Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə161/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   157   158   159   160   161   162   163   164   ...   191

547

Təcrübə göstərir ki,  bəzən şagird müəllimin izahında

müstəqil oxuyub öyrəndiyi materialda hər hansı bir cəhəti

anlamadıqda,  onu müəllimdən xəbər almayıb başa düşmədən

mexaniki olaraq öyrənir ki,  bu da biliyin keyfiyyətinə mənfi

təsir göstərir.  Ona görə də müəllim öz şagirdlərinə başa

salmalıdır ki, aydın olmayan, az anlaşılan məsələlərin üstündən

keçməmək,  onları tamamilə anlayıb öyrənmək vacibdir.  Ən

düzgün və səmərəli yol fikirləşə-fikirləşə öyrənməkdir.  Məhz

buna görə də L.N.Tolstoy haqlı olaraq yazmışdır ki,  bilik

yalnız o zaman bilikdir ki,  o,  təkcə hafizə ilə deyil,  həm də

adamın öz fikirlərinin gücü ilə qazanılmış olsun.

Tədris materialının strukturu, quruluşu da onun

öyrənilməsinə,  yaxşı və ya pis mənimsənilməsinə öz təsirini

göstərir. Materialın bu xüsusiyyəti onun anlaşıqlılığı ilə sıx

bağlıdır.  Materialın anlaşıqlılığı yeni ilə köhnə,  məlum ol-

mayanla məlum olan arasındakı əlaqəyə,  materialın strukturu

isə bu əlaqənin necə,  hansı yollarla yarandığına əsasən

müəyyən edilir.

Materialın həcmi də onun mənimsənilməsinə təsir edən

mühüm xüsusiyyətlərdəndir.  Materialın həcmi dedikdə ona

daxil olan ünsürlərin miqdarı nəzərdə tutulur.  Mənasız mate-

rialda yadda saxlanılacaq ünsürlərin miqdarını müəy-

yənləşdirmək o qədər də çətin deyildir.  Burada verilmiş

mənasız hecaların, rəqəmlərin və s. miqdarı materialın həcmini

müəyyən edir.  Mənalı yadda saxlanılacaq materialın həcmini

müəyyənləşdirmək isə çətindir. Burada fikri proseslərin iştirakı

lazım gəlir. Şagirdin təcrübəsi və biliyindən asılı olaraq həmin

material sistemləşdirilir.  Öyrənilən materialda ikinci dərəcəli

məsələlər atılır,  fikri dayaqlar– mətnin struktur vahidləri

ayrılır,  onun bütün bir hissəsi ümumiləşdirilir.  Ona görə də

təlim materialının həcmini təkcə onun ünsürlərinin miqdarı ilə

ölçmək olmaz.  Çünki şagirdlər dərslikdə yazılanı olduğu kimi

deyil,  mətni fikrən işləmək əsasında onda alınan formada,  öz

təcrübəsinə

uyğun


şəkildə

öyrənir,  yadda

saxlayırlar. 



548

Şagirdlərin hər birində bu proses özünəməxsus şəkildə gedir. 

Mənalı təlim materialının həcmini yalnız mənimsənilməsi tələb

olunan yeni anlayış və işlərin miqdarı ilə ölçmək mümkündür. 

Bu

cür


materialın

həcmini


eyni

zamanda


onda

müəyyənləşdirilən əlaqələrin və mühakimələrin miqdarı ilə də

ölçmək mümkündür.  Təcrübə göstərir ki,  məhz bu cəhətlər

nəzərə alınmadıqda şagirdlərin öyrənməli olduqları mənalı

materialların həcmi dərslik və dərs vəsaitlərində ya tələb olun-

duğundan artıq, ya da aşağı səviyyədə olur ki, bunların hər ikisi

şagirdlərin öyrənməsinə mənfi təsir göstərir.  Materialın

həcminin həddindən artıq şişirdilməsi,  şagirdlərdə yorğunluq, 

materiala qarşı ikrah hissi yaradır.  Şagirdlər belə materialdan

birtəhər yaxa qurtarmağa çalışırlar. Materialın həcmi az olduq-

da, daha doğrusu,  buradakı yeni anlayış və əlaqələrin miqdarı

həddindən aşağı olduqda material şagird üçün maraqsız olur.

Nəhayət,  təlim materialının emosionallıq dərəcəsi də

şagirdlərin həmin materialı mənimsəmələrinə təsir edən

xüsusiyyət kimi özünü göstərir. Buraya materialın cazibə-

darlığı,  şagirdlərdə müəyyən hiss və emosiya yarada bilmə

xüsusiyyətlərini aid etmək olar.  Adətən,  şagirdlərdə qüvvətli

müsbət hissi hal yaradan material cansıxıcı materiala nisbətən

asan öyrənilir və yadda saxlanılır. Mənfi emosional təsirə ma-

lik olan material isə bəzən pis,  bəzən də cansıxıcı materiala

nisbətən yaxşı yadda saxlanılır.     

VI.24.5. Təlim prosesində motivasiya - tələbat

sahəsinin formalaşması

Məktəb təcrübəsində, təlim fəaliyyətini həyata keçirərkən

çox vaxt belə bir sual diqqəti cəlb edir: şagirdi yaxşı oxumağa

və ümumiyyətlə oxumağa yönəldən,  təhrik edən nədir?  Başqa

sözlə,  şagirdlərin təlim fəaliyyəti necə motivləşir,  onlar hansı

motivlərin təhriki altında hərəkət edirlər? Şübhəsiz bu cür sual-




549

lara düzgün cavab tapılması müəllimin həmin sahədə

şagirdlərlə iş aparmasını,  təlim fəaliyyətini idarə etməsini

asanlaşdıra bilər.

Birinci növbədə, ümumiyyətlə, motivin və motivasiyanın

nədən ibarət olduğunu nəzərdən keçirək. Motiv insanı hər hansı

bir məqsədəyönəlmiş işə, fəaliyyətə təhrik edən səbəbdir. İnsan

beynində əks olunaraq onu fəaliyyətə təhrik edən və həmin

fəaliyyəti müvafiq tələbatların ödənilməsinə yönəldən şeyləri

A.N.Leontyev həmin fəaliyyətin motivi adlandırmışdır

1

.

İnsan fəaliyyətinin motivləri özünün çoxcəhətliliyi ilə



xarakterizə olunur.  Onlar hər şeydən əvvəl bir-birlərindən

tələbatların növlərinə görə fərqlənirlər.  Ona görə də

tələbatlarda olduğu kimi,  motivlər təbii və ali (maddi və

mənəvi)  ola bilir.  Bundan başqa,  A.N.Leontyevə görə motiv

obraz, anlayış, fikir, ideal şəklində də çıxış edə bilər.

Motivasiyaya gəldikdə bu elə motivlər birliyidir ki, 

şəxsiyyətin yönəlişliyini müəyyən etməklə onun fəaliyyətinin

səmərəliliyini də şərtləndirir.  Motivasiya təhriklə fəaliyyətin

məqsədi arasındakı əlaqə və münasibətlərin açılmasında ifadə

olunur.  Məlum olduğu kimi,  onun həyata keçirilməsi prose-

sində motivlərin məqsədə keçməsi və məqsədin motivə

çevrilməsi baş verə bilər.

Psixoloqlar belə bir qənaətə gəlmişlər ki,  təlim uğurları

təkcə şagirdin təlimə,  öyrənməyə qabilliyi,  bütövlükdə

qabiliyyətləri və s.  ilə deyil,  həm də təlim motivasiyası ilə

şərtlənir. Başqa sözlə, onun “yaxşı oxuması” üçün bütün digər

şərtlərlə yanaşı həm də təlim motivasiyasının formalaşması

zəruridir (Ə.Ə.Əlizadə).

İnsan fəaliyyətinin başqa sahələrində olduğu kimi,  təlim

fəaliyyətində də özünün xarakteri və fəaliyyət prosesində

oynadığı rola görə motivlərin,  o cümlədən təlim motivlərinin

aşağıdakı növlərini qeyd etmək olar:

                                                

1

А.Н. Леонтьев. Проблемы развития психики. М., 1972, с.342.




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə