510
yüksək hisslər aşılamağı, öz şəxsiyyətində təzahür edə biləcək
birtərəfliliyi aradan qaldırmağı, xeyir və şəri bir-birindən
ayırmağı bacarmalıdır.
Özünütərbiyə insanın kamilləşməsi ilə, özünü istər
mənəvi, istərsə də fiziki cəhətdən cəmiyyətdəki mövqeyilə və
yaxud cəmiyyətdə tutmaq istədiyi mövqeyə uyğunlaşdırmaq
meyli ilə əlaqədardır.
Özünütərbiyə özünüidarə prosesində həyata keçir. Bura-
da insanın özünütəyini mühüm rol oynayır. Özünütəyin insanın
özünün həyat yolunu, məqsədlərini, əxlaq normalarını, peşə və
həyat şəraitini şüurlu olaraq seçməsi deməkdir.
Özünütərbiyədə özünüdərketmə, özünü ələ almaq,
özünüstimullaşdırma xüsusi rol oynayır.
Özünüdərketməyə özünümüşahidə, özünütəhlil, özünü-
qiymətləndirmə, özünümüqayisə daxil olur.
Özünü ələ ala bilmək özünəinama, özünənəzarətə,
özünütəlqinə, özünü məcburetməyə əsaslanır.
Özünüstimullaşdırma isə özünütəsdiqi, özünübəyənməni,
özünürəğbətləndirməni,
özününümayişi,
özünüməhdud-
laşdırmanı nəzərdə tutur.
İnsanda özünütərbiyə tələbatının yaranması göstərir ki, o,
həyata, qarşısında duran vəzifəyə kor-koranə deyil, şüurlu
şəkildə yanaşır, öz fəaliyyətində müvəffəqiyyət qazanmaq üçün
özündə müəyyən keyfiyyətlər tərbiyə etmək zərurətini dərk
edir. Buradan isə aydın olur ki, özünütərbiyə insanın yüksək
şüurluluğu ilə, hər şeydən əvvəl, insanın özündə müəyyən
müsbət əlamətləri inkşaf etdirmək, mənfi əlamətlərin isə
qarşısını almaq meylinin yaranması ilə bağlıdır.
Bəs
özünütərbiyə
nə
üçün
baş
verir? İnsanı
özünütərbiyəyə təhrik edən səbəblər-motivlər hansılardır? Bu
sahədə aparılmış psixoloji tədqiqatlar özünütərbiyənin bir sıra
motivini
aşkara
çıxarmışdır.
Adətən,
aşağıdakılar
özünütərbiyənin motivi kimi özünü göstərə bilər: 1) cəmiyyətin
əxlaqi tələbləri, 2) kollektivin, yoldaşlarının hörmətini qazan-
511
maq iddiası, 3) yarış, 4) tənqid və özünütənqid, 5) işdəki
çətinliklər, 6) ətrafdakıların nümunəsi, 7) maddi həvəsləndirmə
və s.
Fəaliyyətin başqa sahələrində olduğu kimi, özünü-
tərbiyənin motivlərini də xarici və daxili olmaqla iki yerə
bölmək olar.
Xarici motivlərə birinci növbədə cəmiyyətin əxlaqi
tələblərini, onun iqtisadi-siyasi həyat şəraitini aid etmək olar.
Bununla yanaşı olaraq ətrafdakıların nümunəsi, maddi
həvəsləndirmə, tənqid və s. də xarici motiv kimi özünü göstərə
bilər. Əgər xarici amillər insan tərəfindən dərindən dərk edilir
və onun şəxsi marağı, arzu və istəkləri ilə uyğun gəlirsə, həmin
amillər insanı öz üzərində işləməyə, o tələblərə layiqincə cavab
vermək üçün hazırlaşmağa vadar edir, deməli, özünütərbiyənin
motivinə çevrilir.
Özünütərbiyənin daxili motivlərinə isə, insanların maddi
və mənəvi tələbatları, müxtəlif həyati yönəlişliklərini ifadə
edən etiqadları və s. daxildir.
Özünütərbiyənin ən ali motivi idealdır. İnsanın qəbul et-
diyi ideal həmişə onu müəyyən sahədə özünütərbiyəyə, öz
idealarında olan
keyfiyyətlərə
yiyələnmək
üçün
cəhd
göstərməyə yönəldir.
Qeyd etmək lazımdır ki, özünütərbiyə həmişə yalnız bir
motivin təsiri ilə həyata keçmir. Adətən, özünütərbiyə bir neçə
motivin təsiri ilə baş verir. Lakin bu motivlərin biri aparıcı rol
oynayır.
Özünütərbiyənin motivlərini bilmək həm tərbiyəçilər,
həm də özünütərbiyə ilə məşğul olan yeniyetmə və gənclər
üçün çox əhəmiyyətlidir. Çünki həmin motivlərin bir qismi da-
ha təsirli, davamlı olduğu halda, qalanları az təsirli, keçici ola
bilər. Özünütərbiyə üçün daha təsirli və davamlı, uzun
müddətli motivlərin olması böyük əhəmiyyətə malikdir. Bu
halda özünütərbiyə ilə məşğul olmaq, başqa sözlə, insanın daim
özünütəkmilləşdirməyə, daha yüksək insani keyfiyyətlər
512
qazanmağa çalışması şəxsiyyətin ayrılmaz xüsusiyyətinə
çevrilə bilər.
Şəxsiyyətin inkişafı və özünütərbiyə. Şəxsiyyətin
formalaşması və inkişafı mürəkkəb və uzunmüddətli prosesdir.
Burada xarici təsirlər və daxili güc bir-birilə qarşılıqlı təsirdə
olmaqla, inkişaf mərhələsindən asılı olaraq öz rollarını
dəyişirlər.
Məsələn, uşaq yaşlarında ən çox şəxsiyyətin forma-
laşmasının xarici təsirlərdən asılılığı özünü göstərir. Tədricən
şəxsiyyət müstəqillik təşkil etdikcə inkişafda xarici təsirlərin,
birinci növbədə tərbiyənin təsirinin tədricən özünütərbiyənin
təsiri ilə əvəz olunması baş verir.
Özünütərbiyə şəxsiyyətin müəyyən inkişaf mərhələsində
meydana gəlir və onun inkşafına təsir göstərir. Fərd həyat
prosesində özünü və başqalarını dərk edir, ətrafdakıların tələbi
ilə öz şəxsi imkanlarını uyğunlaşdırmağa öyrənir. Tərbiyə
prosesində şəxsiyyətin əxlaqi əsası qoyulur, əxlaqi təsəvvürləri,
anlayışları, inamları, adətləri və son nəticədə hal-hazırdakı
davranışını tənzim edən və gələcək həyat planlarını müəyyən-
ləşdirməyə imkan verən əxlaqi idealları formalaşır. Beləliklə
də, şəxsiyyət inkişaf etdikcə özünütərbiyə daha böyük rol
oynamağa, daha aydın və səmərəli şəkildə özünü göstərməyə
başlayır. Deməli, özünütərbiyə şəxsiyyətin həyat şəraiti və
tərbiyə ilə şərtlənən əxlaqi - psixoloji yetginliyinin müəyyən
səviyyəsində özünə yer edir.
Psixoloqların apardıqları tədqiqatlar göstərmişdir ki,
özünütərbiyə tələbatı aydın şəkildə özünü yeniyetməlik
dövründə göstərməyə başlayır (xüsusilə VI-VIII siniflərdə).
Əlbəttə, özünütərbiyənin ünsürləri kiçik məktəb yaşı dövründə,
ola bilsin ki, böyük bağça yaşlı uşaqlarda da özünü göstərə
bilər. Lakin, şüurlu, planlı iş kimi o, ilk dəfə olaraq
yeniyetməlik dövründə təzahür edir. Yeniyetmələr bağça yaşlı
uşaqlar kimi böyüklərin rolunu oynamaq, özünü onlara
oxşatmaq istəmir. Onlar böyük olmaq və başqaları tərəfindən
Dostları ilə paylaş: |