547
Təcrübə göstərir ki, bəzən şagird müəllimin izahında
müstəqil oxuyub öyrəndiyi materialda hər hansı bir cəhəti
anlamadıqda, onu müəllimdən xəbər almayıb başa düşmədən
mexaniki olaraq öyrənir ki, bu da biliyin keyfiyyətinə mənfi
təsir göstərir. Ona görə də müəllim öz şagirdlərinə başa
salmalıdır ki, aydın olmayan, az anlaşılan məsələlərin üstündən
keçməmək, onları tamamilə anlayıb öyrənmək vacibdir. Ən
düzgün və səmərəli yol fikirləşə-fikirləşə öyrənməkdir. Məhz
buna görə də L.N.Tolstoy haqlı olaraq yazmışdır ki, bilik
yalnız o zaman bilikdir ki, o, təkcə hafizə ilə deyil, həm də
adamın öz fikirlərinin gücü ilə qazanılmış olsun.
Tədris materialının strukturu, quruluşu da onun
öyrənilməsinə, yaxşı və ya pis mənimsənilməsinə öz təsirini
göstərir. Materialın bu xüsusiyyəti onun anlaşıqlılığı ilə sıx
bağlıdır. Materialın anlaşıqlılığı yeni ilə köhnə, məlum ol-
mayanla məlum olan arasındakı əlaqəyə, materialın strukturu
isə bu əlaqənin necə, hansı yollarla yarandığına əsasən
müəyyən edilir.
Materialın həcmi də onun mənimsənilməsinə təsir edən
mühüm xüsusiyyətlərdəndir. Materialın həcmi dedikdə ona
daxil olan ünsürlərin miqdarı nəzərdə tutulur. Mənasız mate-
rialda yadda saxlanılacaq ünsürlərin miqdarını müəy-
yənləşdirmək o qədər də çətin deyildir. Burada verilmiş
mənasız hecaların, rəqəmlərin və s. miqdarı materialın həcmini
müəyyən edir. Mənalı yadda saxlanılacaq materialın həcmini
müəyyənləşdirmək isə çətindir. Burada fikri proseslərin iştirakı
lazım gəlir. Şagirdin təcrübəsi və biliyindən asılı olaraq həmin
material sistemləşdirilir. Öyrənilən materialda ikinci dərəcəli
məsələlər atılır, fikri dayaqlar– mətnin struktur vahidləri
ayrılır, onun bütün bir hissəsi ümumiləşdirilir. Ona görə də
təlim materialının həcmini təkcə onun ünsürlərinin miqdarı ilə
ölçmək olmaz. Çünki şagirdlər dərslikdə yazılanı olduğu kimi
deyil, mətni fikrən işləmək əsasında onda alınan formada, öz
təcrübəsinə
uyğun
şəkildə
öyrənir, yadda
saxlayırlar.
548
Şagirdlərin hər birində bu proses özünəməxsus şəkildə gedir.
Mənalı təlim materialının həcmini yalnız mənimsənilməsi tələb
olunan yeni anlayış və işlərin miqdarı ilə ölçmək mümkündür.
Bu
cür
materialın
həcmini
eyni
zamanda
onda
müəyyənləşdirilən əlaqələrin və mühakimələrin miqdarı ilə də
ölçmək mümkündür. Təcrübə göstərir ki, məhz bu cəhətlər
nəzərə alınmadıqda şagirdlərin öyrənməli olduqları mənalı
materialların həcmi dərslik və dərs vəsaitlərində ya tələb olun-
duğundan artıq, ya da aşağı səviyyədə olur ki, bunların hər ikisi
şagirdlərin öyrənməsinə mənfi təsir göstərir. Materialın
həcminin həddindən artıq şişirdilməsi, şagirdlərdə yorğunluq,
materiala qarşı ikrah hissi yaradır. Şagirdlər belə materialdan
birtəhər yaxa qurtarmağa çalışırlar. Materialın həcmi az olduq-
da, daha doğrusu, buradakı yeni anlayış və əlaqələrin miqdarı
həddindən aşağı olduqda material şagird üçün maraqsız olur.
Nəhayət, təlim materialının emosionallıq dərəcəsi də
şagirdlərin həmin materialı mənimsəmələrinə təsir edən
xüsusiyyət kimi özünü göstərir. Buraya materialın cazibə-
darlığı, şagirdlərdə müəyyən hiss və emosiya yarada bilmə
xüsusiyyətlərini aid etmək olar. Adətən, şagirdlərdə qüvvətli
müsbət hissi hal yaradan material cansıxıcı materiala nisbətən
asan öyrənilir və yadda saxlanılır. Mənfi emosional təsirə ma-
lik olan material isə bəzən pis, bəzən də cansıxıcı materiala
nisbətən yaxşı yadda saxlanılır.
VI.24.5. Təlim prosesində motivasiya - tələbat
sahəsinin formalaşması
Məktəb təcrübəsində, təlim fəaliyyətini həyata keçirərkən
çox vaxt belə bir sual diqqəti cəlb edir: şagirdi yaxşı oxumağa
və ümumiyyətlə oxumağa yönəldən, təhrik edən nədir? Başqa
sözlə, şagirdlərin təlim fəaliyyəti necə motivləşir, onlar hansı
motivlərin təhriki altında hərəkət edirlər? Şübhəsiz bu cür sual-
549
lara düzgün cavab tapılması müəllimin həmin sahədə
şagirdlərlə iş aparmasını, təlim fəaliyyətini idarə etməsini
asanlaşdıra bilər.
Birinci növbədə, ümumiyyətlə, motivin və motivasiyanın
nədən ibarət olduğunu nəzərdən keçirək. Motiv insanı hər hansı
bir məqsədəyönəlmiş işə, fəaliyyətə təhrik edən səbəbdir. İnsan
beynində əks olunaraq onu fəaliyyətə təhrik edən və həmin
fəaliyyəti müvafiq tələbatların ödənilməsinə yönəldən şeyləri
A.N.Leontyev həmin fəaliyyətin motivi adlandırmışdır
1
.
İnsan fəaliyyətinin motivləri özünün çoxcəhətliliyi ilə
xarakterizə olunur. Onlar hər şeydən əvvəl bir-birlərindən
tələbatların növlərinə görə fərqlənirlər. Ona görə də
tələbatlarda olduğu kimi, motivlər təbii və ali (maddi və
mənəvi) ola bilir. Bundan başqa, A.N.Leontyevə görə motiv
obraz, anlayış, fikir, ideal şəklində də çıxış edə bilər.
Motivasiyaya gəldikdə bu elə motivlər birliyidir ki,
şəxsiyyətin yönəlişliyini müəyyən etməklə onun fəaliyyətinin
səmərəliliyini də şərtləndirir. Motivasiya təhriklə fəaliyyətin
məqsədi arasındakı əlaqə və münasibətlərin açılmasında ifadə
olunur. Məlum olduğu kimi, onun həyata keçirilməsi prose-
sində motivlərin məqsədə keçməsi və məqsədin motivə
çevrilməsi baş verə bilər.
Psixoloqlar belə bir qənaətə gəlmişlər ki, təlim uğurları
təkcə şagirdin təlimə, öyrənməyə qabilliyi, bütövlükdə
qabiliyyətləri və s. ilə deyil, həm də təlim motivasiyası ilə
şərtlənir. Başqa sözlə, onun “yaxşı oxuması” üçün bütün digər
şərtlərlə yanaşı həm də təlim motivasiyasının formalaşması
zəruridir (Ə.Ə.Əlizadə).
İnsan fəaliyyətinin başqa sahələrində olduğu kimi, təlim
fəaliyyətində də özünün xarakteri və fəaliyyət prosesində
oynadığı rola görə motivlərin, o cümlədən təlim motivlərinin
aşağıdakı növlərini qeyd etmək olar:
1
А.Н. Леонтьев. Проблемы развития психики. М., 1972, с.342.
Dostları ilə paylaş: |