633
Proqram hazırlanarkən yuxarıda qeyd olunan göstəricilərin
xüsusiyyətlərini
açmağa
imkan
verən
yolları
müəyyənləşdirməklə, aşağıdakı texniki və metodiki tələblərə
əməl olunmalıdır.
Hər şeydən əvvəl, hər uşaq yalnız bir dəfə yoxlamadan
keçirilməli və bu iş 20-30 dəqiqədən artıq davam etməməlidir.
Bu tələb bir tərəfdən yoxlanan uşağın imkanlarını nəzərə al-
maqla bağlıdır. Belə ki, psixofizioloji tədqiqatlardan məlum
olduğu kimi, həmin yaş dövründə uşaqların əqli iş
qabiliyyətinin səviyyəsi məhz 20-30 dəqiqədən ibarət olur.
Digər tərəfdən, uşağı I sinfə yazdırmaq üçün valideynlər onu
bir neçə dəfə yoxlamaya gətirməyə o qədər də razılıqla
yanaşmırlar.
İkincisi, psixoloji yoxlamaları valideynin iştirakı ilə apar-
maq məqsədə müvafiqdir. Belə olduqda uşaqlarda və
valideylərdə gərginliyin yaranmasının qarşısı alınır. Yoxlama-
dan əvvəl valideynlərə izah olunur ki, yoxlamanın məqsədi
uşağı imtahan etməkdən ibarət deyildir. Burada əsas məqsəd
uşağın imkanlarını aşkara çıxarmaq və gələcəkdə onunla
işləmək üçün müvafiq yollar düşünməkdən ibarətdir. Yoxlama
motivinin bu cür izahı valideynin psixoloqa inamla
yanaşmasına və yeri gələndə ona köməklik göstərməsinə im-
kan yaradır.
Ücüncüsü, yoxlamanın nəticələri uşağın xüsusiyyətlərinin
keyfiyyət xarakteristikasını verməlidir.
Gələcək I sinif şagirdləri üzərində aparılan eksperi-
mental psixoloji yoxlama suallardan başlanmalıdır. Adətən, bu
cür suallar standart xarakter daşıyır: sənin adın nədir, neçə
yaşın var, uşaq bağçasına gedirsənmi. Sualları verməklə
psixoloq öz təbəssümü ilə uşaqları ruhlandırmalıdır. Burada
yeri gəldikcə bu və ya digər cəhətə əsasən uşağı tərifləmək
tələb olunur. Məsələn, qıza belə demək olar ki, onun nə yaxşı
donu, saçı var. Oğlana demək olar ki, afərin, nə yaxşı
oğlandır, yəqin anasının yaxın köməkçisidir və s.
634
Söhbəti uzatmadan bilavasitə eksperimental yoxlamaya
keçmək tələb olunur. Adətən, psixoloq uşaqlara bu cür müraciət
edir: "İndicə səninlə birlikdə məşğul olacağıq. Mən sənə tapşırıq
verəcəm, sən isə onları yerinə yetirəcəksən. Bunlar bir az
məktəbdə sənə verəcəkləri tapşırıqlara oxşayır, lakin əsil məktəb
tapşırığı deyil. Məncə onlar sənin xoşuna gələcək".
Bundan sonra "Seqen lövhəsi" üzrə iş aparmaq olar. Bu
tapşırıq bağça yaşlı uşaqlar tərəfindən asanlıqla yerinə yetiri-
lir. O, bir növ oyun xarakteri daşımaqla uşaqların xoşuna gəlir,
onları sakitləşdirir, gərginliyi aradan qaldırır. Bununla yanaşı,
dərhal müvəffəqiyyət şəraiti yaradır. Uşaq öz işinin nəticəsini
qiymətləndirə bilməsə də, onun üçün əsas məsələ ümümiyyətlə
tapşırığı yerinə yetirə bilməsindən və tanımadığı adamın onu
tərifləməsindən ibarətdir.
"Seqen lövhəsi" bir neçə topludan ibarətdir. Həmin
lövhələrin çətinliyi fiqurların miqdarından və onların bir neçə
hissəyə kəsilməsindən asılıdır.
Yoxlama zamanı həmin toplulardan ikisindən istifadə
etmək olar. Birinci (1 №-li) lövhə toplusu aşağıdakı doqquz
bütöv fiqurdan ibarətdir: dairə, xaç, kvadrat, üçbucaq, romb,
oval, trapesiya, ulduz, altıguşəli fiqur. İkinci lövhə (2 №-li) iki
hissəyə bölünmüş fiqurdan (dairə, oval, altıguşəli, kvadrat) və
üç hissəyə bölünmüş bir fiqurdan (xaç) ibarətdir. Tapşırığı
yerinə yetirmək üçün uşağa aşağıdakı şəkildə təlimat
verilməlidir: "Bax, bu lövhədə fiqurlar var. Mən onları yerə
tökəcəm, sən isə əvvəlki yerlərinə yığmalısan". Bu söz qurtaran
kimi fiqurları tökmək, uşağın işə başlamasını gözləmədən
saniyəölçəni işə salmaq lazımdır. Əgər uşaq işə dərhal
başlamırsa bunu protokolda qeyd etmək, nə qədər vaxt
keçdiyini göstərmək lazımdır. Protokolda uşağın bütün
hərəkətləri, fəallığı, işgüzarlığı, marağı, çətinlik çəkdikdə kimə
və necə müraciət etməsi və s. qeyd edilməlidir. Burada mütləq
həmin işə nə qədər vaxt sərf olunduğu qeyd edilməlidir. Bununla
həmin uşağın fərdi tempini müəyyənləşdirmək olar. Həmin yaş
635
dövründə birinci lövhə üzrə işin orta vaxt göstəricisi 30-35
saniyə, ikinci lövhə üzrə bir dəqiqə təşkil edir.
Tapşırığı yerinə yetirərkən uşaq çətinlik çəkərsə, psixoloq
həmin çətinliyin nədən ibarət olduğunu: uşağın buna necə
münasibət bəslədiyini, onu aradan qaldırmağa necə cəhd
göstərdiyini protokola qeyd etməlidir. Uşağa necə hərəkət
etmək lazım gəldiyini dərhal bildirmək lazım deyildir. Ona bi-
rinci növbədə imkan yaratmaq lazımdır ki, özü çətinliyi aradan
qaldırsın. Əgər uşaq elə ilk andan ona köməklik göstərilməsini
istəyirsə, onu dərhal protokola qeyd edib uşağı müstəqil işə
istiqamətləndirmək lazımdır. Çox zaman uşaqlar ən azacıq
çətinlikdən kömək üçün böyüklərə müraciət edir və deyirlər:
"Mən
bunu
edə
bilmərəm", "bilmirəm
necə
edim",
"bacarmıram". Belə olduqda çox mülayim şəkildə uşağı
tapşırılan işi müstəqil şəkildə yerinə yetirməyə məcbur etmək
lazımdır. Çətinliyin mürəkkəb xarakter daşıdığını hiss etdikdə
uşağın köməyinə gəlmək lazımdır. Köməyi daima ehtiyatla
etmək lazımdır, uşağın özünün yerinə yetirə biləcəyi işə
qarışmaq lazım deyildir.
"Seqen lövhəsi"ndən sonra uşaqlara N. A. Brenşteynin
"ardıcıl hadisələr" tapşırığını vermək olar.
Bunun üçün "Canavarlar" seriyasından ibarət beş süjetli
şəkildən istifadə etmək olar. Hər bir şəkil müəyyən bitkin
situasiyanı əhatə edir. Həmin şəkillərin məzmunu aşağıdakı ki-
midir: birinci şəkildə əlində çanta tutmuş gülərüz bir oğlan
uşağı qarla örtülmüş meşə yolu ilə gedir. İkinci şəkildə -
nədənsə çox qorxmuş həmin uşaq əlində çanta meşə ilə qaçır,
şəklin sağ tərəfində uşağın yolu üstündə böyük ağaclar
görünür. Üçüncü şəkildə ağaca dırmaşan uşaq görünür.
Sifətində qorxu əlaməti hiss olunur. Onun çantası ağacın
altında görünür. Sol tərəfdə pöhrəlikdə üç canavar uşağın
dırmaşdığı ağaca tərəf qaçır. Dördüncü şəkildə uşaq ağacın
ortasındakı aşağı budağın üstündə uzanmışdır. Ağacın altında
onun çantası və ətrafa səpələnmiş kitab dəftərlər görünür.
Dostları ilə paylaş: |