Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə159/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   155   156   157   158   159   160   161   162   ...   191

541

keyfiyyəti aşağı olan) birinci növbədə elə iş aparmaq tələb olu-

nur ki,  onların müvəffəqiyyətlə oxumalarını ləngidən,  ona

mane olan fikri fəaliyyət xüsusiyyətləri yenidən qurulmuş ol-

sun.

Ümumiləşdirmə qabiliyyətinin zəif inkişaf etməsi, əyani-



əməli təfəkkürün məntiqi təfəkkürə nisbətən üstünlüyü həmin

şagirdlərlə iş apararkən təlimin ilk mərhələsində əyani obrazla-

ra istinad etmək zəruridir.  Bu zaman müəllim elə bir şərait

yaratmalıdır ki,  istifadə olunan əyani vəsait şagirdlərin

diqqətini əsas fikri məsələnin həllindən uzaqlaşdıran ikinci

dərəcəli əlamətlərə yönəltməsin.

Həmin şagirdlərlə aparılan mümarisələrin xarakterinə də

xüsusi fikir verilməlidir.  Sübutluluğun məntiqi strukturunun

inkişafına,  əqli nəticələrin formalaşmasına imkan verən

mümarisələrdən geniş istifadə olunmalıdır.  Öyrənməyə qabil-

liyi zəif olan şagirdlərlə müqayisəli təhlil tələb edən

mümarisələrin aparılması daha faydalıdır.

Müəllim elə bir şərait yaratmalıdır ki, hər bir şagird orada

özünü göstərə bilsin,  müəllim isə şagirdləri hər bir,  hətta ən

kiçik müvəffəqiyyətinə görə rəğbətləndirsin.

Şagirdlərə verilən tapşırıqlar içərisində elələri də

olmalıdır ki,  şagirdlər müstəqil şəkildə asanlıqla yerinə yetirə

bilsinlər. Belə olduqda, şagirdlərdə müstəqil işləri yerinə yetir-

məyə qarşı müsbət münasibətin formalaşması imkanı yaranır.

         

VI.24.4. Öyrənmənin müvəffəqiyyətini təmin

edən amillər

Adətən,  öyrənmənin müvəffəqiyyətini təmin edən

amilləri daxili və xarici olmaqla iki yerə bölürlər. Öyrənmənin

daxili amillərini bir növ subyektiv amillər adlandırmaq

mümkündür. Bu cür subyektiv amillərdən xüsusilə təlimin

motivlərini aid etmək olar. Sonrakı bölmədə təlim motivlərinin

mahiyyəti və növləri,  onların öyrənməyə təsiri qeyd




542

olunduğuna görə burada onları şərh etmirik. 

Psixoloji ədəbiyyatda öyrənmənin müvəffəqiyyətini

təmin edən daxili amil kimi diqqət və ustanovkaya xüsusi yer

verirlər.  Bizə hər an saysız-hesabsız cisim və hadisələr təsir

edir. Bunların içərisindən hal-hazırda bizə lazım olan, tanımaq

və öyrənmək,  mənimsəmək istədiyimiz cisim və hadisələri

ayıra, seçə bilmədən qarşımıza qoyduğumuz məqsədə nail ola

bilmərik.  Bunlar isə diqqətin bilavasitə iştirakı olmadan

mümkün deyildir.  Xüsusilə təlim fəaliyyətində diqqətin

oynadığı rolu nəzərə alaraq K.D.Uşinski yazmışdır:  «Diqqət

şüurumuzun elə bir yeganə qapısıdır ki,  şüurumuzda olan hər

bir şey mütləq buradan keçir.  Ona görə də şagirdləri təlim

prosesində həmin qapını açıq saxlamağa alışdırmaq lazımdır». 

Təcrübə göstərir ki, müəllim dərsdə şagirdlərin diqqətini təşkil

etməyi bacarmasa heç bir informasiyanı mənimsədə bilməz.

Ona görə də diqqət öyrənmənin müvəffəqiyyətini təmin edən

ən mühüm daxili amillərdən biri kimi özünü göstərir. Bu cəhəti

nəzərə alaraq müəllim təlim prosesində diqqətin qanuna-

uyğunluqlarından geniş istifadə etməlidir.

Qeyd etdiyimiz kimi öyrənmənin,  mənimsəmənin

səmərəliliyini təmin edən digər daxili amil ustanovkadır.

İnformasiyaların seçilməsi, işlənməsi və onlardan istifadə

edilməsi prosesində insan şəxsiyyətinin təzahür etmə halını

psixoloqlar ustanovka adlandırırlar. Ustanovka dedikdə tələbatı

müəyyən tərzdə təmin etməyə hazırlıq başa düşülür. Ustanovka

müəyyən bir fəaliyyətə şəxsiyyət tərəfindən dərk edilməyən

hazırlıq halətidir. Aparılmış müşahidə və eksperimentlər fərdin

ustanovkasının təlim fəaliyyətində mühüm əhəmiyyətə malik

olduğunu göstərmişdir.

Məsələn,  psixoloji eksperiment zamanı iki qrupda eyni

material eyni yolla öyrədilmiş,  hər iki qrupda eyni miqdarda

təkrar aparılmışdır. Lakin qrupların birinə qabaqcadan

xəbərdarlıq edilmişdir ki,  həmin materialı necə öyrəndiklərini

soruşana qədər bir daha təkrar aparılmayacaq,  istənilən vaxt



543

onlar yoxlanıla bilərlər.  İkinci qrupa materialı öyrənmək

tapşırılarkən bildirilmişdir ki,  yoxlamadan əvvəl mütləq

materialı bir daha təkrar etməyə imkan olacaqdır.  Sonradan

gözlənilmədən hər iki qrupda sorğu aparılmışdır. Nəticədə bi-

rinci qrupa nisbətən ikinci qrupun nümayəndələri bir daha

təkrar edəcəklərini zənn edərək materialı pis yadda saxlamışlar. 

Onlarda verilən materialı qəti, birdəfəlik öyrənmək ustanovkası

yaranmamışdır.

Aparılmış psixoloji tədqiqatlar göstərmişdir ki,  bu cür

öyrənmə ustanovkası qarşıya qoyulan yaddasaxlama məqsədi, 

yaddasaxlamanın müddəti,  möhkəmliyi və xarakterindən

asılıdır.  Hər şeydən əvvəl öyrənmə o zaman səmərəli olur ki, 

şagird öz qarşısına yaddasaxlama məqsədi qoysun. Təcrübə

göstərir ki,  qarşıya öyrənmək,  yadda saxlamaq məqsədi qoy-

madan səmərəli yaddasaxlama mümkün deyildir. Bəzən şagird

müəyyən bir materialı oxuyur və ya dinləyir. Lakin qarşısında

onu öyrənmək,  yadda saxlamaq məqsədi qoymadığına görə

suallara ya ötəri cavab verir,  ya da heç cür cavab verə bilmir. 

Onun yadında olsa-olsa emosional cəhətdən təsirli faktlar

qalmış

olur.  Bəzi



şagirdlər

belə


halda

«bilmədim

soruşacaqsınız»  tipli

cavablarla

yaxalarını

qurtarmağa

çalışırlar. Şagirdin qarşısında yaddasaxlama məqsədi qoyduqda

(istər müəllim,  istərsə də şagirdin özü tərəfindən)  o,  verilən

materialı yaxşı öyrənir.  Ona görə də müəllim təlim

fəaliyyətində öyrənmənin həmin səmərəli yolunu nəzərdən

qaçırmamalıdır,  şagirdləri həmişə öyrənmə zamanı öz

qarşılarına yaddasaxlama məqsədi qoymağa alışdırmalıdır. 



Öyrənmənin müvəffəqiyyətini təmin edən xarici

amillər.  Öyrənmənin müvəffəqiyyətini təmin edən xarici

amillər təlim materialının xüsusiyyətləri ilə bağlıdır.  Bu

xüsusiyyətlər çoxdur.  Psixoloqların apardıqları tədqiqatlar

həmin xüsusiyyətlərin sistemini müəyyənləşdirməyə imkan

vermişdir.

Təlim materiallarının xarici amil kimi öyrənmənin




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə