630
- şagirdlərin intizamsızlıqlarının psixoloji səbəblərinin
diaqnostikası;
- şagirdlərin əqli inkişafının, şəxsiyyətinin və emosional-
iradi xüsusiyyətlərinin diaqnostikası;
– şagirdlərin sinif yoldaşları ilə qarşılıqlı münasibətlərinin
pozulmasının,
sinifdə
şəxsiyyətlərarası
münasibətlərin
pozulmasının səbəblərinin psixoloji diaqnostikası;
-
şagird-müəllim,
sinif-müəllim
münasibətlərinin
pozulmasının səbəblərinin psixoloji diaqnostikası;
- uşağın məktəbə hazırlığının psixoloji diaqnostikası;
– şagirdlərin ibtidai məktəbdən orta məktəbə keçməyə
hazır olmalarının psixoloji diaqnostikası;
- şagirdlərin yeniyetməlik dövründən ilk gəncliyə
keçməyə hazır olmalarının psixoloji diaqnostikası və s.
Şübhəsiz bütün bu cür diaqnostik işləri necə gəldi apar-
maq mümkün deyildir. Bunun üçün psixoloq düşünülmüş və
bütün tələblərə cavab verən metodlardan istifadə etməlidir.
Məktəbə psixoloji xidmət prosesində yerinə yetiriləcək
korreksiya işləri. Məktəbə psixoloji xidmət təkcə diaqnostik
işləri həyata keçirməklə də başa çatmır. Bu və ya digər çətinliyi
və onun səbəbini aşkara çıxarmaqla yanaşı (istər intellektual,
istərsə də şəxsiyyət baxımından) psixoloji xidməti həyata keçirən
mütəxəssis həmin çətinlikləri aradan qaldırmaq, təshih etmək
üzrə də iş aparmalıdır. Yalnız bu zaman nəzərdə tutulmuş
nəticəni əldə etmək mümkündür. Məhz buna görə də psixoloji
xidmət zamanı aşağıdakı korreksiya işlərinin həyata keçirilməsi
zəruridir:
- şagirdlərin şəxsiyyətində, əqli inkişafında, emosional iradi
xüsusiyyətlərində
özünü
göstərən
çətinliklərin
aradan
qaldırılması;
- şagirdlərin yaşlılar və həmyaşlıları ilə qarşılıqlı
şəxsiyyətlərarası münasibətlərində özünü göstərən qüsurların
aradan qaldırılması.
Adətən, korreksiya proqramının həm psixoloji, həm də
631
pedaqoji cəhətləri vardır və onların həyata keçirilməsi bir-
birindən müəyyən dərəcədə fərqlənir. Psixoloji korreksiya psix-
oloq tərəfindən planlaşdırılır və həyata keçirilir. Pedaqoji kor-
reksiya isə məktəb psixoloqu müəllimlərlə birlikdə (məktəb di-
rektoru, dərs hissə müdiri, sinif rəhbəri, fənn müəllimi)
planlaşdırılır, psixoloqun nəzarəti və köməkliyi ilə müəllimlər
və valideynlər tərəfindən həyata keçirilir.
Məktəbə psixoloji xidmət prosesində yerinə yetiriləcək
yardımçı
işlər. Məktəbə
psixoloji
xidmətlə
əlaqədar
əsasnamədə yuxarıda qeyd olunanlarla yanaşı, bir sıra
yardımçı işlərin həyata keçirilməsi də nəzərdə tutulur. Həmin
işlər bu və ya digər şəkildə əsas işlərlə bağlanır və onların
həyata keçirilməsinə xidmət edir. Psixoloji xidmət zamanı
yerinə yetirilən həmin yardımçı işlərə aşağıdakıları aid etmək
mümkündür:
-
məktəb
psixoloqu
şagirdlərin
davranış
və
mənimsəmələrinin psixoloji təhlilini vermək və burada onların
şəxsiyyətlərinin və qabiliyyətlərinin fərdi psixi xüsusiyyətlərini
daha dəqiq, ətraflı açmaq məqsədilə pedaqojikonsilium təşkil
edir;
- məktəb psixoloqu məktəbin pedaqoji şurasının işində
iştirak edir;
- psixologiya kabinəsi və məktəb kitabxanasının
köməyi ilə müxtəlif yaşlı uşaqların təlim və tərbiyəsi
problemlərinə
dair
psixoloji-pedaqoji
ədəbiyyatdan
və
şagirdlər üçün psixoloji ədəbiyyatdan ibarət bölmə, "kitabxa-
na" yaradır.
Məktəbdə psixoloji xidmətin qeyd olunan istiqa-mətlərini
müxtəlif konkret sahələrə tətbiq etmək mümkündür. Bunların
ən əsaslarından bəzilərini nəzərdən keçirək.
Məktəbə psixoloji hazırlığın diaqnostikası. Məktəbə psixolo-
ji xidmətdə əsas yerlərdən biri uşaqların məktəbə psixoloji
hazırlığının diaqnostikasını verməkdən ibarətdir. Bu sahədə
aparılan işin əhəmiyyəti öz-özünə aydındır. Uşağın məktəbə,
632
məktəb
təliminə
psixoloji
hazırlıq
səviyyəsini
müəyyənləşdirmək bir tərəfdən həmin sahədəki qüsurları ara-
dan qaldırmaq, digər tərəfdən məktəbdə ilk gündən şagirdlərin
imkanlarına uyğun iş aparmaq üçün şərait yaradır. Məhz buna
görə də məktəb psixoloqu (sinif muəllimi ilə birlikdə) birinci
sinfə qəbul olunacaq uşaqların məktəbə psixoloji hazırlıq
səviyyəsini aşkara çıxarmalıdır. Bu bir növ məktəbə psixoloji
hazırlığın diaqnostikasından ibarətdir.
Uşağın məktəbə hazırlığının diaqnostikasını verərkən
aşağıdakı üç mühüm göstəriciyə istinad etmək lazım gəlir:
1) L. S. Vıqotskinin bağça yaşı dövründə affektlərin
intellektuallaşdırılmasının əsas yenidənyaranma halı
olması barədə fikrinə istinad edərək ixtiyariliyi təlim fəaliyyə-
tinin zəminlərindən biri – məktəbə hazırlığın mühüm
göstəricisi kimi nəzərə almaq, xarakterizə etmək lazımdır. Bu
bir də ona görə zəruridir ki, uşağın məktəbdə məşğul olacağı
fəaliyyət növü - təlim fəaliyyəti ondan ixtiyari işlərin icrasını
tələbedir.
2) Uşağın məktəbə hazırlığını xarakterizə edərkən nəzərə
alınması zəruri olan ikinci mühüm göstərici əyani-obrazlı
təfəkkürün inkişaf səviyyəsindən ibarətdir. Burada təsviri-
sxematik vasitələrin təhlili, quraşdırılması və tətbiqi ilə
əlaqədar işlərin yerinə - yetirilməsinə fikir verməlidir.
3) Şəxsiyyət xarakteristikası üzrə göstəricilər. Burada
şəxsiyyətin bütün cəhətlərinin inkişaf xüsusiyyətləri deyil,
təlim fəaliyyətinin təşkilinə köməklik göstərən (və ya mane
olan) şəxsiyyət göstəriciləri (emosional cəhət, ünsiyyətin
xüsusiyyətləri, kollektiv fəaliyyətə daxil olmaq və s.) nəzərə
alınmalıdır.
Məktəb psixoloqu qeyd olunan göstəricilər üzrə birinci
sinfə qəbul olunan uşaqların hər birinin məktəbə hazırlıq
səviyyəsini aşkara çıxarmaqla müəllimin onlarla müvafiq
səmərəli iş aparması üçün şərait yaradır. Ona görə də qabaq-
cadan hazırlanmış proqrama əsasən uşaqlar yoxlanılmalıdır.
Dostları ilə paylaş: |