460
məktəbdə təlim prosesində uşaqlara xüsusi şəkildə mnemik
tərzlər öyrədildikdə məntiqi hafizənin məhsuldarlığı xeyli
yüksəlir.
Məktəbə təzə gələn uşaqlar ən çox parlaq, emosional
təəssürat yaradan materialı yaxşı yadda saxlamağa daha çox
meylli olurlar. Sonrakı siniflərdə, xüsusilə IV sinifdə bu hal
əsasən aradan qalxmış olur.
Kiçik məktəb yaşı dövründə uşağın həyat təcrübəsi və
biliyinin artması nəticəsində onda təxəyyülün inkişafı üçün
əlverişli şərait yaranır. Bununla belə kiçik məktəb yaşının
əvvəllərindən uşaqların təxəyyül surətləri hələ də az davamlı
olub, qavrayışa əsaslanmaqda davam edir.
Bərpaedici
təxəyyül
kiçik
yaşlı
məktəblinin
fəaliyyətində həlledici rol oynamağa başlayır, təlim materialını
mənimsəməsini asanlaşdırır.
Ə.Əlizadənin tədqiqatları göstərmişdir ki, kiçik mək-
təblilərin təxəyyülü, hər şeydən əvvəl, emosional xarakter
daşıyır. Onda hisslərin, bədii əsərlərin təsiri altında daha parlaq
təxəyyül surətləri yaranır. Kiçik məktəblinin təxəyyülü
müəyyən əyani vasitəyə istinad etmədikdə, o, təsvir edilən ha-
disəni aydın təsəvvür edə bilmir. Kiçik məktəblilər baharda
baharı, qışda qışı təsvir edən mətnləri daha yaxşı mənimsəyir.
Çünki bu zaman təxəyyül şagirdin xarici aləmdən aldığı yeni,
parlaq və canlı təəssüratdan daha səmərəli şəkildə istifadə edir.
Kiçik məktəb yaşı dövründə təfəkkür də özünəməxsus
xüsusiyyətlərə malik olur. İlk dövrlər əyani-əməli təfəkkür
özünü göstərsə də əyani-obrazlı təfəkkürə keçid baş verir, sözlü
məntiqi təfəkkürün inkişafı üçün müvafiq şərait yaranır.
Kiçik
məktəb
yaşının
əvvəllərində
hələ
də
ümumiləşdirmə və müqayisə zamanı zahiri əlamətlərə üstünlük
verilir. Getdikcə mühüm əlamətlər üzrə ümumiləşdirmə və
müqayisəyə
meyl
artır.
Kiçik
yaşlı
məktəblilərdə
mücərrədləşdirmənin perseptual və konseptual səviyyəsi
inkişaf edərək, onların idrak fəaliyyətində mühüm rol oynayır.
461
(Ə.Qədirov).
Kiçik məktəb yaşı dövründə uşaqlarda təfəkkürün
keyfiyyətləri
inkişaf
edir. Ə.Bayramovun
tədqiqatları
göstərmişdir ki, əlverişli şərait yaradıldıqda, hətta I-II sinif
şagirdləri idrak obyektlərinin mahiyyətini anlaya bilir, oradan
müəyyən nəticə çıxarmağa, səhvləri, uyğunsuzluqları tapmağı,
onları törədən səbəblər barədə müəyyən mülahizələr söyləməyə
qabil olurlar. Bununla belə kiçik məktəb yaşlı uşaqların hamısı
eyni dərəcədə müstəqil və tənqidi düşünə bilmirlər.
Bu sahədə şagirdlər arasında bir sıra fərdi fərqlər özünü
göstərir.
Professor
Ə.Bayramovun
tədqiqatları
kiçik
məktəbliləri təfəkkürün tənqidiliyinin inkişaf xüsusiyyətlərinə
görə aşağıdakı qruplara ayırmağa imkan vermişdir:
1) heç bir təhrik olmadan tənqidi düşünən şagirdlər. Bu
cür şagirdlər heç bir təhrik olmadan, müstəqil şəkildə öz idrak
obyektlərinə
tənqidi
yanaşır
və
buradakı
qüsurları,
uyğunsuzluqları görə bilirlər.
2) qismən təhriklə tənqidi düşünən şagirdlər. Bu cür
şagirdə sadəcə olaraq idrak obyektində qüsur və ya çatışmazlıq
olduğunu dedikdə onu asanlıqla müəyyənləşdirə və düzəldə bi-
lir.
3) tam təhriklə tənqidi düşünən şagirdlər. Bu cür
şagirdlər yalnız onlara nədə səhv etdiklərini bildirdikdə
qüsurları müəyyənləşdirə və aradan qaldıra bilirlər.
4) heç cür təhriklə belə tənqidi düşünə bilməyən şa-
girdlər. Bu cür şagirdlərdə təfəkkürün ümumi inkişafı aşağı
səviyyədə olur.
Kiçik məktəb yaşı dövründə nitqin bütün istiqamətləri
üzrə inkişaf baş verməklə yanaşı məktəblilər ilk dəfə olaraq
oxu vərdişlərinə və yazılı nitqə yiyələnməyə başlayırlar.
Şagirdlərin düzgün yazı vərdişlərinə yiyələnmələrinin əsası
məhz bu dövrdən başlanır. Psixoloji tədqiqatlar göstərmişdir ki,
kiçik məktəblilər düzgün yazı vərdişlərinə yiyələnərkən bəzən
ilk dövrlər yalnız təsadüfi, zahiri formal əlamətə görə
462
ümumiləşdirmə aparmağa meyl göstərirlər ki, bu da generaliza-
siya hadisəsi ilə nəticələnir. Təlim prosesində müqayisəli işə
geniş yer verilməsi bu kimi halların aradan qaldırılmasına im-
kan verir (M.Ə.Həmzəyev).
Şagirdlər qrammatik və orfoqrafik qaydalara yiyələn-
dikdə onlarda həm şifahi, həm də yazılı nitq inkişaf edib
zənginləşir.
VI.20.3. Kiçik məktəblilərdə hisslərin, iradə və xarak-
terin inkişafı
Məktəbə daxil olmaqla əlaqədar uşaqda bir sıra yeni,
mürəkkəb və ziddiyyətli hisslər özünü göstərməyə başlayır. Bu
hisslər uşağın yeni vəziyyəti ilə bağlı olur. Məktəbə yenicə
gəlmiş uşaqlar bir sıra hissi hallar, təəssüratlar keçirirlər: onlar
fəxr edirlər ki, artıq məktəblidirlər, “böyük” olmuşlar. Eyni
zamanda məktəbə təzə gələn uşaqlar bəzi həyəcanlı anlar da
keçirməyə başlayırlar: “Görəsən məktəbdə necə olacaq?
Tapşırıqları yerinə yetirə biləcəkmi? Yoldaşları, müəllim necə
olacaq? və s.
Bütün bunlarla yanaşı olaraq mühitin, təlim və
tərbiyənin təsiri altında uşaqlarda bir sıra müsbət hisslər
yaranmağa başlayır. Təlimdə qazandığı ilk müvəffəqiyyət uşa-
ğı sevindirir.
Kiçik məktəb yaşlı uşaqlarda hisslər az davamlı və
keçici olur. Onların hissləri asanlıqla bir-birini əvəz edir. Bu
dövrdə uşaqlar öz hisslərini gizlətməkdə çətinlik çəkirlər.
Kiçik məktəb yaşının sonuna doğru uşaqların hissləri
nisbətən davamlı xarakter daşımağa başlayır.
Bu dövrdə uşaqlarda zehni, əxlaqi və estetik hisslər də
özünəməxsus şəkildə inkişaf edir. Uşaqda hər şeyi bilməyə,
öyrənməyə həvəs, təlim zamanı rast gəldiyi çətinliyi aradan
Dostları ilə paylaş: |