532
çətinləşərdi. Öyrənmənin, təlimin
psixoloji
strukturuna
aşağıdakı komponentləri daxil etmək mümkündür: İdrak
tələbatları, təlim motivləri təlim məqsədləri və vəzifələri,
tədris
işləri,
özünənəzarətə
keçən
nəzarət,
özünüqiymətləndirməyə keçən qiymətləndirmə.
Tədris işləri də müxtəlif olur. Buraya təhrikedici (icrae-
dici), proqram-məqsədli, fəal əməliyyatlı, nəzarət-tənzimedici
(qiymətləndirici, yoxlayıcı, təshihedici) işləri aid etmək olar.
Ümumiyyətlə, psixoloji tədqiqatlar əsasında əldə edilmiş
faktlar belə bir cəhəti əsaslandırmağa imkan verir ki, idrak
tələbatlarının ödənilməsi insanın normal şəkildə inkişafı üçün
zəruri şərtdir. Eyni cəhət insanın öyrənməsinə, təlim fəaliyyə-
tinə də aiddir. Öyrənmə məhz insanın idrak tələbatlarından
başladıqda onun fəallığını təmin edən əsas amilə, motivə çevri-
lir. Yuxarıda qeyd etdiyimiz kimi, vasitəsiz motiv olan idrak
motivləri ilə yanaşı, vasitəli motivlər də şagirdi öyrənməyə
təhrik edir. Bu mənada təlimin motivləşməsi, motivasiya sahə-
sinin yaranması mühüm əhəmiyyətə malikdir. Təlim motivləri
barədə sonrakı bölmədə qeyd olunduğuna görə burada həmin
məsələni geniş şərh etmirik.
Öyrənmənin
strukturunda
təlim
məqsədləri
və
vəzifələrinin də özünəməxsus yeri və rolu vardır. Məhz bu
cəhət öyrənmənin təlim xarakteri daşımasına imkan verir.
Başqa sözlə, öyrənmə planlı, müəyyən məqsəd və vəzifələri
yerinə yetirəcək şəkil aldıqda təlimə çevrilir, bilik bacarıq və
vərdişlərin mənimsənilməsinə gətirib çıxarır. Deməli, təlim
fəaliyyətinin məqsədi müvafiq bilik, bacarıq və vərdişlərin əldə
edilməsindən ibarətdir. Lakin əgər şagirddə həmin bilik,
bacarıq və vərdişlərə yiyələnmək tələbatı yoxdursa həmin
məqsədə nail olması mümkün deyildir.
Nəhayət, qeyd etdiyimiz kimi, öyrənmənin məqsəd və
vəzifələrini həyata keçirməyə imkan verən tədris işləri də onun
strukturunda əsas yerlərdən birini tutur. Bu cür işlərə, birinci
növbədə, icraedici (təhrikedici) işlər daxildir. Öyrənən adam
533
həmin tədris işlərindən istifadə etmədən müvafiq bilik, bacarıq
və vərdişlərə yiyələnə bilməz. Bu cür işlər insanı fəaliyyətə
yönəldən işlərdir. Ona görə də burada öyrənmənin motivləri öz
təsirini göstərir. Proqram məqsədli işlərə gəldikdə, bu cür tədris
işləri proqram tələblərini ödəməklə bağlı olan şifahi və yazılı
çalışmalardan, laborator işlərindən və s. ibarət olur. Fəal-
əməliyyatlı
tədris
işləri
şagirdlərin
fikri
fəaliyyətini
fəallaşdırmağa yönəldilən, onlarda idrak fəallığı yaradan işlər-
dir. Bu cür tədris işləri şagirdlərin əqli inkişafına təkan verir,
onları
sadəcə
reproduktivlikdən
uzaqlaşdırır.
Onlar
oxuduqlarını yadda saxlayıb, yada salmaqla kifayətlənmir, eyni
zamanda həmin materialı dərk edir, anlayırlar.
Təlimin strukturuna daxil olan nəzarət-tənzimedici tədris
işlərinin də rolu böyükdür. Bu işlər əsasən qiymətləndirici,
yoxlayıcı və təshihedici xarakter daşıyır. Bunların köməyi ilə
şagirdlərin təlim fəaliyyətini idarə etmək mümkün olur. Burada
xüsusilə
özününəzarətə
keçən
nəzarətin
və
özünüqiymətləndirməyə
keçən
qiymətləndirmənin
rolu
böyükdür.
VI. 24.2. Təlim və psixi inkişaf
Təlim və psixi inkişafın qarşılıqlı əlaqəsi daima diqqəti
cəlb edən məsələlərdən biri olmuşdur. Lakin ilk baxışda asan
görünən bu məsələ daim mübahisələrə səbəb olmuş, təlim və
psixi inkişafın qarşılıqlı əlaqəsi məsələsi həmin sahədə tədqiqat
aparan
alimlər
tərəfindən
müxtəlif
istiqamətdə
şərh
olunmuşdur.
Vaxtilə alman psixoloqu
V.Ştern belə bir müddəanı əsas
tuturdu ki, təlim inkişafın arxasınca gedir və ona uyğunlaşır.
Bu fikrin əksinə olaraq görkəmli rus psixoloqu L.S.Vıqotski
təlim və tərbiyənin uşağın psixi inkişafında həlledici rolunu
534
göstərmişdir. Onun fikrincə, təlim inkişafdan irəli gedir və
onu öz arxasınca aparır.
Məşhur İsveçrə psixoloqu J.Piaje də bu məsələdə
V.Şternə uyğun mövqe tutmuşdur. O, belə hesab edir ki, uşağın
psixi inkişafı özünün daxili qanunlarına malikdir və bir sıra
özünəməxsus mərhələlərdən keçir. Onun fikrincə təlim inkişafa
heç bir əsaslı təsir göstərə bilməz. Ona görə də təlim inkişafa
uyğunlaşmalı və onun tənzim edilməsi üçün məhz inkişafın
səviyyəsi əsas götürülməlidir. Bununla da J.Piaje təlimin
inkişafetdirici təsirini kölgədə buraxır.
Məşhur Amerika psixoloqu C.Bruner isə bu məsələdə
tamamilə başqa mövqe tutmuş, təlimin inkişafdakı rolunu
həddindən artıq şişirtmişdir. Onun fikrincə hər bir uşaq
inkişafın istənilən mərhələsində, əgər həmin yaş üçün optimal
olan təlim metodları tapılıbsa, əgər o yaxşı təlim edilirsə,
istənilən materialı tamamilə mənimsəyə bilər. Göründüyü kimi
C.Bruner şagirdlərin əqli inkişafında təlim prosesinin həlledici
rol oynadığını qəbul etsə də, uşağın yaş hüdudlarını silib atır.
Bütün bu fikirlər bir daha göstərir ki, təlim və psixi
inkişafın qarşılıqlı əlaqəsinin düzgün müəyyənləşdirilməsi bi-
rinci növbədə təlimin struktur komponentlərinin dəqiq
müəyyənləşdirilməsindən asılıdır. Bu cəhəti nəzərə alaraq
L.S.Vıqotski təlimin strukturu konsepsiyasını işləməyə xüsusi
fikir vermiş və bu sahədə əsaslı işlər görmüşdür. Vıqotskinin
həmin sahədəki ideyaları, gəldiyi nəticələr onun tələbələrinin
və ardıcıllarının xüsusi təlim konsepsiyası yaratmalarına imkan
vermişdir.
L.S.Vıqotski bilik, bacarıq və vərdişlərə yiyələnmək və
ümumi
keyfiyyətlərə, qabiliyyətlərə
(mücərrədləşdirmə,
ümumiləşdirmə, ixtiyarilik) yiyələnməyin mümkün olduğunu
aşkara çıxarmışdır. O, birinci cəhəti (bilik, bacarıq və
vərdişlərə yiyələnməni) təlim (öyrənmə), ikincini isə inkişaf
adlandırmışdır. Onun fikrincə təlimdə mənimsəmənin əsas
predmetini bilik və mədəniyyət haqqında tarixi təcrübə təşkil