501
düzgün müəyyənləşdirilməsindən ibarətdir. Tərbiyəçi son
nəticədə nəyə nail olacağını aydın dərk etmədən, başqa sözlə
qarşısına konkret məqsəd qoymadan yüksək müvəffəqiyyətə
nail ola bilməz. Məqsəd aydın olduqda isə onun həyata
keçirilməsi üçün səmərəli tərbiyəvi tədbirlərin seçilməsi və
tətbiqi də mümkün olur.
Tərbiyə
prosesində
nəzərə
alınması
zəruri
olan
cəhətlərdən biri də həmin prosesin tərbiyə olunanın fəaliyyəti
ilə əlaqələndirilməsindən ibarətdir. Hər bir yaş dövründə o
dövr üçün əsas olan fəaliyyət növünə istinad etməklə həmin
fəaliyyət prosesində müvafiq tərbiyəvi iş aparmaq mümkündür.
İstər oyun, istər təlim, istərsə də əmək fəaliyyəti elə təşkil
edilməlidir ki, şəxsiyyətin formalaşmasına, onda müsbət
keyfiyyətlərin tərbiyə olunmasına gətirib çıxarsın.
VI.23.3. Tərbiyəvi tədbirlərin psixoloji cəhətdən
əsaslandırılması və məktəblilərin tərbiyəlilik səviyyəsinin
müəyyənləşdirilməsi problemi
Tərbiyə işinin metodları və formalarının psixoloji
əsasları. Tərbiyə prosesinin müvəffəqiyyətlə həyata keçi-
rilməsi üçün psixoloji cəhətdən zəruri olan şərtlərdən biri
tərbiyəvi işin metod və formalarının düzgün seçilməsindən
ibarətdir. Ona görə də tərbiyəçilərdən biri müvafiq metod və
formalardan istifadə etdiyinə görə onun tərbiyəvi tədbiri
səmərəli nəticə verir. Əksinə, başqa birinin tərbiyəvi metodlar-
dan düzgün istifadə etməməsi nəinki şagirdin davranışındakı
qüsurların aradan qalxmasına səbəb olmur, həm də həmin
qüsurların daha dərin köklər salmasına, oraya yeni mənfi əla-
mətlərin daxil olmasına gətirib çıxarır. Bir cəhəti nəzərə almaq
lazımdır ki, tərbiyəvi işin metod və formalarından həmişə
şablon halında istifadə etmək mümkün deyildir. Ona görə də
psixoloqlar tərbiyəvi metodları tətbiq edərkən aşağıdakı
502
cəhətləri nəzərə almağı zəruri hesab edirlər: birincisi, tərbiyə
olunan şagirdin yaş və fərdi xüsusiyyətləri; ikincisi, şagirdin
daxil olduğu uşaq kollektivinin xüsusiyyətləri; üçüncüsü,
tərbiyəvi tədbirin həyata keçirildiyi konkret şərait. Bu cəhətlər
nəzərə alınmaqla seçilən və tətbiq edilən tərbiyəvi tədbir öz
bəhrəsini verir. Lakin məktəb təcrübəsi göstərir ki, heç də
tərbiyəçilər, müəllimlər bütün hallarda tərbiyəvi tədbirlərdən
müvafiq şəkildə istifadə edə bilmir, onun düzgün hesab etdiyi
tərbiyəvi üsul əksinə mənfi nəticələr verir. Bu mənada
tərbiyəvi təsirin müvəffəqiyyəti təkcə tərbiyəçinin öz təsirinə
hansı məna verməsindən deyil, eyni zamanda tərbiyə olunanın
onu necə, hansı mənada başa düşməsindən də asılı olur. Psix-
oloqlar belə bir cəhəti aşkara çıxarmışlar ki, tərbiyəvi tədbirin
tətbiqi zamanı, müəllim və tərbiyəçilər öz təsirlərində bir məna,
şagird isə tamamilə başqa bir məna görür. Yaşlılarla uşaqlar
arasında baş verən bu cür anlaşılmazlıq psixologiyada “məna
maneəsi” adlanır. Bu cür “məna maneəsinin” yaranması
tərbiyəvi tədbirin təsir gücünü aradan qaldırır.
Məna maneəsi ilə müəllim və valideynlər hələ
məktəbəqədər və kiçik məktəb yaşı dövründə rastlaşa bilirlər.
Uşaqların daha çox küsəyən və tez özündən çıxdığı dövrü olan
yeniyetməlik zamanı məna maneəsi daha tez yaranır, daha par-
laq təzahür edir və çətinliklə aradan qaldırılır.
Psixoloji tədqiqatlar zamanı aşkara çıxarılmışdır ki, məna
maneələrinin baş vermə səbəblərini bilməyən və bu cür
maneələrin yaranmasının qarşısını almağa çalışmayan tərbiyəçi
qarşısında qoyduğu tərbiyəvi vəzifəni həll etməkdə çətinlik
çəkir. Həmin məsələnin mahiyyətini açmağa çalışaq.
Zahirən məna maneələri onunla xarakterizə olunur ki,
sanki uşaq böyüklərin dediklərini eşitmir. Əslində isə uşaq ona
deyilən sözü yaxşı eşidir, hətta onu təkrar da edə bilir.
Lakin həmin sözün mənasını qavramır. Psixoloqlar
müəyyən etmişlər ki, məna maneəsi həm uşağın qarşısında
hansı tələbi qoymasından asılı olmayaraq, konkret adama
503
münasibətdə, həm də kimin irəli sürməsindən asılı olmayaraq,
konkret tələbə münasibətdə özünü göstərə bilir.
Hər iki halda tərbiyəvi tədbirin metodlarından düzgün
istifadə olunmaması faktı məna maneəsinin yaranmasına,
nəticədə isə tərbiyəvi tədbirin təsirinin aradan çıxmasına səbəb
olur.
Konkret adama münasibətdə məna maneəsinin yaranması
ən çox tərbiyəçi tərəfindən uşağın davranış motivinin nəzərə
alınmaması, uşaqda olmayan motivi bir növ ona bağlamaq
nəticəsində baş verir. Məsələn, uşaq xəstəliyinə görə dərsdən
gedir. Müəllim onu da dərsdən qaçan başqa uşaqlarla birlikdə
cəzalandırır. Yaxud, onu təhqir edən yoldaşlarına qarşı cavab
qaytaran uşağı da o birisi kimi intizamsız, xuliqan adlandırır.
Bu hal bir neçə dəfə təkrar olunduqda şagirddə müəllimə,
tərbiyəçiyə qarşı məna maneəsi yaranır. Nəticədə həmin
müəllimin ən ədalətli tələbi belə şagird tərəfindən ədalətsiz
tələb kimi qarşılanır.
Lakin konkret adama qarşı məna maneəsi müəllim
tamamilə obyektiv, düzgün hərəkət etdiyi halda, şagirdin öz
davranış motivini dərk edə bilməməsindən asılı olaraq da yara-
na bilər. Məsələn, müəllim tapşırığı yerinə yetirməyən şagirdi
haqlı olaraq danladığı, cəzalandırdığı halda, şagird kitabı
olmadığına görə cəzalandırmanın ədalətsiz olduğunu zənn
etməsi sayəsində yaranan məna maneəsini buna misal
göstərmək olar.
Konkret tələbə münasibətində özünü göstərən məna
maneəsi isə tamamilə başqa səbəblərdən irəli gələ bilir.
Məsələn, tərbiyəçi müsbət nəticə vermədiyi halda eyni tələbi
dəfələrlə təkrar edir. Nəticədə bu cür tələblərə uşaq o qədər
alışır ki, onu bir növ qavramamağa başlayır.
Təcrübə göstərir ki, bu cür məna maneələrinin yaranması
şagirdlərlə aparılan tərbiyə işinin çətinləşməsinə, bir növ
nəticəsiz qalmasına səbəb olur. Ona görə də müəllim birinci
növbədə bu cür məna maneələrinin yaranmasının qarşısını
Dostları ilə paylaş: |