494
düzgün
təşkili
şagirdlərin
sonrakı
əmək
fəaliyyətinin
subyektinə çevrilməsini, onların əməyi sevmələrini şərtləndirir.
İlk gənclik dövründə təlim-peşə fəaliyyəti əsas
fəaliyyətə çevrilməklə bu dövrdə məktəblilərdə peşəyönümü və
peşəseçməyə meyli də yüksəlir. Gənclər öz maraq və
imkanlarına uyğun peşələri seçməyə meyl edirlər. Lakin bəzən
imkanlarını düzgün qiymətləndirə bilmədiklərinə görə bu
sahədə düzgün olmayan istiqamət tuturlar. Ona görə də bu işdə
müəllimin gənclərə istiqamət verməsi zəruridir.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1.Gənclik yaşının ümumi xarakteristikası haqqında
danışın.
2.İlk gənclik dövründə mənlik şüuru necə inkişaf edir?
3.İlk
gənclik
dövründə
əxlaqi
şüurun
inkişaf
xüsusiyyətləri haqqında danışın.
4.İlk gənclik dövründə təlim fəaliyyətinin ümumi
xarakteristikası nədən ibarətdir?
5.İlk gənclik dövründə idrak proseslərinin inkişafı
haqqında danışın.
Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular.
1. İlk gənclik yaşının psixoloji xüsusiyyyətləri.
2. İlk gənclik yaşı dövründə yoldaşlıq və dostluq.
3. Böyük məktəblilərin şəxsiyyətinin ümumi xarakte
ristikası.
4. Tələbə təlim fəaliyyətinin subyekti kimi.
Ədəbiyyat
Qədirov Ə.Ə. Yaş psixologiyası. – Bakı, 2002, səh.341-
371
495
Kovalev A.Q. Psixoloqiə liçnosti. – M., 1970, s.370-381.
Mudrik A.V. O vospitanii starşeklassnikov. – M., 1981.
Vozrastnaə i pedaqoqiçeskaə psixoloqiə. Xrestomatiə. –
M., 2001, s.229-243
Kon İ.S. Psixoloqiə önoşeskoy drujbı. – M., 1973.
Kon İ.S. Drujba. – M., 1980.
Kon İ.S. Psixoloqiə ranney önosti. – M., 1989
Stolərenko L.D Pedaqoqiçeskaə psixoloqiə. «Feniks».
2000, s. 165-173.
Razvitie liçnosti rebenka. – M., 1987, s.231-266.
Nemov R.S. Psixoloqiə. V 3-x kn., kn.2. – M., 1998,
s.235-248
.
496
2 3 - c ü F Ə S İ L
TƏRBİYƏ PSİXOLOGİYASI
Qısa xülasə
Şəxsiyyətin formalaşması tərbiyə psixologiyasının əsas
problemi kimi. Tərbiyə hər bir cəmiyyətin başlıca vəzifələrindən bi-
ridir.
Şəxsiyyətin
formalaşmasının
psixoloji
mexanizminin
öyrənilməsi. Şəxsiyyətin strukturu, əlamət və keyfiyyətləri,
xassələrinin dəqiqləşdirilməsi.
Məktəb yaşı dövründə şəxsiyyətin formalaşmasının psix-
oloji şərtləri. Tərbiyə olunan və tərbiyə edənin xüsusiyyətləri,
onların qarşılıqlı münasibətləri, tərbiyənin məqsədi, tərbiyə
prosesində istifadə olunan yollar.
Tərbiyəvi tədbirlərin psixoloji cəhətdən əsaslandırılması və
məktəblilərin tərbiyəlilik səviyyəsinin müəyyənləşdirilməsi prob-
lemi. Tərbiyə işinin metodları və formalarının nəzərə alınması.
Məktəblilərin tərbiyəlilik göstəriciləri və kriteriyaları: davranışın ix-
tiyarilik səviyyəsi, özünün tələbatlarına yiyələnmək səviyyəsi,
nəzarət, məcburiyyət olmadan düzgün və əxlaqi davranmaq.
Şəxsiyyətin özünütərbiyəsinin psixoloji əsasları. Tərbiyənin
idarə olunması. Xarici və daxili idarəolunma. Özünütərbiyə və onun
motivləri. Şəxsiyyətin inkişafı və özünütərbiyənin xüsusiyyətləri.
Şagirdlərin özünütərbiyəsinin təşkili.
Şagirdlərin əxlaq tərbiyəsinin psixoloji əsasları. Əxlaqi şüur
və
əxlaqi
davranışın
formalaşmasının
vəhdəti. Şagirdlərin
kollektivdə tərbiyəsi. Kollektivin uşaq şəxsiyyətinin inkişafı üçün
şərait və alət rolunu oynaması. Yüksək əxlaqi
hisslərin
formalaşmasında kollektivin rolu. Yeni nəslin əxlaq tərbiyəsində
ailənin rolu.
“Çətin” uşaqlar və onlarla aparılan işin xüsusiyyətləri.
“Çətin” uşaqlar və onların psixologiyası. “Çətin” uşaqların pedaqoji
baxımsızlıqdan və ailə tərbiyəsinin nöqsanları ilə bağlılığı. “Çətin”
uşaqlarla işin əsas istiqamətləri.
497
VI.23.1. Şəxsiyyətin formalaşması tərbiyə
psixologiyasının əsas problemi kimi
Hər bir cəmiyyətdə tərbiyə həmin cəmiyyətin başlıca
vəzifələrindən birini təşkil edir. Müasir dövrdə gənc nəslin el-
mi dünyagörüşünə, yüksək əxlaqi keyfiyyətlərə malik olan,
mənəvi zənginliyi, əxlaqi saflığı və fiziki kamilliyi özündə
birləşdirən şəxsiyyət kimi tərbiyə olunması, formalaşdırılması
ən vacib, təxirəsalınmaz bir vəzifə kimi qarşıda durur. Bu
mühüm
vəzifənin
həyata
keçirilməsində
məktəb
və
müəllimlərimiz həlledici mövqe tutur.
Məktəblərimizin, müəllim və tərbiyəçilərimizin bu
vəzifəni müvəffəqiyyətlə yerinə yetirmələri tərbiyə prosesinin
psixologiyası, psixoloji əsasları, qanunauyğunluqları haqqında
biliklərdən çox asılıdır. Təsadüfi deyildir ki, şəxsiyyətin forma-
laşmasının psixoloji mexanizminin öyrənilməsi tərbiyə
psixologiyasının başlıca vəzifəsi hesab olunur.
Şəxsiyyətin əxlaqi-iradi sahəsinin, əxlaqi şüurunun,
əxlaqi təsəvvür, anlayış, prinsip və inamının, əxlaqi hisslərinin,
adətlərinin, başqa adamlara, cəmiyyətə, əməyə münasibətdə
ifadə olunan davranış tərzlərinin formalaşmasının psixoloji me-
xanizmlərini açmaqla, tərbiyə psixologiyası böyüyən gənc
nəslin şəxsiyyətinin fəal şəkildə istiqamətləndirilməsi üçün im-
kan verir.
Şagirdlərin tərbiyəvi təsir şəraitində psixi fəaliyyətlərinin
qanunauyğunluqlarını, məktəblilərin özünütərbiyəsinin psix-
oloji əsaslarını aşkara çıxarmaqla, tərbiyə psixologiyası
şəxsiyyətin keyfiyyətlərinin formalaşmasına imkan yaradan
həmin təsirlərin mexanizmlərini də öyrənir.
Tərbiyə şəxsiyyətin formalaşmasına yönəldilmiş xüsusi
fəaliyyət sahəsidir. Bu prosesdə daha yaşlı nəsl özünün
təcrübəsini, ehtiraslarını, inamını kiçik nəslə verir. Tərbiyə