550
1) sitüativ və geniş motivlər; 2) fəaliyyətin nəticəsinə
yönələn və onun özünə doğru yönələn motivlər; 3) eqoistik və
ictimai əhəmiyyətli motivlər.
Motivləri
təzahür
xüsusiyyətlərinə
görə
psixoloji
ədəbiyyatda geniş istifadə olunan iki qrupa ayırmaq müm-
kündür:
1) geniş sosial motivlər və 2) idrak motivləri.
Bununla yanaşı olaraq, motivlərin xarici və daxili tipləri
də qeyd olunur.
Təlim fəaliyyətində bu cür motivlərin formalaşması
şagirdlərin tələbat sahəsinin formalaşması ilə sıx bağlıdır.
Müəyyən şeylər, hadisələr, şərait insanın müvafiq fəallığının
mənbəyi kimi insan fəaliyyətinin motivinə çevrilir. Həmin
mənbələri üç əsas kateqoriyaya ayırmaq mümkündür: daxili,
xarici və şəxsi mənbələr.
Birinci, daxili mənbələr insanın tələbat sahəsi ilə bağlı
olur. İnsanda bu cür tələbatlar anadangəlmə və həyatda
qazanılan xarakter daşıya bilər. Birinci halda orqanizmin üzvü
tələbatları, ikinci halda cəmiyyətdə formalaşan sosial tələbatlar
özünü göstərir.
Təlimə, öyrənməyə stimul rolunu oynayan anadangəlmə
tələbatlara uşağın fəallığına və informasiyaya olan tələbatını
aid etmək olar.
Təlim fəaliyyətinin stimullaşmasına təsir edən, həyatda
formalaşan tələbatlara qnostik və müsbət sosial tələbatları aid
etmək olar. Bunlardan bilik əldə etməyə olan tələbatları,
cəmiyyətə xeyir verməklə bağlı tələbatları və s. göstərə bilərik.
İnsanın öyrənməyə, təlim fəaliyyətinə təhrik olunmasında
xarici və şəxsi mənbələrin rolu da az deyildir. Xarici mənbələr
insanın həyat və fəaliyyətinin sosial şəraiti ilə müəyyən edilir.
Burada insanın hansı davranış tərzini və fəaliyyət növünü
seçməsi ilə bağlı onun qarşısına qoyulan tələblər, ondan
gözlənilən nəticələr və müvafiq fəaliyyət növünü yerinə
yetirməsi üçün imkanların, obyektiv şəraitin olması əsas
551
götürülür.
Şəxsi mənbələrə gəldikdə, bunlar insanın maraqları,
cəhdləri, yönəlişliyi, inamı və dünyagörüşü ilə şərtlənir.
Təcrübə göstərir ki, insan davranışının qeyd etdiyimiz
daxili, xarici və şəxsi stimulları təlim fəaliyyətilə əlaqələndikdə
onun müvəffəqiyyətinə əsaslı təsir edir. Başqa sözlə təlim
fəaliyyətinin motivasiya sahəsi formalaşmış olur.
İnkişafetdirici və tərbiyəedici təlim. Yuxarıda təlim və
inkişaf probleminə toxunarkən onun pedaqoji psixologiyanın
və yaş psixologiyasının ən aktual problemlərindən biri
olduğunu, bu sahədə müxtəlif baxışların mövcudluğunu qeyd
etdik. L.S.Vıqotskiyə görə təlim inkişafın başlıca şərtidir.
Təlim inkişafetdirici və tərbiyəetdirici funksiyaları yerinə yeti-
rir. Ona görə də təlimin məzmunu, forma və üsulları elə
seçilməlidir ki, bu fünksiyaları həyata keçirməyə imkan versin.
İnkişaf anlayışı çoxcəhətli anlayışdır. Şagirdlərin inkişafından
söhbət gedərkən birinci növbədə onların psixi inkişafı diqqəti
cəlb edir. Təlim - tərbiyə prosesində şagirdlərin psixi inki-
şafının əsas istiqamətlərini təhlil edərkən psixoloqlar, ilk
növbədə, biliklərin onların tətbiqi mexanizmlərinin və
şəxsiyyətin umumi xassələrinin inkişafı şəraitini ayırd edirlər.
Sözün geniş mənasında inkişafetdirici təlim şəxsiyyətin for-
malaşmasına yönəldilmiş təlimdir. Bu mənada təlim eyni za-
manda tərbiyəedici funksiyanı həyata keçirir. Psixoloqlar
şəxsiyyətin psixi inkişafını təlimin həm nəticəsi, həm də
başlıca şəraiti kimi qeyd edirlər. Professor Ə.Əlizadə haqlı ola-
raq qeyd edir ki, “inkişafetdirici təlim prinsipi şagirdlərin əqli
inkişafına xüsusi əhəmiyyət verir və onu şəxsiyyətin forlaşması
ilə qarşılıqlı əlaqədə araşdırır”. Məhz buna görə də təlim elə
təşkil edilməlidir ki, o təkcə şagirdlərə bilik, bacarıq verməklə,
onların əqli inkişafını təmin etməklə kifayətlənməsin, eyni za-
manda onlarda şəxsiyyətin formalaşmasına təkan versin. Bu
zaman təlim özünün tərbiyəedici funksiyasını həyata keçirmiş
olur.
552
553
VI. 24.6. Dərsin təşkilinin psixoloji şərtləri
Müasir dərsə verilən psixoloji tələblər. Elmi texniki
tərəqqinin həyatımızın müxtəlif sahələrinə daxil olduğu və
mənimsənilməsi zəruri olan məlumatların durmadan artdığı
müasir dövrdə dərsə daha yüksək tələblər verilir. Bu tələbləri
həyata keçirmək müəllimin öz ixtisası ilə yanaşı, yüksək peda-
qoji bacarıq, vərdiş və qabiliyyətlərə, eləcə də psixologiya el-
minin, xüsusilə təlim psixologiyasının müasir nailiyyətlərinə
dərindən yiyələnməsini tələb edir.
Müasir dərs, hər şeydən əvvəl, məktəbə verilən müasir
ictimai tələblərin yerinə yetirilməsinə yönəldilən dərsdir. Müa-
sir dərsə bir sıra psixoloji tələblər verilir. Bu tələblər müasir
dərsin funksiyaları ilə sıx bağlıdır. Həmin funksiyalara öyrə-
dici, inkişafetdirici, tərbiyəedici funksiyaları və s. aid etmək
olar. Həmin funksiyalarla bağlı olaraq müasir dərsə verilən
psixoloji tələblərə nəzər salaq.
Şagirdlərin fəallığının təmin edilməsi müasir dərsə
verilən ən başlıca psixoloji tələblərdən biridir. Bu mühüm
tələbin yerinə yetirilməsi, hər şeydən əvvəl, təlim prosesində
mənimsəməyə təsir edən amillərin nəzərə alınması zərurətini
irəli sürür. Təlim psixologiyasında belə amillər iki qrupa
bölünür: daxili və xarici amillər.
Dərsdə
şagirdlərin
fəallığını
şərtləndirən
daxili
amillərdən biri onların diqqətinin təşkil olunmasından ibarətdir.
Müəllim dərsdə şagirdlərin diqqətini səfərbər etməklə yanaşı
onu mənimsənilməli olan anlayışların mühüm əlamətləri üzə-
rinə yönəltməlidir. Müasir dərs elə qurulmalıdır ki, ən zəruri
informasiyalar şagirdlərin diqqətindən kənarda qalmasın.
Şagirdlərin fəallığını təmin etmək, onlarda lazımi və
davamlı bilik və bacarıqlar aşılamaq üçün dərsdə öyrənməyə,
yadda saxlamağa, öyrəndiklərini tətbiq etməyə qarşı yönəlişlik
(ustanovka) yaratmaq zəruridir.
Dostları ilə paylaş: |