639
göstərməlidir. Lakin bütün ailələr psixoloqun onun övladı ilə
müvafiq iş aparmasına, yeri gəldikdə valideynlərə lazımi
məsləhət verməsinə eyni cur yanaşmırlar.
Bəzi ailələr özləri psixoloqun övladlarının şəxsiyyətini
tənzim etməsi ilə maraqlanır və bu sahədə ona şərait yaradırlar,
başqa ailələr bu sahədə neytral mövqe tutur, bəziləri də bu işə
hər yolla mane olurlar. Ona görə də psixoloqun işi həmişə istə-
diyi kimi gedə bilmir. Xüsusilə uşağın tərbiyəsi və onun
şəxsiyyətinin inkişafı üçün müvafiq şərait olmayan ailələrlə iş
zamanı bu çətinlik özünü qabarıq şəkildə göstərir. Belə
ailələrin müxtəlif tipləri mövcud ola bilər ki, onların hər
birində psixoloqun yerinə yetirəcəyi iş o birilərindən fərqlənir.
Bu cür ailələrin aşağıdakı tiplərinə rast gəlmək mümkündür: 1)
boşanma ərəfəsində olan ailələr, 2) boşanmış ailələr, 3)
şəxsiyyətlərarası
və
şəxsiyyətdaxili
munaqişələri
həll
olunmamış ailələr, 4) əxlaq, ictimai münasibət normalarına
uyğun olmayan sərvət və normalar sistemi formalaşmış ailələr.
Psixoloqun həmin ailələrdən gələn uşaqlarla müvafiq iş apara
bilməsi üçün həmin ailələr, orada uşaqların tərbiyəsi üçün
yaradılan şəraitin xüsusiyyətləri ilə ətraflı tanış olması
zəruridir.
Adətən, birinci tip ailələrdə uşaqların tərbiyəsi və
sosiallaşması üçün yaranmış şəraitin xarakterik xüsusiyyəti
bundan ibarətdir ki, həmin ailələrdə uşaqlar artıq kəskin, açıq
xarakter almış ailə münasibətlərindəki münaqişələrə cəlb olu-
nurlar. Onlar münaqişədə olan valideynlərinə öz münasibətlərini
bildirməyə məcbur olurlar. Bütün bunlar həmin ailədəki
uşaqların psixoloji və mənəvi zədə almasına, eləcə də
məktəbdəki fəaliyyətinə mənfi təsir göstərməsinə səbəb olur.
Məktəb psixoloqunun vəzifəsi bu cür şəraitə düşən
şagirdləri müəyyənləşdirmək və onlarla psixoloji məsləhət işi
aparmaqdan ibarətdir. Bu sahədə aparılan iş uşağın özünü
qiymətləndirməsini təshih etməyə, günahkar olmaq fikrini,
hissini aradan qaldırmağa yönəldilməlidir. Psixoloq uşağın öz
640
gələcəyini daha nikbin təsəvvür etməsinə köməklik göstərə bilər
və göstərməlidir. Bu dövrdə valideynlərlə də izahat xarakterli
söhbət aparmaq mümkündür və lazımdır. Söhbət zamanı
valideynlərin uşağa
qarşı müvafiq şəkildə davranmaq
məsələsinə toxunmaq lazımdır.
İkinci tip ailələrdə böyüyən uşaqlarla əlaqədar psixolo-
qun aparacağı iş də düşünülmüş xarakter daşımalıdır. Burada da
nəzərə alınması zəruri olan cəhətlər çoxdur. Adətən, bu cür
ailələrdə uşaqdan bir növ qisas almaq silahı kimi istifadə olu-
nur. Belə ki, uşağın onunla olmayan valideynlə ünsiyyət
saxlamasına qəti imkan vermirlər. Bu isə uşağın nəinki ümumi
inkişafına, tərbiyəsinə, o cümlədən təlim fəaliyyətinə mənfi təsir
göstərir.
Bu cür ailə şəraitində olan uşaqlarla psixoloqun apardığı iş
onların yaş və cinsi xüsusiyyətlərini nəzərə almaq əsasında
qurulmalıdır. Psixoloq bu zaman rollu treninqdən istifadə
etməklə uşağın evdə əldə edə bilmədiyi rolu mənimsəməsinə,
ünsiyyət sahəsinin genişlənməsinə və özü üçün yaxın dost
seçməsinə nail olmalıdır. Bu kimi hallarda uşağın yanında
qaldığı valideyni ilə məsləhət xarakterli iş aparılması
məqsədəuyğundur.
Üçüncü tip ailələrdə də uşağın inkişafı və sosiallaşması
üçün uyğun olmayan şərait yaranır. Psixoloji tədqiqatlar
göstərmişdir ki, həmin ailələrdəki şərait gizli, həll olunmamış
münaqişələrin
və
ya
uyğun
şəkildə
həll
edilməyən
münaqişələrin olması ilə xarakterizə olunur. Bu cür münaqişələr
isə ailədəki münasibətlərin psixoloji strukturunu aradan qaldırır
ki, bu da çox vaxt uşağın şəxsiyyətinin inkişafına mane olur.
Onun şəxsiyyətində arzu olunmayan əlamət və keyfiyyətlər,
uyğun olmayan özünüqiymətləndirmə formalaşır, məktəbdəki
davranışına, mənimsəməsinə, sinif yoldaşları və müəllimlərlə
qarşılıqlı münasibətinə mənfi təsir göstərir. Yenietməlik
dövründə bu daha aydın şəkildə təzahür edir.
Məktəb psixoloqu bu cür ailələri aşkara çıxarmaqla burada
641
böyüyən
uşaqlara
mümkün
olan
psixoloji
köməkliyi
göstərməlidir. Valideynlərlə müvafiq izahat işi aparmalı, onların
arasındakı münasibətin uşağın tərbiyəsinə nə kimi təsir
göstərməsini qeyd etməlidir. Yeri gəldikcə həmin valideynlərə
müvafiq psixoloji məsləhətlər verməlidir.
Nəhayət, dördüncü tip ailələrlə psixoloqun apardığı iş də
özünəməxsus xüsusiyyətə və əhəmiyyətə malikdir. Bu cür
ailələrdə güc, gobudluq, alkoqolizm hökm sürə bilər. Həmin
ailə mühiti nəinki uşaqlarda şəxsiyyətin ahəngdar inkişafına
şərait yaratmır, eyni zamanda məktəbin həmin sahədə apardığı
işi sıradan çıxarır. Belə ailələrdə böyüyən uşaqlarda ikili əxlaq,
mənəviyyat formalaşır. Həmin uşaqlar qanunu pozmağa daha
çox meylli olurlar. Onlarda, adətən, şübhə, inamsızlıq, onu əhatə
edənlərlə mülayim şəxsi təmas yarada bilməmək, təcavüzkarlıq,
zəifiradəlilik, xüdbinlik və s. kimi mənfi xarakter əlamətləri
formalaşır.
Məktəb psixoloqunun bu cür ailələrdən gələn uşaqlarla
apardığı iş olduqca çətindir. Adətən, bu cür ailələr üçün qapalılıq,
kənardan ona qarışmağa yol verməmək xarakterik haldır. Bu-
na baxmayaraq həmin ailələr və onlardan gələn uşaqlarla iş
aparılmalıdır. Məktəbin, məktəb psixoloqunun vəzifəsi uşağı
tərbiyə etmək, onda mövcud olan qüsurları aradan qaldırmaqdan,
onun şəxsiyyətindəki müsbət cəhətləri möhkəmləndirməkdən
ibarətdir. Bütün bu işləri həyata keçirərkən psixoloq sinif
rəhbərinin, ayrı-ayrı müəllimlərin, valideyn komitəsinin, şagird
təşkilatlarının köməyindən istifadə etməlidir.
Dostları ilə paylaş: |