Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə158/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   154   155   156   157   158   159   160   161   ...   191

538

aparmaqda da çətinlik çəkir,  adətən onların mücərrədləşdirmə

və ümumiləşdirmə səviyyələri problemin məhsuldar şəkildə

həlli üçün lazım olan səviyyədən aşağı olur.

Təlimdə yetirməyən bu cür şagirdlərin sözlü-məntiqi

təfəkkürünün inkişafı əyani-əməli təfəkkürlərindən geridə qalır. 

Ona görə də həmin şagirdlər ya qaydanın şərhini başa düşmür, 

ya da qayda haqqında yalnız formal biliklər məsələnin düzgün

həllinə gətirib çıxarmır.

Psixoloji tədqiqatlar təlimdə geridə qalan şagirdlərin üç

tipini müəyyənləşdirməyə imkan vermişdir: 

birinci tip özünün öyrənməyə qabilliyinin aşağı səviyyəsi

ilə,  lakin təlimə qarşı müsbət münasibətləri və məktəbli

mövqelərini saxlamaları ilə xarakterizə olunurlar; 

ikinci tip geridə qalan şagirdlər fikri fəaliyyətinin yüksək

keyfiyyətləri və məktəbli mövqelərini qismən və ya tamamilə

itirmələri ilə fərqlənirlər; 

üçüncü tip şagirdlərdə öyrənməyə qabillik aşağı olmaqla

onlarda təlimə qarşı mənfi münasibət və məktəbli mövqelərini

qismən və ya tamamilə itirmə xüsusiyyətləri özünü göstərir.

Psixoloji tədqiqatlar geridə qalan şagirdlərin bu cür

tiplərinin özünəməxsus yarımtipləri olduğunu da aşkara

çıxarmışdır (N.İ.Muraçkovski).

Hər bir tipi yarımtiplərə ayırmaq üçün aşağıdakı iki

göstəriciyə  istinad olunmuşdur:

1) 

şagirdlərin təlimdəki müvəffəqiyyətsizliklərini əvəz



etmələrinə imkan verən vasitələr;

2) 


Gələcəkdə müəyyən fəaliyyətə qarşı yönəlmənin

olması və ya da olmaması.

Bu göstəricilərdən asılı olaraq birinci tip şagirdlər

arasında iki yarımtip müşahidə olunur.

Bunlardan birincisinə təlim işlərindəki müvəffəqiy-

yətsizliyi hər hansı bir praktik fəaliyyətin köməyi ilə əvəz

etməyə çalışan şagirdləri aid etmək olar.  Belə şagirdlər üçün

ümumi olan cəhət onlarda mücərrəd təfəkkürün inkişaf




539

etməməsi və bununla əlaqədar olaraq məsələnin şərti və həlli

yollarını konkretləşdirmək cəhdindən ibarətdir. Onların bu cür

hərəkətləri təlimdə bəzi müvəffəqiyyətlər qazanmaq imkanı ve-

rir. 

Bu cür şagirdlərdə analitik təfəkkür inkişaf etmədiyinə



görə təlim materialını çətinliklə mənimsəyirlər.  Onlar təhlili

məsələ həllinin bütün gedişində tətbiq edə bilmədiklərinə görə, 

çox vaxt məsələni də axıra kimi həll edə bilmirlər.

Geridə qalan şagirdlərin həmin yarımtipində gələcəkdə

müəyyən fəaliyyət növünə qarşı yönəlişlik, arzu olunan peşəyə

dair az və ya çox dərəcədə aydın təsəvvür mövcud olur. 

Adətən,  bu cür yönəlişlik onların təlim fəaliyyətindəki

müvəffəqiyyətsizliklərini əvəz edən praktik fəaliyyətinin

məzmunundan asılı olur.  Bununla əlaqədar olaraq həmin

şagirdlərdə özünüqiymətləndirmə obyektiv xarakter daşıyır.

Geridə qalan birinci tip şagirdlərin ikinci yarımtipinə

təlim işindəki hər cür çətinlikdən qaçmağa çalışan şagirdləri

aid etmək olar.  Təlimdə müvəffəqiyyət qazanmağa çalışan

həmin şagirdlər çox vaxt qadağan olunmuş yollardan istifadə

etməyə çalışırlar:  yoldaşlarından köçürür,  onların gizlincə

dediklərinə istinad edir və s.  Bu cür şagirdlər başqa işlərin

hamısına da təlimə yanaşdıqları kimi yanaşırlar.  Ətraf aləm

haqqında onların təsəvvürləri olduqca məhduddur.  Birinci

yarımtipdən fərqli olaraq onlar hətta təlim tapşırıqlarının

mahiyyətini anlamağa cəhd göstərmirlər. Bir qayda olaraq on-

lar gələcək haqqında düşünmürlər.

İkinci tipə aid etdiyimiz geridə qalan şagirdlər,  adətən

məktəbə yaxşı hazırlıq və oxumaq həvəsi ilə gəlirlər.  Lakin

həmin uşaqlar evdə səbrlə oturub işləməyə alışdırılmamış olur-

lar.  Onlarda yalnız xoşlarına gələn işlə məşğul olmaq adəti

hökm sürür.  Ona görə də diqqəti cəmləşdirmək,  hafizəni

gərginləşdirmək,  fəal şəkildə fikirləşmək onlarda narazılıq

yaradır.  Bunun əsasında təlimdə yaranan müvəffəqiyyətsizlik

mənəvi konfliktin yaranmasına gətirib çıxarır.  Bu da öz növ-



540

bəsində təlimə qarşı mənfi münasibət yaradır.  Belə uşaqların

gələcək planları təlimlə bağlı olmur.  Onların maraqları

müxtəlif olur ki, bunların içərisində idrak maraqları da mühüm

yer tutur.

Geridə qalan ikinci tip şagirdlər arasında da iki yarımtip

müəyyənləşdirmək mümkündür.

Bunlardan birinci yarımtipə özünün təlimdəki müvəf-

fəqiyyətsizliyini, 

kollektivdəki

uğursuz

vəziyyətini



sinifdənkənar əqli fəaliyyətlə əvəz edən şagirdləri aid etmək

olar.  Onların gələcək haqqında arzuları məhz sinifdənkənar

məşğuliyyətin həmin sahəsi ilə bağlı olur.  Bu cür şagirdlərdə

təlimin geniş sosial motivləri formalaşmamış olur.

İkinci yarımtipə məxsus olan şagirdlərin təlimdəki

müvəffəqiyyətsizlikləri onları başqaları ilə,  xüsusilə məktəb-

dənkənar qruplarla əlaqəyə girmək üçün yollar axtarmağa

yönəldir.  Belə uşaqlarda tez-tez mənfi sosial istiqamətə malik

olan maraq və meyllər müşahidə olunur. Bu şagirdlər çox vaxt

şagird mövqeyini itirirlər. Onlar intizamı kobudcasına pozurlar

və müəllimlərin yanında etibarlarını itirirlər.

Dərsdə geridə qalan üçüncü tip şagirdlərin xarak-

teristikasını vermək o qədər də çətin deyildir. Bu tipə aid olan

şagirdlər bir növ birinci tip şagirdlərin zəif öyrənməyə qabillik

xüsusiyyətini və ikinci tip şagirdlərin asosial istiqamətlərini

özlərində əks etdirirlər.

Geridə qalma, təlimdə müvəffəqiyyətsizliyin səbəblərinin

və onların tiplərinin təhlili müəllim üçün, şübhəsiz,  böyük

əhəmiyyətə malikdir.  Çünki bu zaman məktəbdə özünə yer

edən bu xəstəliyin qarşısını almaq və aradan qaldırmaq imkanı

yaranır.  Lakin hələ psixoloji tədqiqatlar həmin xəstəliyin

qarşısını almağın tam səmərəli yollarını aşkara çıxara

bilməmişdir.  Bu sahədə aparılan ayrı-ayrı tədqiqatlara istinad

edərək təlimdə geridə qalmanın aradan qaldırılmasına kömək

edə biləcək bəzi yolları nəzərdən keçirək.

Birinci tipə mənsub olan şagirdlərlə (öyrənməyə qabillik




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə