Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə170/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   166   167   168   169   170   171   172   173   ...   191

577

vərdişlər pedaqoji fəaliyyət prosesində formalaşmaqla yanaşı, 

həmin fəaliyyətin səmərəli təşkilini təmin edir. Pedaqoji baca-

rıq və vərdişlər qabiliyyət səviyyəsinə yüksəldikdə pedaqoji

fəaliyyətin müvəffəqiyyətlə icrası üçün əsas amilə çevrilir.

Müəllimin təlim və tərbiyə prosesində yüksək göstəricilər

əldə etməsi onun pedaqoji qabiliyyətlərinin inkişafından

asılıdır. 

Pedaqoji

qabiliyyətlərin

inkişafı

müəllimin

şəxsiyyətində pedaqoji fəaliyyəti müvəffəqiyyətlə icra etmək

üçün zəruri olan fərdi psixi xassələrin formalaşmasına səbəb

olur.

Bütün pedaqoji qabiliyyətləri şərti olaraq üç qrupda



birləşdirmək olar:  şəxsi qabiliyyətlər,  didaktik qabiliyyətlər, 

təşkilatı-kommunikativ qabiliyyətlər.

1.  Şəxsi pedaqoji qabiliyyətlər dedikdə,  adətən, 

şəxsiyyətin xarakterik əlamət və keyfiyyətləri ilə bağlı olan

qabiliyyətlər nəzərdə tutulur.  Buraya uşaqlara hüsn-rəğbət

bəsləmək,  dözümlülük və özünəsahib olmaq (özünü ələ ala

bilmək)  və həmişə dərs zamanı şagirdlərlə iş aparmaq üçün



optimal psixi vəziyyət yarada bilmək qabiliyyətlərini aid etmək

olar. 


Uşaqlara hüsn-rəğbət bəsləmək qabiliyyəti pedaqoji

qabiliyyətlərin strukturunda əsas “özəyi” təşkil edir. Bu cür pe-

daqoji qabiliyyətlər anlayışı altında uşaqlara qarşı ağıllı

məhəbbət və onlara bağlılıq,  onlara qarşı xeyirxah münasibət, 

onlarla ünsiyyətdə olmaq və işləmək arzusu və cəhdi başa

düşülür.  Bu cür pedaqoji qabiliyyətə malik olan müəllim

uşaqlarla pedaqoji ünsiyyətdən,  qəribə uşaq aləminə daxil ol-

maqdan həzz alır,  onlara qarşı diqqətli,  xeyirxah münasibət

bəsləyir. Lakin bu münasibətlərin heç birinin ürəyiyum

şaqlıq, güzəştə getmək, məsuliyyətsizlik səviyyəsinə enməsinə

yol vermir.  Uşaqlar həqiqi və ya süni münasibəti bir-

birlərindən asanlıqla ayıra bilirlər.  Onlar müəllimin özlərinə

qarşı həqiqi münasibətini hiss etdikdə eyni münasibətlə də ca-

vab verirlər. 




578

Pedaqoji fəaliyyətin müvəffəqiyyətini təmin etmək üçün

lazım olan müəllimin şəxsi pedaqoji qabiliyyətlərindən biri də

dözümlülük və özünəsahib olmaq qabiliyyətidirMüəllim

həmişə, hər cür, hətta gözlənilməyən şəraitdə özünü ələ almağı, 

özünə sahib olmağı, öz hisslərini, temperamentini cilovlamağı

bacarmalı, öz davranışına nəzarəti itirməməlidir. Lakin bu heç

də o demək deyildir ki,  müəllim öz hisslərini daima süni

şəkildə boğmalıdır.  O,  şagirdlərlə birlikdə şadlana,  sevinə də

bilər. Lazım gəldikdə tərbiyəvi məqsədlə qəzəb və narazılığını

da nümayiş etdirə bilər.  Lakin bu zaman o heç vaxt özündən

çıxmamalı,  qışqıra-qışqıra,  kobud və təhqiramiz tonla

danışmamalıdır.  Bununla belə müəllimin dözümlülüyü özünə

sahib olması etinasızlıq səviyyəsinə qalxmamalıdır. 

Müəllimin digər mühüm şəxsi qabiliyyəti dərsdə



şagirdlərlə iş aparmaq üçün optimal psixi vəziyyət yarada

bilməsidirBu cür qabiliyyətə malik olan müəllimlər özlərinin

gümrahlığı,  həyatsevərliyi,  kifayət

qədər

canlılığı



ilə

fərqlənirlər. Nə olursa olsun,  müəllim həmişə nikbin, arzuolu-

nan əhval-ruhiyyə ilə sinfə daxil olmalıdır. Məhz buna görə də

müəllim


özünün

əhvalını


idarə

etməyi,  tənzimləməyi

bacarmalıdır.

2.  Didaktik qabiliyyətlər-müəllimin zəruri məlumatları

şagirdlərə çatdıra bilmək,  öyrədə bilmək,  materialı uşaqların

səviyyələrinə uyğunlaşdırmaqla onlara çatdırmaq,  material və

ya problemi aydın və ya anlaşıqlı şəkildə şagirdlərə təqdim

etmək,  fənnə qarşı maraq oyatmaq,  şagirdlərdə fəal müstəqil

fikir yarada bilmək qabiliyyətlərindən ibarətdir.  Buraya konk-

ret olaraq müəllimin izah edə bilmək qabiliyyətini, ekspressiv-

nitq (natiqlik)  qabiliyyətini,  nəzəri qabiliyyətləri (akademik

qabiliyyət) aid etmək olar.

Müəllimin izah edə bilmək qabiliyyəti. Bu cür qabiliy-

yətə malik olan müəllimin fikri şagirdlər üçün aydın olur. On-

lar çətin,  anlaşılmaz materialı şagirdlər üçün anlaşıqlı edə

bilərlər. Təlim materialının məzmununu şagirdlərin səviyyəsinə




579

uyğun, aydın və anlaşıqlı, sadə şəkildə izah edə, çatdıra bilirlər. 

Nəticədə onlar şagirdlərdə tədris etdikləri fənnə qarşı maraq

oyadır, onların fikrinin fəal müstəqil işləməsinə şərait yaradır-

lar.  Belə müəllimlər zəruri hallarda çətini asan etməyi, 

mürəkkəbi

sadələşdirməyi,  anlaşıqsızı

anlaşıqlı

etməyi

bacarırlar.  Bu cür qabiliyyətə malik olan müəllim şagirdlərin



hazırlıq,  inkişaf səviyyələrini,  nəyi bildiklərini və nəyi

bilmədiklərini,  nəyi artıq unuda bildiklərini nəzərə alır, 

şagirdlərin qarşılaşa biləcəkləri çətinlikləri görür və onların

qarşısını almağa çalışır.  Qeyd edilən qabiliyyətə malik olan

müəllim özünü şagirdin yerinə hiss edə bilir, onun mövqeyində

dayanır və özünə aydın olan fikirlərin şagird üçün aydın ola

bilməməsi hallarının mümkünlüyünü başa düşür.  Ona görə də

öz izahatının xarakter və formasını xüsusi şəkildə düşünür. 



Ekspressiv-nitq (natiqlik)  qabiliyyətləri. Pedaqoji

fəaliyyətin müvəffəqiyyətli icrasında nitq qabiliyyətləri də

həlledici rol oynayır.  Nitq qabiliyyətləri lazımi səviyyədə

inkişaf etməyən müəllim nəzərdə tutulan təlim materialını

şagirdlərə çatdırmaqda çətinlik çəkir. Bu cür qabiliyyətlərə ma-

lik olan müəllim öz fikir və hisslərini nitqin, eləcə də mimika

və pantomimika vasitəsilə aydın və dəqiq ifadə edə,  nitqin

köməyilə şagirdlərin fikir və diqqətini maksimum dərəcədə

fəallaşdıra bilir.  Müəllimin peşəsi üçün bu ən zəruri

qabiliyyətlərdən biri hesab olunur.  Bu cür qabiliyyətə malik

olan müəllimlər dolaşıq, mürəkkəb danışıq tərzindən qaçır, öz

fikirlərini şagirdlərin başa düşəcəyi sadə,  aydın dildə ifadə

edirlər.  Müəllimin nitqi canlı,  obrazlı,  ifadəli,  emosional, 

aydın,  stilistik,  qrammatik və fonetik cəhətdən qüsursuz

olmalıdır. 

Nəzəri qabiliyyətlər. Bu cür anlayış altında müəllimin

müvafiq fənn,  daha doğrusu elm sahəsinə aid qabiliyyətləri

nəzərdə tutulur.  Müəllimin tədris etdiyi fənni dərindən

bilməsində ifadə olunur. Bu cür qabiliyyətə malik olan müəllim

öz fənnini təkcə tədris kursunun həcmində deyil,  daha geniş, 



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə