ayrı-ayrı şagirdlərin qabiliyətlərinin inkişaf səviyyəsi müxtəlif

olacaqdır.  Burada başqa cür düşünmək də olmaz.  Şagirdlərin

hamısında eyni inkişaf səviyyəsini yaratmaq mümkün deyildir, 

burada birinci növbədə onların imkanları rol oynayır.  Məhz

buna görə də hər bir şagirdlə əlaqədar psixoloqun yerinə

yetirəcəyi vəzifə də müxtəlif olacaqdır.

Qeyd etdiyimiz hər iki istiqamət bir-biri ilə sıx bağlıdır. 

Adətən, psixoloji xidmət zamanı psixoloq perspektiv vəzifələri

həll etməklə,  gündəlik prosesdə onun köməyinə ehtiyacı olan

şagirdlərə,  onların

valideynlərinə,  müəllimlərə

konkret


köməklik göstərir.

Lakin məktəbə psixoloji xidmətin əsas

məqsədi

şagirdlərin psixikasının və şəxsiyyətinin inkişafına maksimum



kömək göstərməyə yönəldilmiş perspektiv istiqamət fəaliyyəti

ilə bağlı olmalıdır. Burada əsas amil qabiliyyətlərdən ibarətdir. 

Qabiliyyətlər isə şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafı

üçün


zəmin

olan


ümumi

şagirdin



fərdiyyətinin

formalaşmasının əsasını təşkil edən xüsusi qabiliyyətlərə




621

bölünür.


Qeyd etdiyimiz bu ümumi istiqamətlərlə yanaşı məktəbə

psixoloji xidmətin konkret məzmunu,  praktik fəaliyyət

sahələri, istiqamətləri də vardır.



622

VI.26.2. Məktəbə psixoloji xidmətin prinsipləri və

həyata keçirilmə mərhələləri

Məktəb ilkin sosial institut kimi,  gənc nəsli həyata

hazırlamalıdır.  Həyat isə yalnız akademik biliklərdən ibarət

deyildir.  Sosiallaşma

yalnız

elmlərin


əsası

haqqında


məlumatların verilməsi sayəsində həyata keçmir.  İnsanın bir

şəxsiyyət və fəaliyyətin subyekti kimi məktəbdə inkişafı

aşağıdakıların həyata keçirilməsini tələb edir:  1)intellektin

inkişafı,  2)emosional sahənin inkişafı,    3)stresə qarşı dözüm-

lülüyün inkişafı, 4)özünə inamın inkişafı, 5)gerçək aləmə pozi-

tiv münasibətin və başqalarını qəbul etmənin inkişafı, 

6)müstəqilliyin,  avtonomluğun inkişafı,  7)özünüaktuallaş-

dırma,  özünütəkmilləşdirmə motivləşməsinin inkişafı. Buraya

özünüinkişaf motivləşməsinin mühüm elementi kimi təlim

motivləşməsinin inkişafını da aid etmək olar.

Bütövlükdə götürmüş olsaq,  bütün bu ideyaları pozitiv

pedaqogika və yaxud tərbiyə və təlimin humanistik



psixologiyası adlandırmaq olar (L.D.Stolyarenko).  Bunların

məktəb təcrübəsində praktik şəkildə həyata keçirilməsi

məktəbdə psixoloji xidmətin nəticələrinin mühüm praktik

tələblərə uyğun olması,  həmin psixoloji xidmət fəaliyyətinin

məktəbdə təlim və tərbiyənin səmərəliliyini əsaslı şəkildə

yüksəltməsini təmin etmək üçün burada psixoloji xidmətin pe-

daqoji prosesin real şəraitinə uyğun, sistemli əsasda aparılması  

zəruridir. 

Məktəbə psixoloji xidmətin təşkilinin sistemli xarakter

daşıması üçün aşağıdakı prinsiplərə əməl edilməsi tələb olunur:



1.Sistemli məqsədəuyğunluq prinsipi. Bu prinsipə görə

məktəbdə psixoloji xidmətə daha ümumi olan «məktəb» siste-

minin tərkib hissəsi kimi baxmaq lazımdır. Burada sistemyara-

dan komponent məqsəd və nəticədən ibarətdir (məqsədə nail

olmaq dərəcəsi kimi). «Məktəb» sistemində bu cür məqsəd (və



623

nəticə) şagird şəxsiyyətinin  inkişafından ibarətdir. Həmin sis-

temin tərkib hissəsi,  o cümlədən psixoloji xidmət ümumi

istiqaməti konkretləşdirən özünün spesifik məqsədinə malik ola

bilər. 

2.Tamlıq prinsipi. Bu prinsipə görə psixoloji xidmət bir

tam sistem olan tədris müəssisəsinə istiqamətlənməli, 

yönəlməli,  onu əhatə etməlidir.  Bu o deməkdir ki,  psixoloji

xidmət məktəbdə oxuyan şagirdlərin tam əksəriyyətini (ən azı

70 %-ni) əhatə etməlidir. 

3.Peşə-pedaqoji fəallıq prinsipi.  Bu prinsipə görə

məktəb müəllimləri məktəbə psixoloji xidmətin strukturunda, 

onun həyata keçirilməsində fəal rol oynamalıdırlar. Bu zaman

müəllimin üzərinə şagirdlərlə fərdi psixoloji-pedaqoji iş

(məsləhət, korreksiya, tərbiyəvi iş) aparmaq vəzifəsi düşür. Bu

prinsipin həyata keçirilməsi mahiyyət etibarilə klassik fərdi

psixoloji məsləhət modeli olan «psixoloq-şagird»  modelindən

xüsusi model olan «psixoloq-müəllim-şagird»  modelinə

keçmək deməkdir. Bu modelin həyata keçirilməsi müəllimdən

yüksək peşəkarlıq tələb edir.



4.Kifayət qədər məhdudluq prinsipi.  Bu prinsip diaq-

nostik metodikanı seçməklə bağlıdır. Bu prinsipə görə konkret

məktəbdə şagirdlərin bir şəxsiyyət kimi və tədris-idrak

fəaliyyətinin

subyekti

kimi


öyrənilməsinin

sistemi


yaradılmalıdır.  Seçilmiş metodika vaxta qənaət nöqteyi-

nəzərdən olduqca qısa olmalıdır.  Bununla yanaşı olaraq

yaradılan metodik sistem kifayət qədər tam olmalıdır ki, 

şəxsiyyətin strukturunun bütün komponentlərinin:  psixi

proseslərin,  emosional sahənin,  şəxsiyyətin xassələrinin, 

motivləşməsinin psixodiaqnostik tədqiqini həyata keçirməyə

imkan versin.

5.Qarşılıqlı əlaqə prinsipi.  Bu prinsipə görə psixoloq, 

müəllim və məktəb rəhbərlərinin fəaliyyəti təkcə onların fəallıq

dərəcəsi ilə məhdudlaşmamalıdır.  Məktəb sisteminin ünsürləri

kimi onların qarşılıqlı əlaqəsinə də xüsusi yer verilməlidir.




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə