Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə188/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   183   184   185   186   187   188   189   190   191

633

Proqram hazırlanarkən yuxarıda qeyd olunan göstəricilərin

xüsusiyyətlərini

açmağa


imkan

verən


yolları

müəyyənləşdirməklə,  aşağıdakı texniki və metodiki tələblərə

əməl olunmalıdır.

Hər şeydən əvvəl,  hər uşaq yalnız bir dəfə yoxlamadan

keçirilməli və bu iş 20-30 dəqiqədən artıq davam etməməlidir. 

Bu tələb bir tərəfdən yoxlanan uşağın imkanlarını nəzərə al-

maqla bağlıdır.  Belə ki,  psixofizioloji tədqiqatlardan məlum

olduğu kimi,  həmin yaş dövründə uşaqların əqli iş

qabiliyyətinin səviyyəsi məhz 20-30  dəqiqədən ibarət olur. 

Digər tərəfdən,  uşağı I sinfə yazdırmaq üçün valideynlər onu

bir neçə dəfə yoxlamaya gətirməyə o qədər də razılıqla

yanaşmırlar.

İkincisipsixoloji yoxlamaları valideynin iştirakı ilə apar-

maq məqsədə müvafiqdir.  Belə olduqda uşaqlarda və

valideylərdə gərginliyin yaranmasının qarşısı alınır. Yoxlama-

dan əvvəl valideynlərə izah olunur ki,  yoxlamanın məqsədi

uşağı imtahan etməkdən ibarət deyildir.  Burada əsas məqsəd

uşağın imkanlarını aşkara çıxarmaq və gələcəkdə onunla

işləmək üçün müvafiq yollar düşünməkdən ibarətdir. Yoxlama

motivinin bu cür izahı valideynin psixoloqa inamla

yanaşmasına və yeri gələndə ona köməklik göstərməsinə im-

kan yaradır.



Ücüncüsü, yoxlamanın nəticələri uşağın xüsusiyyətlərinin

keyfiyyət xarakteristikasını verməlidir.

Gələcək I sinif şagirdləri üzərində aparılan eksperi-

mental psixoloji yoxlama suallardan başlanmalıdır. Adətən, bu

cür suallar standart xarakter daşıyır:  sənin adın nədir,  neçə

yaşın var,  uşaq bağçasına gedirsənmi.  Sualları verməklə

psixoloq öz təbəssümü ilə uşaqları ruhlandırmalıdır.  Burada

yeri gəldikcə bu və ya digər cəhətə əsasən uşağı tərifləmək

tələb olunur. Məsələn, qıza belə demək olar ki, onun nə yaxşı

donu,  saçı var.  Oğlana demək olar ki,  afərin,  nə yaxşı

oğlandır, yəqin anasının yaxın köməkçisidir və s.



634

Söhbəti uzatmadan bilavasitə eksperimental yoxlamaya

keçmək tələb olunur. Adətən, psixoloq uşaqlara bu cür müraciət

edir: "İndicə səninlə birlikdə məşğul olacağıq. Mən sənə tapşırıq

verəcəm,  sən isə onları yerinə yetirəcəksən.  Bunlar bir az

məktəbdə sənə verəcəkləri tapşırıqlara oxşayır, lakin əsil məktəb

tapşırığı deyil. Məncə onlar sənin xoşuna gələcək".

Bundan sonra "Seqen lövhəsi" üzrə iş aparmaq olar. Bu

tapşırıq bağça yaşlı uşaqlar tərəfindən asanlıqla yerinə yetiri-

lir. O, bir növ oyun xarakteri daşımaqla uşaqların xoşuna gəlir, 

onları sakitləşdirir,  gərginliyi aradan qaldırır.  Bununla yanaşı, 

dərhal müvəffəqiyyət şəraiti yaradır. Uşaq öz işinin nəticəsini

qiymətləndirə bilməsə də, onun üçün əsas məsələ ümümiyyətlə

tapşırığı yerinə yetirə bilməsindən və tanımadığı adamın onu

tərifləməsindən ibarətdir.

"Seqen lövhəsi"  bir neçə topludan ibarətdir.  Həmin

lövhələrin çətinliyi fiqurların miqdarından və onların bir neçə

hissəyə kəsilməsindən asılıdır.

Yoxlama zamanı həmin toplulardan ikisindən istifadə

etmək olar.  Birinci (1  №-li)  lövhə toplusu aşağıdakı doqquz

bütöv fiqurdan ibarətdir:  dairə,  xaç,  kvadrat,  üçbucaq,  romb, 

oval, trapesiya, ulduz, altıguşəli fiqur. İkinci lövhə (2 №-li) iki

hissəyə bölünmüş fiqurdan (dairə,  oval,  altıguşəli,  kvadrat)  və

üç hissəyə bölünmüş bir fiqurdan (xaç)  ibarətdir.  Tapşırığı

yerinə yetirmək üçün uşağa aşağıdakı şəkildə təlimat

verilməlidir:  "Bax,  bu lövhədə fiqurlar var.  Mən onları yerə

tökəcəm, sən isə əvvəlki yerlərinə yığmalısan". Bu söz qurtaran

kimi fiqurları tökmək,  uşağın işə başlamasını gözləmədən

saniyəölçəni işə salmaq lazımdır.  Əgər uşaq işə dərhal

başlamırsa bunu protokolda qeyd etmək,  nə qədər vaxt

keçdiyini göstərmək lazımdır.  Protokolda uşağın bütün

hərəkətləri, fəallığı, işgüzarlığı, marağı, çətinlik çəkdikdə kimə

və necə müraciət etməsi və s. qeyd edilməlidir. Burada mütləq

həmin işə nə qədər vaxt sərf olunduğu qeyd edilməlidir. Bununla

həmin uşağın fərdi tempini müəyyənləşdirmək olar. Həmin yaş



635

dövründə birinci lövhə üzrə işin orta vaxt göstəricisi 30-35 

saniyə, ikinci lövhə üzrə bir dəqiqə təşkil edir.

Tapşırığı yerinə yetirərkən uşaq çətinlik çəkərsə, psixoloq

həmin çətinliyin nədən ibarət olduğunu:  uşağın buna necə

münasibət bəslədiyini,  onu aradan qaldırmağa necə cəhd

göstərdiyini protokola qeyd etməlidir.  Uşağa necə hərəkət

etmək lazım gəldiyini dərhal bildirmək lazım deyildir. Ona bi-

rinci növbədə imkan yaratmaq lazımdır ki, özü çətinliyi aradan

qaldırsın. Əgər uşaq elə ilk andan ona köməklik göstərilməsini

istəyirsə,  onu dərhal protokola qeyd edib uşağı müstəqil işə

istiqamətləndirmək lazımdır.  Çox zaman uşaqlar ən azacıq

çətinlikdən kömək üçün böyüklərə müraciət edir və deyirlər: 

"Mən


bunu

edə


bilmərəm",  "bilmirəm

necə


edim", 

"bacarmıram".  Belə olduqda çox mülayim şəkildə uşağı

tapşırılan işi müstəqil şəkildə yerinə yetirməyə məcbur etmək

lazımdır.  Çətinliyin mürəkkəb xarakter daşıdığını hiss etdikdə

uşağın köməyinə gəlmək lazımdır.  Köməyi daima ehtiyatla

etmək lazımdır,  uşağın özünün yerinə yetirə biləcəyi işə

qarışmaq lazım deyildir.

"Seqen lövhəsi"ndən sonra uşaqlara N.  A.  Brenşteynin

"ardıcıl hadisələr" tapşırığını vermək olar.

Bunun üçün "Canavarlar"  seriyasından ibarət beş süjetli

şəkildən istifadə etmək olar.  Hər bir şəkil müəyyən bitkin

situasiyanı əhatə edir. Həmin şəkillərin məzmunu aşağıdakı ki-

midir:  birinci şəkildə əlində çanta tutmuş gülərüz bir oğlan

uşağı qarla örtülmüş meşə yolu ilə gedir.  İkinci şəkildə -

nədənsə çox qorxmuş həmin uşaq əlində çanta meşə ilə qaçır, 

şəklin sağ tərəfində uşağın yolu üstündə böyük ağaclar

görünür. Üçüncü şəkildə ağaca dırmaşan uşaq görünür.

Sifətində qorxu əlaməti hiss olunur. Onun çantası ağacın

altında görünür.  Sol tərəfdə pöhrəlikdə üç canavar uşağın

dırmaşdığı ağaca tərəf qaçır.  Dördüncü şəkildə uşaq ağacın

ortasındakı aşağı budağın üstündə uzanmışdır.  Ağacın altında

onun çantası və ətrafa səpələnmiş kitab dəftərlər görünür. 




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə