627
mürəkkəbləşir. Ona görə də bu dövrdə şagirdin inkişa-fındakı
qüsurları aşkara çıxarmaq və sonradan baş verə biləcək
çətinliklərin qarşısını almaq lazım gəlir.
Digər tərəfdən, yeniyetməlik dövrünün özünəməxsus
xüsusiyyətləri ayrı-ayrı şagirdlərdə müxtəlif şəkildə təzahür edə
bilər. Bütün bu cəhətlər məktəbə psixoloji xidmətin əsasında
dayanmalıdır.
Nəhayət, böyük məktəb yaşı dövrünə keçid də şagirdlərdə
həmişə rəvan getmir. Məktəb psixoloqu nəzərə almalıdır ki,
VIII sinfi başa vurmaqla sonrakı təhsil yolunu, peşə yönümünü
müəyyənləşdirməyə yönələn şagirdlərdə bir sıra qüsurlar özünü
göstərə bilər. Şübhəsiz onların qarşısının qabaqcadan alınması
zəruri bir iş kimi qarşıda durur.
Bütün bu cəhətləri nəzərə alaraq məktəb psixoloqu fərdi
və trup halında məsləhətlərdən geniş istifadə etməli, bu
prosesdə şagirdləri zəruri bilik, təlim əməyi bacarıq və
vərdişlərinə yiyələnmənin qanunauyğunluqları ilə tanış etməlidir.
Məktəb psixoloqunun profilaktik fəaliyyətinin ən pers-
pektiv formalarından biri psixoloji-pedaqoji konsiliumun
keçirilməsindən ibarətdir. Psixoloji-pedaqoji konsilium zamanı
sinifdə dərs deyən müəllimlər psixoloqla birlikdə bu və ya
digər şagird və ya bütövlükdə sinif haqqında fikirlərini
birlikdə, kollektiv şəkildə müzakirə edir, çətinliyin və geridə
qalmanın səbəblərini aşkara çıxarır, eyni zamanda bu və ya
digər çətinliyin qarşısını almaq, onu aradan qaldırmaq üçün
səmərəli yollar düşünürlər. Psixoloji-pedaqoji konsilium, eyni
zamanda, ümumi orta təhsil şəraitində xüsusi aktuallıq kəsb
edən və mürəkkəb xarakterə malik olan şagirdlərdə meyl,
qabiliyyət və talantın inkişaf etdirilməsi problemini dərindən
həll etməyə imkan verir.
İ. V. Dubrovinanın fikrincə, psixoloji-pedaqoji konsili-
umun keçirilməsi zamanı psixoloqun başlıca vəzifəsi - şagirdin
əqli
inkişafını,
şəxsiyyətinin
əsas
keyfiyyətlərini
qiymətləndirərkən
müəllimlərin
ona
müxtəlif
cəhətdən
628
yanaşmalarına
köməklik
göstərmək, onun davranış və
münasibətinin təzahürünün mürəkkəb və çoxcəhətli xarakter
daşıdığını, əsas diqqəti şagirdin özünüqiymətləndirməsinə,
motivlərinə, idrak maraqlarının xüsusiyətlərinə, emosional
istiqamətinə yönəltməyin zəruriliyini göstərmək, ən başlıcası
isə şagirdin sonrakı inkişafına nikbin yanaşmalarını, onunla
işləməyin real proqramını müəyyənləşdirmələrini təmin
etməkdən ibarətdir.
Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən
məsləhət (konsultativ) işləri. Məktəbə psixoloji xidmət
fəalyyətində müəllim, şagird və valideynlərlə aparılan məsləhət
işləri əsas yerlərdən birini tutur. Məktəb psixoloqunun apardığı
bu cür məsləhətlər fərdi və qrup halında keçirilə bilər. Hər
ikisində əsas məqsəd bu və ya digər çətinliklərin mahiyyətini
açmaq və onları aradan qaldırmaq üçün müvafiq psixoloji yol-
lar
göstərməkdən
ibarətdir. Adətən, psixoloq
məktəb
müəllimlərinə aşağıdakı hallarda məsləhət verməli olur:
şagirdlərin tədris materialını mənimsəmələrindəki çətinliklər,
oxumaq həvəsinin olmaması və oxuya bilməmələri ilə bağlı,
müəllimlə sinif arasında münaqişə yarandıqda, aparılan peda-
qoji təsir vasitələri nəticə vermədikdə, müəllimin şagirdlərlə və
şagirdlərin bir-biri ilə ünsiyyətindəki çətinliklərlə əlaqədar,
şagirdlərin maraq, meyl və qabiliyyətlərini aşkara çıxarmaqla
bağlı, şagirdlərin peşə yönümü, peşə seçmələrinə istiqamət
verməklə bağlı və s.
Psixoloq
şagirdlərlə
fərdi
olaraq
tədris, inkişaf,
öyrənmənin
səmərəli
yolları,
həyat
mövqeyini
müəyyənləşdirmək, böyüklərlə və yoldaşları ilə ünsiyyət,
özünütərbiyə və s. məsələlər ətrafında məsləhət keçirə bilər.
Bununla yanaşı olaraq bir qrup şagirdlərlə və ya siniflə özünü
tərbiyə, əqli əmək mədəniyyəti və s. problemlər ətrafında
məsləhət təşkil edə bilər.
Adətən,
məktəb
psixoloqu
ilə
məsləhətləşməyə
valideynlər daha çox ehtiyac hiss edirlər. Psixoloqun
629
valideynlərə psixoloji məsləhəti aşağıdakı məsələləri əhatə edə
bilər: Uşağı məktəbə necə hazırlamaq, onların təlim marağını
necə inkişaf etdirmək; oxumaq istəməməsi, hafizəsinin zəifliyi,
dalğınlıq, qeyri-mütəşəkkillik, qeyri-müstəqillik. "təcavüzkarlıq",
hövsələsizlik, inadkarlıq, qorxaqlıq, sözə baxmamaq, laqeydlik
və s. kimi qüsurları necə aradan qaldırmaq; uşaqda ailənin
böyük üzvlərinə, özündən kiçik bacı və qardaşlarına qarşı me-
hriban münasibəti hansı yollarla tərbiyə etmək və s.
Psixoloji xidmətlə əlaqədar psixoloq hami təşkilatların,
həddibuluğa çatmamış uşaqlarla iş aparan komissiyaların, xalq
məhkəmələrinin, uşağın psixoloji vəziyyəti ilə əlaqədar psix-
oloji ekspertiza komissiyasının və b. yerinə yetirəcəkləri işlərdə
onlara köməklik göstərmək məqsədilə də məsləhətlər keçirə
bilər.
Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən di-
aqnostik işlər. Psixoloji xidmətdə əsas yerlərdən birini diaq-
nostik işlər tutur. Bu işlərin əsas üstün cəhətləri ondan
ibarətdir ki, psixoloqun köməyi ilə şagirdlərin həm əqli, həm
də şəxsi imkanları aşkara çıxarılır. Bununla da şagirdlərin
fəaliyyətini və inkişafını idarə etmək prosesi asanlaşır.
Məhz buna görə də təlim və tərbiyə prosesində ayrı-ayrı
şagirdlərin təlim və tərbiyəsindəki qüsurların psixoloji
səbəblərinin aşkara çıxarılması və onların aradan qaldırılması
yollarının müəyyənləşdirilməsi məktəbə psixoloji xidmət
işində mərkəzi yer tutur. Bunun üçün psixoloji xidməti təşkil
edən şəxsdən xüsusi hazırlıq tələb olunur. Bu işi aparan adam
düzgün sual verməyi, psixoloji problemi müəyyənləşdirməyi,
lazımi məlumatı əldə etməyi, həmin məlumatları təhlil etməyi
və bütün bunların əsasında zəruri nəticəyə gəlməyi bacarmalıdır.
Məktəbə psixoloji xidmətlə əlaqədar olaraq psixoloq
aşağıdakı diaqnostik işləri həyata keçirməlidir:
- ümümiyyətlə, eləcə də ayrı-ayrı fənnlər üzrə
şagirdlərin mənimsəyə bilməmələrinin psixoloji səbəblərini aşkara
çıxarmaq;
Dostları ilə paylaş: |